Ağazeynal Qurbanzadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ağazeynal Qurbanzadə
Doğum tarixi 12 mart 1938(1938-03-12) (86 yaş)
Doğum yeri
Elmi dərəcəsi
Elmi adı
İş yerləri
Təhsili

Ağazeynal Alı oğlu Qurbanzadə (12 mart 1938, Astara) — Coğrafiya elmləri doktoru, professor.[1][2]

Professor Ağazeynal Qurbanzadə 12 mart 1938-ci ildə Azərbaycanın Astara şəhərində anadan olumuşdur. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinin "Coğrafiya" ixtisasına daxil olmuş, 1962-ci ildə "İqtisadi coğrafiya" ixtisası üzrə başa vurmuşdur.

1968-ci ildə ADU-nun əyani aspiranturasına daxil olan A. Qurbanzadə 1974-cü ildə "Arazboyu regionunda kənd təsərrüfatının ərazi təşkilinin coğrafi tədqiqi" mövzusunda namizədlik, 2006-cı ildə isə "Azərbaycan Respublikasının aqrar funksional strukturunun ərazi təşkili" mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmiş, 2012-ci ildə professor elmi adını almışdır.

1971-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyətə başlayan A. Qurbanzadə ömrünü bu ali təhsil ocağına bağlayaraq, burada elmin inkişafı ilə bərabər, yüksəkixtisaslı kadrların hazırlanması işinə böyük töhfələr vermiş, rəhbərliyi altında fəlsəfə doktorluğu dissertasiyaları müdafiə olunmuşdur.

1996–2002-ci illərdə Lənkəran Dövlət Universitetində (LDU) "Coğrafiya və ekologiya" kafedrasını yaradaraq, ona rəhbərlik edən görkəmli alim respublikanın ali məktəbləri arasında ilk dəfə olaraq LDU-nun nəzdində "Coğrafi ekologiya" laboratoriyasını təşkil etmişdir. Eyni zamanda o, bir müddət Azərbaycan Kooperasiya Universitetində kafedra müdiri vəzifəsində çalışmışdır. Hal-hazırda AMEA-nın akad. H. Ə. Əliyev adına Coğrafiya İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür.

Coğrafiyaya fundamental elm kimi yanaşan professor Ağazeynal Qurbanzadənin analitik təhlillərinin əsasında konseptual mövzular dayanır. Onun elmi tədqiqat işlərinin yeniliyi və elmi-praktiki əhəmiyyəti alimlər tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, aqrar struktur sistemlərinin optimal modellərinin funksional metodunu yaradıb və onu praktika ilə uzlaşdırıb. Alim elmi-pedaqoji fəaliyyəti dövründə çoxsaylı məqalələr, monoqrafiyalar, dərslik və dərs vəsaitləri çap etdirib. Bu sırada "Aqrar strukturun regional inkişaf modeli: iqtisadi coğrafiya konsepsiyası", "Təbiətşünaslıq", "Ölkəşünaslıq", "İnsanşünaslıq", "Ekologiya: sosial-iqtisadi əsasları", "Azərbaycanı kənd təsərrüfatı coğrafiyası", "Dünya ölkələri: siyasi-iqtisadi və dialektik coğrafiyası", "Elmi tədqiqata giriş", "Tibbi coğrafiya", "Dialektik coğrafiya", "Metodologiya" və digər əsərlərin adlarını çəkmək olar.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

I . Monoqrafiyaları

1. Организация аграрно-цикловых систем Азербайджанана этапе перехода рыночной экономике. Ваку.1996.

2. Azərbaycanın kənd təsərrüfatı strukturunun ekoloji-coğrafi sistemi. Bakı.1997.

3. Концертуальная ревалюция в географии сельскогохозяйства. Киев.1998.

4. Aqrar-strukturun regional inkişaf modeli :iqtisadi-coğrafi konsepsiyası. Bakı.2004.

5. İnsanşünaslıq. Bakı.2009.

6. Ekologiya : sosial-iqtisadi əsasları. Bakı.2010.

7. Dünya ölkələri: siyasi-iqtisadivə dialektikcoğrafiyası. Bakı.2013.

8. Regionalogiya. Bakı.2013.

9. XXI əsr: Dayanıqlı inkişafın aqrar-sənaye klaster faktoru. Bakı.2014.

10. Dialektik coğrafiya: nəzəri coğrafi-dialektik təhlil. Bakı.2017.

11. Analitik coğrafiya: tədqiqat metodları & məntiq ehtimalı. Bakı,2018.

12. Metodologiya:coğrafiya elmi yaddaş və seçim nizamı. Bakı,2021.

II. Dərclik və dərs vəsaitləri

1. Yurdumuzun sərvətləri (dərs vəsati). Bakı.1984.

2. Kənd təsərüfatı ərazi sistemlərinin coğrafi məsələləri (dərs vəsaiti) Bakı.1990.

3. Azərbaycan subtropik təsərrüfatının corafiyası (dərs vəsaiti, S. Əzizovla birlikdə). Bakı.1998.

4. Ərazi-ekoloji qovşaqlarının sosial coğrafiyası (dərs vəsaiti, Z. Ağayevlə birlikdə). Bakı.1998.

5. Sosial və iqtisadi coğrafi sivilizasiya (dərs vəsaiti). Bakı.2003.

6. Meteorologiya və iqlimşünaslıq (dərs vəsati). Bakı.2006.

7. Təbiətşünaslıq . . Bakı.2006.

8. Bioekologiya: arealogiyası, dayanıqlı modeli (dərs vəsaiti, , Ə. Həmzəyevlə birlikdə). Bakı.2008.

9. Ölkəşünaslıq (dərslik). Bakı.2008.

10. Azərbaycanın kənd təsərüfatı coğrafiyası (dərslik). Bakı.2011.

11. Tibbi coğrafiya. İstanbul. (dərs vəsaiti).2018.

12. Biomüxtəlilik:nəzəri-metodiki təlimi, Bakı,2020

13. Dünyanın virtual xəritəsi:Qlobal Lider Ölkələr (Azər Qurbanzadə ilə), Bakı,2021.

  1. "55 il elmin keşiyində". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-18.
  2. "BİO ЕKOLOGİYА: АRЕАLOGİYАSI, DАYАNIQLI MODЕLİ". 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-18.