Ağ öksəotu
Ağ öksəotu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cind: ???: Ağ öksəotu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Ağ öksəotu (lat. Viscum album)[2] — öksəotu cinsinə aid bitki növü.[3]
Haqqında
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 50 sm-ə qədər olan, sıx çəngəlvari budaqlanmış şarşəkilli koldur; budaqları oduncağabənzərdir, qışlayan yarpaqları vardır. Bitki bütünlüklə çılpaq olub, sarımtıl-yaşıl rəngdədir.
Yarpaq
[redaktə | mənbəni redaktə et]Yarpaqları oturaqdır, qalındır, uzunsov və ya uzunsov-ovaldır, qaidə hissəsinə doğru qısa daralmış, kütdür.
Çiçək
[redaktə | mənbəni redaktə et]Martda çiçək açır. Çiçəkləri sarımtıl-yaşıl rəngdə olub, 5–6 ədəd olmaqla haçalanmış budaqlarda toplanmışdır.
Meyvə
[redaktə | mənbəni redaktə et]Giləmeyvələri şarşəkilli formalı, ağ və ya sarımtıl rənglidir, diametri 9–10 mm-dir. Mart-İyun aylarında çiçək açır.
Yayılması
[redaktə | mənbəni redaktə et]Samur-Şabran oval., Qobustan, BQ şərq, BQ qərb, KQ mərkəzi, KQ cənub, Lənk.dağ., Lənk. oval.
Yaşayış mühiti
[redaktə | mənbəni redaktə et]Yarpaqlı ağaclarda, əsasən balverən ağaclarda parazitlik edir.
Təsərrüfat əhəmiyyəti
[redaktə | mənbəni redaktə et]Yarpaqlarından alınan preparat hipertoniya zamanı istifadə olunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1023.
- ↑ Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
- ↑ Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.