Əsgəran
Qəsəbə | |
Əsgəran | |
---|---|
39°56′12″ şm. e. 46°49′58″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Qarabağ iqtisadi rayonu |
Rayon | Xocalı |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1751 |
Mərkəzin hündürlüyü | 512 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 2.300 nəfər (2015) |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 26 |
Nəqliyyat kodu | 26 |
Vikianbarda əlaqəli mediafayllar |
Əsgəran — Azərbaycan Respublikasının Xocalı rayonunun Əsgəran qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1]
Əsgəran qəsəbəsi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Əsgəran qəsəbəsi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Əsgəran qəsəbəsinə nəzarəti ələ keçirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.[2][3]
Etimologiyası
[redaktə | mənbəni redaktə et]Bəzi araşdrmalara görə "Əsgəran" sözü Azərbaycan türkcəsində Əski Aran yəni köhnə, qədim Aran və ya Arran anlamına gəlir. Qədim mənbələrdən məlum olan əski (köhnə, qədim) və Aran (Arran toponimi) komponentlərindən ibarət olub, "Köhnə Aran, Qədim Aran) mənalarını özündə daşıyır. "Alban tarixi" əsərində bu yerin adı Mets Aran (Böyük Aran) kimi qeyd edilmişdir[4].
Tarix üzrə fəlsəfə doktoru Bayram Quliyuevin fikri ilə, Əsgəran əsgərlər mənasını da verir, və ehtimal etmək olar ki, Əsgəran qalası hərbi-strateji məqsədlə tikildiyindən bu cür adlandırılıb[5].
Tarixi
[redaktə | mənbəni redaktə et]Ən qədim zamanlardan Azərbaycan daim yadellilərin hücumlarına məruz qalıb. Ona görə də Azərbacan ərazisi müdafiə məqsədilə tikilən istehkam və qalalarla zəngindir. Bunlardan biri də Əsgəran qalasıdır. Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5 km -liyində və Ağdam şəhərinin 12 km cənubunda Qarqarçayın sağ və sol sahillərində dağ döşündə yerləşir. Burada dağlar eni təqribən 500 m-ə çatan çayın vadisinə və qalanın divarları ilə əhatələnən böyük olmayan dərəyə yaxınlaşır.
Qalanın salınması Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub, Qarqar çay vadisini qapayaraq yalnız çay tərəfdən kiçik keçid yaratmaq məqsədini güdürdü. Əsgəran qalası çayın hər iki sahili boyunca sağ və sol sahilində tikilmişdir. Qalanın sağ sahil (şərqi) istehkamı bürclərlə möhkəmləndirilmiş, ikiqat daş divarlarından ibarətdir. Bütün bürclər ikimərtəbəli olub, bir-birləriylə ikimərtəbəli qala dəhlizləri ilə birləşdirilmişdir. Relyefə uyğun olaraq dəhliz bir bürcün birinci mərtəbəsini digər bürcün ikinci mərtəbəsi ilə birləşdirir. Dağ keçidindən müdafiə olunan kənar şərq bürc xüsusi formalı otaqların yaratdığı kompleksindən ibarətdir. Qalanın sol sahil hissəsi (qərb) isə bir müdafıə həlqəsində birləşən düzbucaqlı trapesiya şəkilli istehkamlardan ibarətdir. Burada relyef nəzərə alınmaqla inşa olunmuş qala divarları altı bürclə möhkəmləndirilmişdir. Qarqar çayından başlayaraq dağa doğru uzanan qala divarları qala həyətini əmələ gətirir.
Əsgəran Qalası XVIII əsrdə Qarabağ xanlarından birinin (Pənahəli xan və ya Mehrəli bəy) tikdirdiyi Əsgəran qalasının adındandır. Qala keçmişdə Əsgəran adlanan yerdə tikilmişdir.
Rusiya–Qacar müharibәsi zamanı (1804 –13) Rusiya qoşunlarının düşәrgәsi Əsgəran qalası yaxınlığında idi. Rusiya ilә İran arasındakı sülh danışıqları (1810) Əsgəran qalasında aparılmışdır[6].
Birinci Qarabağ müharibəsi dövründə Əsgəran qalası 4 dəfə Azərbaycan milisinin nəzarətinə keçib, hər dəfə də DQMV-də yerləşən Sovet (Rusiya) silahı birləşmələrinin köməyi ilə qala erməni yaraqlılarının nəzarətinə qaytarılıb.
Təqribən 30 sürət işğal dönəmində Əsgəran qalası tarixi abidə kimi qorunmamışdır.
2023-cü il 19-20 senytabr arasında həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində Əsgəran qalası Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Əhali
[redaktə | mənbəni redaktə et]2005-ci ildə Dağlıq Qarabağda qondarma rejim tərəfindən keçirilən əhalinin siyahıyaalmasına əsasən, Əsgəran şəhərinin əhalisinin faktiki sayı 1057 nəfər, qeydiyyatdakı əhalinin sayı 1067 nəfər təşkil edirdi[7].
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Qalereya
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ demokrat.az. "Əsgəran qalası və Qarqar çayından GÖRÜNTÜLƏR — VİDEO". demokrat.az (ingilis). 2023-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
- ↑ Studio, Balans Web. "Əsgəran qəsəbəsi Azərbaycanın nəzarətinə qayıtdı VİDEO". ANS Press (az.). 2023-09-30. 2023-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
- ↑ Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.188.
- ↑ "250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ". Apa.az (az.). İstifadə tarixi: 2024-10-16.
- ↑ Azərbaycan Milli Ensiklopediyası, ISBN:978-9952-441-01-7. "Əsgəran qalası". Azərbaycan Milli Ensiklopediyası. 2007.
- ↑ İnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine - səh. 1
Xocalı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |