Adidas

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Adidas AG
Adidas
Ümumi məlumatlar
Tipi İctimai şirkət
Məhsulları İdman ayaqqabıları, geyimləri, aksessuarları və avadanlıqları.
Təsis tarixi 1924(1949-da qeydiyyatdan keçib)
Baş qərargahın yeri Almaniya Hertsoqenaurax, Bavariya, Almaniya
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 4.580.000.000 € (31 dekabr 2023)[1]
Ümumi aktivlər
  • 18.020.000.000 € (31 dekabr 2023)[1]
Ümumi gəliri € 10 799,0 milyon (2008)
Xalis mənfəəti € 642,0 milyon (2008)
Əməliyyat mənfəəti € 1 070,0 milyon (2008)
Struktur
İşçi sayı 38 980 (2008)
Rəhbərlik
Təsisçi Adolf Dassler
Adidas-group.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adidas AGAlmaniyanın sənaye şirkətidir. İdman ayaqqabıları, geyimləri və digər inventarın istehsalı üzrə ixtisaslaşmışdır. Şirkət eyni zamanda Adidas, Reebok, RBK & CCM Hockey və Taylor-Made Golf markalarının satışını həyata keçirir.

Şirkətin 2008-ci il üçün dövriyyəsi 10,8 milyard avro olmuş, 2007-ci il üçün isə bu rəqəm 10,3 milyard avro olaraq açıqlanmışdır.

Birinci dünya müharibəsindən qayıtdıqdan sonra Adolf (Adi) Dassler öz idman ayaqqabılarının istehsalına anasına məxsus olan çamaşırxanada başlamışdır. 1924-cü ildə isə onun qardaşı Rudolf (Rudi) Dassler də işə qoşuldu və Gebrüder Dassler Schuhfabrikin (Dassler qardaşlarının ayaqqabı fabriki) əsası qoyuldu.

1928-ci ildə Amsterdamda keçirilən Yay Olimpiya oyunlarında, Adi Dassler bir sıra atleti geyim və inventarla təmin edərək şirkətin beynəlxalq bazara çıxmasına təkan verdi. 1936-cı il Berlin Olimpiadasında Dasslerin təmin etdiyi ayaqqabılarla ABŞ təmsilçisi Cess Ovens dördqat qızıl medal sahibi olmuşdur.

İkinci dünya müharibəsi zamanı Dassler qardaşlarının ayaqqabı fabriki tanklara qarşı istifadə edilən "Panzerşrek" (Panzerschreck) silahının istehsalı məqsədilə istifadə olunurdu.

1948-ci ildə qardaşlar müəssisəni ayırmaq qərarına gəldilər. Beləliklə, Rudi Dassler Puma şirkətini, Adi Dassler isə Adidası təsis etdi.

Şirkət ilkin olaraq 1949-cu il 18 avqust tarixində "adidas AG" (kiçik hərflərlə) olaraq qeydiyyatdan keçmişdir. Şirkətin adının ingilis dilində — "All Day I Dream About Sports" cümləsinin abbreviaturasından götürüldüyü iddia olunsa da, bu həqiqəti əks etdirmir və sonralar yaranmış bekronimdir. Əslində isə "adidas" sözü Adolf Dasslerin ad və soyadının qısaldılmasından yaranmışdır.

Konsernin Almaniyada 8 müəssisəsi və Fransa, Böyük Britaniya, ABŞ, Kanada, CAR daxil olmaqla digər ölkələrdə 25 alt müəssisəsi fəaliyyət göstərir.

2009-cu ilə qədər aşağıdakı ticarət nişanlarını birləşdirmişdir:

  • Adidas — yüngül atletika, amerika futbolu, tennis, fitnes, futbol, basketbol, idman yerişi və bir çox digər idman növləri üzrə geyim, ayaqqabı və aksessuarlar.
  • Salomon — dağ xizəyi və təchizatı. (2008-ci ilin 2-ci yarısından etibarən Adidas Ltd. tərkibindən çıxmışdır.)
  • Mavic — velosiped üçün hissələr.
  • Bonfire Snowboarding Company — snoubordlar, idman ləvazimatı.
  • Arc`Teryx
  • Maxfli

Hal-hazırda Adidasa məxsusdur:

[redaktə | vikimətni redaktə et]
  • Reebok — Adidasın keçmiş rəqibi, idman geyim və ayaqqabılarının istehsalı üzrə ixtisaslaşmışdır.
  • Rockport — klassik və gündəlik ayaqqabılar.
  • CCM — hokkey üçün ləvazimat.
  • Taylor Made Golf — qolf ləvazimatı.