43°14′24″ şm. e. 76°54′54″ ş. u.HGYO

Almatı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bu məqalə Almatı şəhəri haqqındadır. Digər mənalar üçün Almatı (dəqiqləşdirmə) səhifəsinə baxın.
Almatı
Алматы
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
43°14′24″ şm. e. 76°54′54″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1854
Sahəsi
  • 682 km²
Mərkəzin hündürlüyü 893 m[1]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.135.365 nəf. (2022)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 727
Poçt indeksi 050000, 050063
Nəqliyyat kodu 02, A
Digər
almaty.kz
Xəritəni göstər/gizlə
Almatı xəritədə
Almatı
Almatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Almatı (qaz. Алматы; 1921-ci ilədək — Vernı, orta əsrlərdə — Almatu) — Qazaxıstanın ən böyük şəhəri və 19271997-ci illərdə ölkənin paytaxtı. Əhalisi 2 milyon nəfərdir).

Qazaxıstanın cənub şərqində yerləşən Almatı şəhəri, 1854-cü ildə Rusların şərqdə sərhəd qalası olaraq qurduqları şəhərdir və 2020-ci il 1 sentyabr statistikasına əsasən 1.955.080 nəfər əhalisi ilə Orta Asyanın ən inkişaf etmiş beynəlmiləl şəhəridir. Bir çox ticarət mərkəzi, restoranları, otelleri və kazinoları ilə varlı həyat tərzi ilə seçilir. Öncəki adı Alma Ata olan şəhər Alatau Dağları platosunda yerləşir. Bütün Qazaxıstanda olduğu kimi, Almatıda da ana dil qazaxca və ruscadır. Qazaxıstanın 1991-ci ildə Sovet İttifaqından müstəqillik əldə etməsindən sonra, Almatı şəhəri Qərb bazarlarına açılıb, çox sürətli inkişaf etmişdir. Almatı köhnə paytaxt olmasına baxmayaraq (indiki paytaxt Astana şəhəridir), hələ də ölkənin mədəni, iqtisadi və ticarət mərkəzi olaraq qalır.

Almatı şəhəri qış turizmi üçün ideal yerdir. Çimbulak qış turizm mərkəzi dəniz səviyyəsindən 3163 metr yuxarıda yerləşir. Çimbulak turizm mərkəzinin yanında yerləşən Böyük Almatı Gölü görməli yerlərdən biridir. Bundan başqa Almatıda təxminən 16 milyondan artıq ağac var.

Muzeylər və abidələr

[redaktə | mənbəni redaktə et]

Mərkəzi Muzeydə Qazaxıstan tarixi ilə bağlı eksponatlar mövcuddur. Panfilov Parkında, II. Dünya Müharibəsində həlak olanların xatirəsinə yanar alov və abidə görməyə dəyər, qüdrətli abidələrdir

Yol planlaması

[redaktə | mənbəni redaktə et]

Almatının mərkəzində çox düzgün yol planlaması var. Bütün küçələr paralel və perpendikulyar şəkildə salınmışdır. Küçənin bir tərəfində binalar tək nömrəli, qarşı tərəfdə da cüt nömrəlidir. Bir ünvanı izah etməyin ən asan yolu, gediləcək yer üzrə kəsişən küçələrin adlarını söyləməkdir. Almatı Qazaxıstanın ən böyük şəhəridir.