Anna (Trabzon imperatriçası)
Anna | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. XIII əsr |
Doğum yeri | |
Vəfat tarixi | 3 sentyabr 1342 |
Vəfat yeri | |
Atası | II Aleksey (Trabzon imperatoru)[1] |
Anna Komnini (yun. Ἀννα Μεγάλη Κομνηνή Ἀναχουτλού) (təq. XIII əsr, Trabzon – 3 sentyabr 1342, Trabzon) — 14-cü Trabzon imperatriçası.[2]
Həyatı
[redaktə | mənbəni redaktə et]Atası Trabzon imperatoru II Aleksey, anası isə Mesxeti atabəyi I Bekanın qızı Ciacak Cakelidir. Atasının səltənətində rahibə olaraq kilsədə yaşamağa başladı. Atasının 1330-cu ildə vəfatının ardından qardaşı III Andronik, onun oğlu II Manuel, daha sonra isə digər qardaşı Vasiley taxta çıxdı. Ancaq Vasileyin Bizanslı xanımı tərəfindən zəhərlənməsi və daha sonra xanımı İrinanın taxtı ələ keçirməsiylə saray əyanları tərəfindən taxta namizəd görüldü. Bu səbəblə yaşadığı kilsəyə axın edən saray əyanlarının təkidiylə taxt iddiasını irəli sürdü. 17 iyul 1341-ci ildə Trabzona daxil olan Anna və birlikləri Gürcü çarı V Qriqoridən aldığı siyasi və hərbi dəstəklə hakimiyyəti ələ aldı. İrina Paleoloq həbs edildi.
Bu əsnada Annanın Konstantinopolda əsir tutulan əmisi Mixail İrina Paleoloqla evləndirilməsi məqsədilə yola düşmüş, Annanın taxta çıxdığı günlərdə Trabzona gəlmişdi. Ancaq hadisələrin ardından o və yanında gətirdiyi Bizans əsilzadələri həbs edildi. Sabiq imperatriça İrina Konstantinopola — qardaşı V İohannın yanına göndərildi. Mixail isə sürgün olundu.
Apardığı daxili siyasət və türkmənlərə qarşı qazandığı qələbələrə baxmayaraq qadın bir hökmdarı qəbul etmək istəməyən bəzi saray əyanları sürgün edilən Mixailin Konstantinopoldakı oğlu İohannı taxta dəvət etdilər. Genuya və Bizans gəmiləriylə Trabzona yola düşən İohann 3 sentyabr 1342-ci ildə şəhərə daxil oldu və taxtı ələ keçirdi. Anna Komnini boğularaq öldürüldü, tərəfdarları isə edam edildi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c. 1071–1330, 1968
- George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877)
- Alexander Kazhdan, (Ed.) (1991). The Oxford Dictionary of Byzantium (İngilizce). Oxford ve New York: Oxford University Press. ISBN 0-19-504652-8
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Lundy D. R. Anna Anachoutlou Comnene, Emperess of Trebizond // The Peerage (ing.).
- ↑ Jackson Williams, Kelsey (2007). "A Genealogy of the Grand Komnenoi of Trebizond". Foundations: The Journal of the Foundation for Mediaeval Genealogy.