Adstrat

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Adstrat — bu dillərdə danışan xalqların uzunmüddətli birgəyaşayışı və təmasları şəraitində bir dilin digər dilə təsirinin nəticəsi kimi izah edilən dil sisteminin xüsusiyyətləri toplusu. Adstrat bu anlayışla əlaqəli substratsuperstrat terminlərindən fərqli olaraq, bir dilin digər dilə etnik assimilyasiyası və əriməsinin olmadığı neytral linqvistik qarşılıqlı əlaqə növü deməkdir. Adstratik hadisələr iki müstəqil dil arasında təbəqə əmələ gətirir. Bəzən "adstrat" termini qarışıq bilinqualizmə (multilinqualizm) iaid edilir. Adstratum anlayışı Matteo Culio Bartoli (1939) tərəfindən irəli sürülmüş və linqvistikada geniş istifadə olunmamışdır.[1]

  1. Bartoli M., Substrato, superstrato, adstrato, «Rapport au 5-me Congres international des linguistes», Brugues, 1939