Əsas sümük

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əsas sümük
Bitişir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsas sümük (lat. Os sphenoidale) yarasa və ya uçan kəpənəyə bənzər sümükdür və kəllə əsasının ortasında üfuqi bir vəziyyətdə yerləşmışdır. Bunun cismi — lat. corpus, bir cüt böyük qanadlar — lat. alae majoris (alae magnae — BNA), bir cüt kiçik qanadları — lat. alae minores (arae parvae —BNA) və bir cüt qanadabənzər çıxıntıları — lat. processus pterygoidei vardır.

Cisminin daxilində əsas cibi — lat. sinus sphenoidalis deyilən boşluq vardır. Həmin cib lat. septum sinium sphenoidalium adlanan arakəsmə vasitəsilə iki şöbəyə bölünür. Əsas sümüyü cisminin altı səthi vardır: yuxarı, aşağı, ön, dal və iki yan. Yuxarı səthi yəhərə bənzədiyinə görə onu türk yəhəri — lat. sella turcica adlandırırlar. Yəhərin ortasını beyin artımına məxsus çuxur — lat. fossa hypophyseos tutur. Bəzən bu zuxurun dibindən beyin artımı axacağına məxsus başlayır və əsas sümüyün cisminin aşağı səthinə açılır. Çuxurdan önə yəhər qabarcığı (yəhər qşı) — lat. tuberculum sellae və yan tərəfdə orta mail çıxıntı — lat. processus clinoideus medius yerləşmişdir.

Yəhər qabarcığından önə görmə sinirlərinin çarpazına məxsus çarpaz şırımı — lat. sulcus chiasmatis keçir. Bu şırım yuxarı və ön tərəfdən əsas sümük hündürlüyü — lat. jugum sphenoidalae vasitəsilə əhatə olunmuşdur. Türk yəhəri arxadan yəhər arxası — lat. dorsum sellae adlanan sümük səfhəsi ilə əhatə olunmuşdur və yan tərəflərdə dal mail şıxıntılar — lat. processus clinoidei posteriores ilə tamam olur. Əsas sümüyün cisminin dal səthi ənsə sümüyünün əsas hissəsi ilə birləşir. Əsas cibi qabaq tərəfdən nazik sümük səfhələri — əsas sümük balıqqulaqları — lat. conchae sphenoidales ilə örtülmüşdür. Bu səfhələrin ön tərəfində əsas cibi yarığı — lat. aperturae sinus sphenoidalis adlanan kiçik dəlik vardır. Əsas cibin arakəsməsi ön tərəfdə darağa — lat. crista sphenoidalis keçir. Bu daraq şaquli vəziyyətdə olub şağı ucu dimdik — lat. rostrum sphenoidale adlanır. Əsas sümüyün cisminin aşağı səthi burun çəpəri ilə birləşərək burun boşluğuna baxır.

Böyük qanadlar

[redaktə | mənbəni redaktə et]
İnsan kəlləsi (öndən).

Əsas sümüyünün cisminin yan tərəflərində yana doğru böyük qanadlar — lat. alae majores çıxır. Hər qanadın ön və ya gözyuvası səthi — lat. facies orbitalis, beyin səthi — lat. facies cerebralis və gicgah çuxuruna baxan gicgah səthi — lat. facies temporalisalmacıq, alın, təpəgicgah sümükləri ilə birləşməyə məxsus kənarları — lat. margo zygomaticus, frontalis, parietalis (angulus parietalis — BNA) et squamosus vardır. Beyin səthi basıq olub, üzərində üç dəlik vardır: ındə girdə dəlik — lat. foramen rotundum, bayır tərəfdə arxada oval dəlik — lat. foramen ovale və qanadların lat. spina ossis sphenoidalis (spina angularis — BNA) adlanan arxa ucunda tin dəliyi — lat. foramen spinosum olur. Böyük qanadların əsası yaxınlığında əsas sümüyü cisminin yan tərəfində arxadan önə doğru daxili yuxu arteriyasına məxsus şırım — lat. sulcus caroticus gedir. Həmin şırım qanadların arxa kənarında bayır tərəfdən lat. lingula sphenoidalis adlanan dilçəklə əhatə olunmuşdur. Böyük qanadların gözyuvası səthi hamardır, bu səthin yuxarı kənarı ilə kiçik qanadların aşağı səthi arasında göz ytuvasının yuxarı yarığı — lat. fissura orbitalis superior əmələ gəlir. Böyük qanadların göz səthi altında lat. facies maxillaris (facies sphenomaxillaris — BNA) adlanan səth vardır; buraya böyük qanadların girdə dəliyi açılır. Böyük qanadların gicgah səthi üfuqi tərzdə gedən gicgahaltı darağı — lat. crista infratemporalis vasitəsilə iki hissəyə bölünür.

Kiçik qanadlar

[redaktə | mənbəni redaktə et]

Kiçik qanadlar — lat. alae minores iki kök vasitəsilə əsas sümüyü cisminin yuxarı və ön şöbəsindən başlayır. Kıklər hər iki tərəfdən göz yuvasına açılan görmə kanalını — lat. canalis opticus (foramen opticum — BNA) əhatə edir. Kiçik qanadlar üçbucaq səfhəyə bənzəyirlər: bunların aşağı səthləri göz yuvasına və yuxarı səthləri kəllə boşluğuna çevrilmişdir. Arxa kənarı kəllə boşluğuna baxır və içəri ucu ön mail çıxıntı — lat. processus clinoideus anterior adlanır. Kiçik qanadların daxilində bəzi vaxt cib olur.

Qanadabənzər çıxıntılar

[redaktə | mənbəni redaktə et]

Qanadabənzər çıxıntılar — lat. processus pterygoidei şaquli tərzdə böyük qanadların əsasından aşağıya doğru gedirlər. Hər çıxıntı birər içəri və bayır səfhələrdən — lat. lamina medialis et lateralis processus pterygoidei inarətdir. Bu səfhələr yuxarıda geriyə açılmış bir çuxur — lat. fossa pterygoidea və aşağıda, bir-birindən uzaqlaşaraq, oyma — lat. incisura pterygoidea (fissura pterygoidea —BNA) əmələ gətirir. Bu oyma tam kəllədə damaq sümüyünün piramid çıxıntısı ilə tutulur. Qanadabənzər çıxıntıların ön səthində şırım — lat. sulcus palatinus major (sulcus pterygopalatinus — BNA) vardır. Bu şırımın yuxarı ucunda qanadabənzər çıxıntının əsasını deşərək öndən yuxarıya doğru gedən qanadabənzər kanal — lat. canalis pterygoideus (canalis pterygoideus Vidii — BNA) başlayır. Qanadabənzər çıxıntının bayır səfhəsi enli və qısa, içəri səfhəsi uzun və ensizdir. İçəri səfhə aşağı ucunda lat. hamulus pterygoideus adlanan qarmaqla tamam olunur. Qanadabənzər qarmaq üzərində bir şırım — qanadabənzər qarmaq şırımı — lat. sulcus hamuli pterygoidei vardır. İçəri səfhə yuxarıda əsas sümüyün cisminin aşağı səthinə keçərək yataq çıxıntısı — lat. processus vaginalis əmələ gətirir; bu çıxıntının aşağı səthi ilə öndən arxaya doğru bir şırım — lat. sulcus palatovaginalis uzanır. bəzən bu şırım əvəzində lat. canalis palatovaginalis (canalis pharyngeus — BNA) adlanan kanala təsadüf olunur. Bu kanaldan içəri tərəfə lat. processus vaginalis iləəsas sümüyün cisminin aşağı səthi arasında digər bir şırım — xış-yataq şırımı — lat. sulcus vomerovaginalis vardır. Həmin şırım xış qanadı vasitəsilə xış–yataq kanalına — lat. canalis vomerovaginalis (canalis basipharyngeus — BNA) çevrilir. İçəri səfhənin yuxarı şöbəsinin arxa kənarında qayığabənzər çuxur — lat. fossa scaphoidea və bu çuxurdan yuxarı və bayır tərəfə eşitmə borusu şırımı — lat. sulcus tubae auditivae vardır. Qanadabənzər çıxıntıların bayır səfhəsi qanadabənzər tin bağı (lat. lligamentum pterygospinale , ligamentum pterygospinosum — BNA) vasitəsi ilə bucaq tiniilə birləşərək eyni adlı dəlik əmələ gətirir. Bəzən qanadabənzər tin bağı sümükləşərək — lat. processus pterygospinosus (processus pterygospinosus Civini —BNA) adlanır.

  • Prof. K.Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, I cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1971