Əlbistan döyüşü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əlbistan döyüşü
Tarix 15 aprel 1277
Yeri Əlbistan ovası, Əlbistan, Türkiyə
Nəticəsi Mütləq Məmlük zəfəri
Münaqişə tərəfləri

Məmlüklar dövləti

Elxanlı dövləti
*Gürcüstan krallığı
*Anadolu Səlcuqlu dövləti
*Kilikiya Erməni çarlığı

Komandan(lar)

Tatavun Noyan
Toku Noyan
Pərvanə Muinəddin


Sultan Baybars
Əmir Şəmsəddin Sunqur
Əmir Ziyaəddin

Tərəflərin qüvvəsi

14.000-dən çox[1]

11.000-12.000 monqol[2]
3.000 gürcü[2]
3.000
sayı naməlum Səlcuqlu döyüşçüləri[2]

İtkilər

Monqollara görə daha az[3]

Ordunun böyük qismi[2]

Əlbistan döyüşü — 15 aprel 1277-ci ildə Sultan Baybars komandanlığındakı Məmlük ordusu ilə Tatavun Noyan komandanlığındakı erməni, gürcüSəlcuqlular tərəfindən dəstəklənən monqol ordusunun qarşılaşdığı döyüşdür. Döyüş Əlbistan ovasının Kalfa düzündə baş vermişdir.[4]

Kösədağ döyüşündə məğlub olması ilə birlikdə monqolların hakimiyyəti altına girən Səlcuqlu dövləti vəziri Pərvanə Muinəddin Məmlük sultanı Baybarsa göndərdiyi məktublarla onu Anadoluya dəvət etmiş, özlərini monqollardan xilas etməsini istəmişdir. Bu çağırışlara qulaq verən Sultan Baybars 25 fevral 1277-ci ildə Qahirədən ayrılaraq 24 mart 1277-ci ildə Şama və sonrasında Hələbə çatdı. 1277 baharında Hələbdən ayrılaraq Anadoluya doğru hərəkətə keçdi.[4]

Sultan Baybars öndərliyindəki Məmlük ordusu Göksu və 12 apreldə Ağça Dərbəndə gəldi. Əmir Şəmsəddin Sunqur komandanlığındakı Məmlük öncü birlikləri 14 apreldə Gəray Noyan komandanlığındakı təxminən 3.000 məfərlik monqol dəstəsini məğlub etdi. Tatavun komandanlığındakı monqol ordusunun Ceyhan çayı üzərində olub, onlara yaxınlaşmaqda olduqları məlumatının gəlməsindən sonra Məmlük sultanı ordusunu Əlbistan ətrafındakı Afşinin şimal-qərbində yerləşən Hununun qərbindəki qayalıqlı dağa çıxardı. Buradan Əlbistan ovasındakı monqollar rahatlıqla görünməkdə idi. Monqollar hər biri min nəfərdən çox olmaqla 11 tabor idi. Monqollar gürcü, erməni və Səlcuqlu dəstəklərini özlərindən ayrı tutmuşdular. Döyüşü başladan Məmlük hücumu oldu. Dağın təpəsindən enən məmlüklar monqol əsgərlərinin üzərinə hücum etdi.[5]

Monqol ordusu bütün gücü ilə Məmlük ordusunun sol tərəfinə hücum etdi və buranı yararaq sağa doğru itələdilər. Bundan sonra Sultan Baybars ən yaxşı əsgərlərinə monqolların ardından dolanmalarını əmr edib, birliklərini döyüşə atdı. Monqolların çoxu qılıncdan keçirildi, qaça bilməyənlər əsir alındı. Səlcuqlu əsgərlərinin bir qismi Məmlük tərəfinə keçdi, bir qismi də könüllü olaraq əsir oldu.

  1. Waterson, 2007. səh. 164
  2. 1 2 3 4 Mikaberidze, 2011. səh. 25
  3. Amitai-Preiss, 1995. səh. 174
  4. 1 2 İbrahim GÜNEŞ. "MEMLÛK SULTANI I.BAYBARS'IN 1277 YILINDAKİ ANADOLU SEFERİ" (PDF). web.firat.edu.tr. 2016-06-29 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  5. "Archived copy". 2007-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-09-04.
  • Al-Maqrizi, Al Selouk Leme'refatt Dewall al-Melouk, Dar al-kotob, 1997.
  • Amitai-Preiss, Reuven (1995) Mongols and Mamluks: The Mamluk-Ilkhanid War, 1260–1281. Cambridge University Press, Cambridge. ISBN 978-0-521-46226-6
  • Idem in English: Bohn, Henry G., The Road to Knowledge of the Return of Kings, Chronicles of the Crusades, AMS Press, 1969.
  • Ibn Taghri, al-Nujum al-Zahirah Fi Milook Misr wa al-Qahirah, Dar al-Kotob, Beirut 1992.
  • 'Izz al-Din Muhammad b. 'Ali Ibn Shaddad. Ta'rikh al-Malik al-Zahir.
  • Mikaberidze, Alexander. Battle of Elbistan // Mikaberidze, Alexander (redaktor). Conflict and Conquest in the Islamic World: A Historical Encyclopedia. Vol. 1. ABC-CLIO. 2011.
  • Amitai-Preiss, Reuven. Mongols and Mamluks: The Mamluk-Ilkhanid War, 1260–1281. Cambridge University Press. 1995.
  • Waterson, James. The Knights of Islam: The Wars of the Mamluks. Greenhill Books. 2007. ISBN 978-1-85367-734-2.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]