Ansi Aqolli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ansi Aqolli
alb. Ansi Agolli
Ümumi məlumatlar
Tam adı Ansi Aqolli
Doğum tarixi 11 oktyabr 1982(1982-10-11)[1][2] (42 yaş)
Doğum yeri
Vətəndaşlığı Albaniya Albaniya
Boyu 183 sm
Çəkisi 75 kq
Mövqeyi Müdafiəçi
Klub haqqında məlumat
Klub ABŞ Nyu York Kosmos
Nömrəsi 13
Karyerası
Gənclik karyerası
1991—2000 Albaniya Tirana
Klub karyerası[* 1]
2000—2005 Albaniya Tirana 64 (5)
1999—2000  Albaniya Elbasani 17 (0)
2002—2003  Albaniya Apoloniya 12 (1)
2005—2006 İsveçrə Ksamaks 29 (3)
2006—2007 İsveçrə Lyusern 8 (0)
2007—2009 Finlandiya VPS 33 (2)
2008—2009  Albaniya Tirana 3 (0)
2009—2010 Ukrayna Krivbas 13 (0)
2010—2011  Azərbaycan Qarabağ 31 (0)
2011—2019 Azərbaycan Qarabağ 152 (3)
2019—h.h. ABŞ Nyu York Kosmos 1 (0)
Milli yığma[* 2]
2005—h.h. Albaniya Albaniya 57 (2)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 27 aprel 2019 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 7 sentyabr 2015 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ansi Aqolli (11 oktyabr 1982[1][2], Tirana) — albaniyalı futbolçu. "Nyu York Kosmos" futbol klubunun oyunçusudur. Albaniya millisinın kapitanı olmuşdur. Hazırda ABŞ-də peşəkar futbolçu və futbol məktəbi sahibi kimi fəaliyyət göstərir. Futbolçu "sol cinah müdafiəçisi" mövqeyində oynayır.

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Aqolli karyerasına ölkəsinin Tirana klubunda başladı.Aqolli 5 il peşəkar şəkildə bu klubda oynadı.Bu müddətdə 2 dəfə Albaniya Superliqasının, 2 dəfə Albaniya Kubokunun, 3 dəfə Albaniya Superkubokunun çempionu oldu.

Neuxatel Ksamaks

[redaktə | mənbəni redaktə et]

İki il Tiranada keçirdikdən sonra Aqolli 2005-ci ilin iyul ayında İsveçrə klubu Ksamaksa transfer olundu. Aqolli 32 oyunda 4 qol vurdu.

Yeni mövsümdə Aqolli İsveçrə klubu Lyusernə transfer olundu.Lakin burada işlər yaxşı olmadı. Aqolli 2007-ci ilin yanvar ayında Finlandiya klubu VPS-a transfer olundu.

VPS və Tiranaya qayıdış

[redaktə | mənbəni redaktə et]

Aqolli VPS-da 33 oyunda 1 qol vurdu.2008-ci ilin iyul ayında Aqolli Tiranaya geri qayıtdı. Aqolli 36 oyunda 5 qol vurdu. Həmin il Albaniya Superliqasının qalibi oldu.

2009-cu ilin aprel ayında Aqolli Tirana nümayəndəsi ilə görüşüb, 4 may tarixində razılıq əldə etdi.Lakin Aqolli 2009-cu il iyul ayının əvvəlində Ukrayna Premyer Liqası klublarından Krivbas'a transfer olundu və bu klubda 13 matçda çıxış etdi.

2010-cu il iyul ayında Aqolli Qarabağ ilə 1 illik müqavilə imzaladı.Aqolli 2012-ci ildə isə yenidən müqavilə imzaladı.Futbolçu bu müddətdə 6 dəfə Azərbaycan Premyer Liqasını, 3 dəfə isə Azərbaycan Kubokunu qazandı. Aqolli 2016-2017 mövsümünün sonunda isə yeni müqavilə imzaladı. Daha iki mövsümü "Qarabağ" klubunda keçirib, növbəti 2 çempionluğunu əldə edən Aqolli 2018/19 mövsümünün gedişində klubdan ayrıldı. Yarımçıq mövsümə görə yayda Bakıya dəvət olundu və çempionluq medalı ilə təltif olundu.

Nyu-York Kosmos

[redaktə | mənbəni redaktə et]

2019-cu il mart ayında Aqolli Nyu-Yorkun 3cü klubu olan Kosmos ilə müqavilə imzaladı. Dahi Pele-nin də vaxtilə formasını geydiyi Kosmos-da ilk mövsüm B komandasında çıxış etsə də, 2020-dən etibarən əsas komandaya qoşuldu.

Milli Komanda karyerası

[redaktə | mənbəni redaktə et]

Albaniya 21 yaş altı millisi

[redaktə | mənbəni redaktə et]

Aqolli ‘‘Albaniya 21 yaş altı millisində’’ 6 matçda oynadı.

Albaniya millisi

[redaktə | mənbəni redaktə et]

Aqolli Albaniya millisində ilk matçına Qazaxıstan qarşısında çıxdı.Aqolli Albaniyanın kapitanı olmuşdur və 2018-ci ildə yığma karyerasını bitirmişdir.

Ansi Aqolli 21 may 2016-cı ildə Albaniyanın Avro 2016 üçün ilkin 27 nəfər arasına alındı.31 may 2016-cı ildə isə Aqolli 23 nəfərlik heyətdə özünə yer tapdı.Aqolli Avro 2016-da 3 matçda da oynadı.Albaniya A qrupunda 3 xalla 3-cü oldu.

Aqolli Albaniya forması ilə

Karyerasının statistikaları

[redaktə | mənbəni redaktə et]
Mövsüm Klub Liqa Liqa Kubok UEFA Başqa Cəmi
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Tirana 2000–01 Albaniya Superliqası 1 0 1 0
2001–02 3 0 3 0
2002–03 6 0 1 0 1 0 8 0
2003–04 23 1 1 1 1 1 25 3
2004–05 31 4 2 0 0 0 33 4
2008–09 29 5 7 0 36 5
Cəmi 93 10 0 0 4 1 2 1 99 12
Apoloniya 2002–03 Albaniya Superliqası 12 1 12 1
Cəmi 12 1 12 1
Ksamaks 2005–06 İsveçrə Super Liqası 29 3 2 1 1 0 32 4
Lyusern 2006–07 8 0 0 0 8 0
Cəmi 37 3 2 1 1 0 40 4
VPS 2007 Veikkausliqa 18 0 0 0 18 0
2008 15 1 0 0 15 1
Cəmi 33 1 0 0 33 1
Krivbas 2009–10 Ukrayna Premyer Liqası 13 0 0 0 13 0
Cəmi 13 0 0 0 13 0
Qarabağ 2010-11 Azərbaycan Premyer Liqası 31 0 1 0 6 0 38 0
2011–12 31 1 4 0 6 1 41 2
2012–13 27 1 4 0 31 1
2013–14 34 1 2 0 8 0 44 1
2014–15 26 0 4 0 12 0 42 0
2015–16 24 0 4 0 11 0 39 0
2016–17 21 0 3 0 12 0 36 0
Cəmi 194 3 22 0 55 1 261 4
Karyera cəmi 383 18 31 1 60 1 2 1 476 22

Beynəlxalq qolları

[redaktə | mənbəni redaktə et]
Tarix Yer Sıra Rəqib Hesab Nəticə Çempionat
1 10 iyun 2009 Albaniya 11 Gürcüstan 1-1 1-1 Dostluq matçı
2 12 avqust 2009 Albaniya 12 Kipr 5-1 6-1 Dostluq matçı
Albaniya Tirana
  • Albaniya Superliqası (3): 2003-04, 2004-05, 2008-09
  • Albaniya Kuboku (2): 2000-01, 2001-02
  • Albaniya Superkuboku (3): 2000, 2002, 2003
Azərbaycan Qarabağ

Qarabağda mövsümün oyunçusu (1): 2014-15

  1. 1 2 Ansi Agolli // FBref (çd.).
  2. 1 2 Ansi Agolli // As (isp.). Madrid: PRISA, 1967. ISSN 1888-6671

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]