Asyento
Asyento (isp. reale asiento hər. «kral razılığı») — İspan monarxiyası tərəfindən 1543-1834-cü illərdə Afrika kölələrinin İspan koloniyalarına idxalına dair inhisar şəxslərə və şirkətlərə verilmişdir.
XVII—XVIII əsrlərdə asyento xüsusi şəxslərin sürətli zənginləşməsinin qarantı rolunu oynayırdı. Portuqaliyalılar və hollandiyalılar daha sonra fransız və ingilislərin də qatıldığı Asyento üçün mübarizə apardılar.
XVIII əsrin əvvəllərində İspan monarxlarının XIV Lüdoviklə qohumluğu fransızların asyento hesabına zənginləşməsinə gətirib çıxardı; Jan-Batist Dükass və Antuan Kroza əsas faydalananlar idi.
İspaniya mirası uğrunda müharibəsi nəticəsində Utrext sülhü (1713) 30 il müddətinə Böyük Britaniyaya asyento hüququnu verdi. Birinci nazir Robert Harli, İspaniya müstəmləkələri ilə ticarət inhisarını müharibə illərində həddən artıq böyüyən dövlət borcunu öz üzərinə götürən Cənub dənizlər şirkətinə təhvil verdi.
Bu ziddiyyət dolaşması, 1739-cu ildə İngilis ədəbiyyatında "Jenkins Qulağı uğrunda müharibə" olaraq adlandırılan Asyento üçün İngilis-İspan müharibəsində nəticələndi.
1748-ci ildə Ahen sülhünə görə, asyento Cənubi Dənizlərin İngilis Şirkətinə dörd il daha verildi, lakin 1750-ci ildə Madriddə bir müqavilə imzalandı və buna görə İspaniya Cənubi Okeaniya Şirkətinə 100.000 funt sterlinq ödəmək şərti ilə Böyük Britaniya asyentonun ləğv edilməsini qəbul etdi.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Goslinga, C.Ch. (1985) The Dutch in the Caribbean and in the Guianas 1680—1791.
- David Marley (ed.), Reales asientos y licencias para la introduccion de esclavos negros a la America Espagnola (1676—1789), ISBN 0-88653-009-1 (Windsor, Canada. 1985).
- Postma, J.M. (2008) The Dutch in the Atlantic Slave Trade, 1600—1815 Cambridge University Press
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //