Adi şirinkök

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Adi şirinkök
Elmi təsnifat
Beynəlxalq elmi adı

Adi şirinkök (lat. Polypodium vulgare) — bitkilər aləminin polypodiophyta şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin şirinkökkimilər fəsiləsinin şirinkök cinsinə aid bitki növü.

Botaniki xarakteristikası

[redaktə | vikimətni redaktə et]

Hündürlüyü 10–50 sm olan, çox vaxt yerüstü kökümsovları sürünən və qonur təbəqə ilə sıx örtülmüş bitkidir. Yarpaq ayası görünüşünə görə uzanmış-neştərşəkillidir, qalın dəriciklidir; yuxarı hissəyə doğru seqmentlər tədricən daralan, dartılmış və ya dəyirmiləşmişdir, tamkənarlıdır və yaxud qeyri-müəyyən mişarvaridir, qaidə hissəsinə doğru birləşmişdir; ikinci dərəcəli damarlar ikiqat-çəngəlvaridir, əsas damardan enli, demək olar ki, düz bucaq altında çıxır. Saplaq yarpaq ayasından qısadır. Sorusları dəyirmidir, orta damara yaxın yerləşmişlər; sporlar sarımtıldır, çox və ya az qabarıqdırlar. Çoxillikdir. İyul-avqust aylarında sporlayır.

Azərbaycanda yayılması

[redaktə | vikimətni redaktə et]

BQ (Quba), BQ şərq, BQ qərb, Qob., Kür-Araz oval., KQ mərkəzi, KQ şimal, KQ cənub, Lənk. dağ., Lənk. oval.

Yaşayış mühiti

[redaktə | vikimətni redaktə et]

Qayalıq yerlərdə, daşlar arasında, meşələrdə, daş binalarda və sökülmüş yerlərdə, bəzən gövdə və kötüklərdə rast gəlinir. Meşəli rayonlarda üstünlük təşkil edir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | vikimətni redaktə et]

Kökümsovunun tərkibində aşı və alma turşusu qlisirizin, santozin vardır. Tibbdə istifadə olunur. Dekorativ bitkidir.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1085.