Almaniya Şərqi Afrikası
Tarixi dövlət | |||||
Almaniya Şərqi Afrikası | |||||
---|---|---|---|---|---|
(alm. Deutsch-Ostafrika) | |||||
|
|||||
|
|||||
Paytaxt | Dar əs Salam | ||||
Rəsmi dilləri | |||||
Dövlət dini | Lüteranlıq | ||||
Ərazisi | 995 000 km² | ||||
Əhalisi | 7 700 000 nəfər | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Almaniya Şərqi Afrikası (alm. Deutsch-Ostafrika) — müasir Tanzaniya, Burundi və Ruanda ərazilərini əhatə edən Afrikadakı alman koloniyası.
Tarixi
[redaktə | mənbəni redaktə et]Bu hissələrdə almanların fəaliyyətinin başlanğıcı 1884-cü ildə qoyuldu, o zaman Almaniya hökuməti "Alman Kolonizasiyası Cəmiyyətinə" rəhbərlik edən Karl Petersin şirkətinə alman maraqlarını qorumaq üçün ərazini inkişaf etdirmə hüququ verdi. 1890-cı ildə Abuşirinin üsyanı başladı. Alman hökuməti Hermann Vissmann başçılığı ilə qoşun göndərməyə məcbur oldu və buradakı mülklərini koloniyaya çevirib Cəmiyyətdən aldı.
Almanların dövründə torpaqlar becərilməyə başlandı, dəmir yolları çəkildi, yerli əhali üçün məktəblər tikildi, lakin Almaniya heç vaxt müstəmləkədən iqtisadi gəlir götürmədi: əksinə Şərqi Afrika Almaniya hökumətindən subsidiya almağa davam etdi. İnzibati qaydada koloniyanın rəhbərliyi qəbilələrin liderləri ilə münasibətlərə əsaslanırdı (müstəmləkəçiliyin ilk 20 ilində almanlar yerli tayfaların müstəmləkəçilərə qarşı qiyamlarını daim yatırtmaq məcburiyyətində qaldılar).
Alman kolonistləri Almaniya Şərqi Afrikasına fəal şəkildə köçdülər: 1903-cü ildə onların sayı 650, 1914-cü ildə isə 5,5 min nəfər idi[1]. Birinci Dünya Müharibəsi dövründə koloniyanın silahlı qüvvələrinə (3 min avropalı və 11 min yerli sakindən) 1914-1918-ci illərdə İngilis və Portuqaliya müstəmləkə qoşunlarına qarşı döyüşlər uğurla davam etdirən polkovnik fon Lettov-Forbek rəhbərlik edirdi. Daha sonra Belçika Konqosundan edilən hücum və qaynaq çatışmazlığı səbəbiylə geri çəkilməyə məcbur oldu. Kiçik bir dəstə ilə, fon Lettov-Forbek, Mozambik və şimali Rodeziya ərazisinə qədər irəlilədi, burada Almaniya və Antanta arasında barışıq imzalanmasını öyrəndikdən sonra atəşkəs əmrini verdi. Birinci Dünya Müharibəsi başa çatdı və bununla da müstəmləkə Almaniyasında düşmənə təslim olmayan yeganə silahlı dəstənin komandiri oldu. Daha sonra Alman Şərqi Afrika döyüşlərində iştirak edən yerli əsgərlər Veymar Respublikası və AFR hökumətlərindən pensiya aldılar.
1919-cu il Versal sülh müqaviləsinə görə Alman Şərqi Afrika ərazisi bölündü: qərb hissəsi Belçikaya (Ruanda-Urundi), qalan hissəsi koloniyanın adını Tanqanika olaraq dəyişdirən İngiltərənin ixtiyarına verildi. Sonuncusu 1961-ci ildə müstəqillik qazandı.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət" (PDF). 2021-08-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-17.