Arxipelaq
Naviqasiyaya keç
Axtarışa keç
Arxipelaq — (yunanca arkhon(lider) və pelagos(dəniz)) bir-birinə yaxın yerləşən eyni mənşəli adalar qrupu. Qədimdə bu söz Egey dənizindəki adaları adlandırmaq üçün istifadə olunub.
İtalyanca Arcipelago; çoxlu adaları olan Egey dənizinə 13-cü əsrdə venesiyalıların verdikləri ad; orta əsrlər Yunanıstanda "baş dəniz" mənasındadır – bir-birinə yaxın ayrı-ayrı adaların və ya ada qruplarının məcmusu. Eyni Arxipelaq daxilindəki adalar, adətən, eyni mənşəli və oxşar geoloji quruluşa malikdir. Arxipelaq materik (Kanada Arktika arxipelaqı, Bakı arxipelaqı, Abşeron arxipelaqı və s.), mərcan (Marşall arxipelaqları və s.) və vulkan (Solomon arxipelaqları və s.) mənşəli olur.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]Vikianbarda Arxipelaq ilə əlaqəli mediafayllar var.
Coğrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |