Almaniya əhalisi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Almaniya Federativ Respublikasının əhalisi — 81 802 000 nəfərdir (2009). Almaniya əhali sayına görə Avropa Birliyində ilk yerdədir. Almaniya birləşəndən sonra ilk dəfə 9 may 2011-ci ildə əhalinin ümumi siyahıya alınması keçirimişdir.

Əhalinin Almaniya ərazisində yayılması

[redaktə | mənbəni redaktə et]

Almaniya Avropada əhalinin ən sıx yaşayan ölkələrindən biridir. Burada hər kvadrat kilometrə 229 nəfər düşür (2009), amma AFR-in xarakterik xüsusiyyəti əhalinin yayılmasının ölkə üzrə bərabər paylanılmamasıdır..

Torpaq Sahə Əhali Əhali sıxlığı
Baden-Vyurtemberq 35 752 10 717 000 300
Bavariya 70 549 12 444 000 176
Berlin 892 3 388 000 3 798
Brandenburq 29 478 2 568 000 87
Bremen 404 663 000 1641
Hamburq 755 1 735 000 2298
Hessen 21 115 6 089 000 288
Meklenburq-Ön Pomeraniya 23 179 1 720 000 74
Aşağı Saksoniya 47 620 8 001 000 168
Şimali Reyn-Vestfaliya 34 084 18 075 000 530
Reynland-Pfalts 19 853 4 061 000 205
Saar 2569 1 056 000 411
Saksoniya 18 415 4 296 000 233
Saksoniya-Anhalt 20 446 2 494 000 122
Şlezviq-Holşteyn 15 763 2 829 000 179
Türingiya 16 172 2 355 000 146
Almaniya 357 046 81 802 000 229

31 % əhali 100 000-dən çox sakini olan şəhərlərdə, 62 % əhali 2 000-dən 100 000-nə qədər sakini olan yaşayış məntəqələrində və şəhərlərdə, 7 % əhali 2000-dən az sakini olan yaşayış məntəqələrində yaşayır.

Almaniyada 6,75 milyondan çox xarici ölkə vətəndaşı yaşayır.

Onlardan:

  • 1,749 mln. — türklər (bütün əcnəbi vətəndaşların 1/3-i və ümumi ölkə əhalisinin təxminən 2,4 %-i);
  • 930 min. — keçmiş Yuqoslaviya respublikaları fətəndaşları;
  • 187,5 min. — Rusiya vətəndaşları;
  • 129 min. — Ukrayna vətəndaşları[1].

Milli tərkibinə görə ən böyük əcnəbi qrupu — türklərdir — ümumi əhalinin 2,4 %-i, keçmiş Yuqoslaviya respublikaları vətəndaşları — 0,9 %, italyanlar — 0,7 %, yunanlar — 0,4 %, polyaklar — 0,3 %, xorvatlar — 0,2 %, bosniyalılar — 0,25 % və Avstriya vətəndaşları — 0,2 %.

  1. "Отчёт Федерального ведомства по вопросам миграции и беженцев за 2006 г. — BAMF Migrationsbericht 2006" (PDF). 2008-10-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-01-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]