Adi qanqal

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Adi qanqal
Elmi təsnifat
Beynəlxalq elmi adı

Adi qanqal (lat. Cirsium vulgare) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Yarpaqları üst tərəfdən tikanlarla qismən sıx örtülmüşdür, alt tərəfdən hörümçək toruna oxşar tüklü olub, keçə tüklərə qədər dəyişir, xətvari-uzunsovdur, uzunluğu 5–15 sm, eni 2–7 sm-dir, gövdəyə tədricən birləşəndir, üçkünc-neştərvariyə lələkvari bölünmüşdür, 2–3 ədəd ayrı dilimlərinin bölümləri uc hissədə uzunsərt tikanlı, kənarları isə xırda nazik tikanlıdır. Səbətləri tikanlı və xirda yarpaqlı gövdə və budaqların uc hissəsində yerləşib, yumurtaşəkillidir, təkdir və eni 2,5 −4,5 sm-dir. Çiçəkləri çəhrayı rəngdən bənövşəyi-tünd qırmızı rəngədək dəyişir. Toxumları 3–4 mm uzunluqdadır, sarımtıl və ya açıq-qəhvəyi rəngdə olub, qara uzununa zolaqlıdır; kəkili ağımtıldır. İyun ayında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın bütün rayonlarında. Ovalıqdan subalp qurşağına qədər yayılmışdır.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Meşə talalarında, yol boyunca, ruderal bitki kimi yaşayış evlərinin yaxınlığında rast gəlinir.

  • Ascalea lanceata Hill
  • Ascalea lanceolata (L.) Hill
  • Carduus firmus Steud.
  • Carduus lanceolatus L.
    • Carduus lanceolatus var. lanceolatus lanceolatus
  • Carduus vulgaris Savi
  • Chamaepeuce firma DC.
  • Cirsium abyssinicum Sch.Bip. ex A.Rich.
  • Cirsium auriculatum Camus ex Beleze
  • Cirsium balearicum Willk.
  • Cirsium britannicum Scop.
  • Cirsium dubium Lojac.
  • Cirsium firmum (C.Presl) Arcang.
  • Cirsium fraternum DC.
  • Cirsium lanceolatum (L.) Scop.
    • Cirsium lanceolatum var. abyssinicum (Sch.Bip. ex A.Rich.) Chiov.
    • Cirsium lanceolatum var. album N.Coleman
    • Cirsium lanceolatum var. hypoleucum DC.
    • Cirsium lanceolatum subsp. lanceolatum lanceolatum
    • Cirsium lanceolatum var. nemorale Nägeli ex K. Koch
    • Cirsium lanceolatum var. rhiphaeum Pau & Font Quer
    • Cirsium lanceolatum subsp. sylvaticum (Tausch) Arènes
    • Cirsium lanceolatum var. vulgare Nägeli ex K. Koch
  • Cirsium lanigerum Nägeli
  • Cirsium leucanicum Lojac.
  • Cirsium linkii Nyman
  • Cirsium longespinosum Tod. ex Nyman
  • Cirsium microcephalum Lange
  • Cirsium mielichhoferi Saut.
  • Cirsium misilmerense "Ces., Pass. & Gibelli"
  • Cirsium nemorale Rchb.
  • Cirsium spurium Delastre
  • Cirsium strigosum (Hoffmanns. & Link) Cout.
  • Cirsium vulgare (Savi) Airy Shaw [Illegitimate]
  • Cirsium vulgare f. erdneri Soó
    • Cirsium vulgare var. nemorale (Rchb.) Tzvelev
    • Cirsium vulgare subsp. silvaticum (Tausch) Dostál
    • Cirsium vulgare subsp. vulgare vulgare
    • Cirsium vulgare var. vulgare vulgare
  • Cirsium vulgare f. vulgare
  • Cnicus firmus J.Presl & C.Presl
  • Cnicus lanceolatus (L.) Willd.
    • Cnicus lanceolatus var. abyssinicus (Sch.Bip. ex A.Rich.) Vatke
    • Cnicus lanceolatus var. lanceolatus lanceolatus
  • Cnicus strigosus Hoffmanns. & Link
  • Cynara lanceata Stokes
  • Eriolepis lanceolata (L.) Cass.
  • Lophiolepis dubia Cass.