Atiye
Atiyə | |
---|---|
türk. Atiye | |
Ümumi məlumatlar | |
Doğum adı | Atiye Deniz |
Ləqəbləri | Atiye, Atiye Deniz |
Doğum tarixi | 22 noyabr 1988[1] (36 yaş) |
Doğum yeri | |
Milliyyəti | türk |
Uşağı | 2 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2007-günümüz |
Janr | Pop |
Albom şirkəti | Sony Music[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Atiyə Dəniz (22 noyabr 1988[1], Bremen) — türk-holland milliyətli müğənni və bəstəkar.
Həyat və Karyerası
[redaktə | mənbəni redaktə et]Uşaq yaşlarından etibarən musiqiyə bağlı olan müğənni, 6 yaşında piano dərsləri almağa başlamışdır. Səs təhsilinə opera sənətçisi və İzmir Dövlət Opera və Baleti Şan pedoqoqu Bariton Aşkın Metiner ilə başlayan Atiyə hələ də bu məşqlərinə davam edir.
Ailəsindən gələn musiqi mədəniyyəti və atasının çaldığı tembr nağaraları ilə bərabər musiqi məşqlərini sürətləndirməş və hələ 19 yaşında ikən, 2007-ci ilin Mart ayında ilk studiya albomu "Gözyaşlarım"ı çıxarmışdır. Albomda həm ingiliscə həm də türkcə mahnıları olan Atiye, çıxış mahnısı "Don't think" mahhnısı ilə internetdə qısa zaman kəsiyində populyarlaşmağı bacarmışdır. Bu mahnısıyla 2007-ci ildə qurulan beynəlxalq "Kral Tv Video Musiqi Mükafatları"nda "Ən yaxşı çıxış edən qadın sənətiçi" mükafatını almışdır.
Diskoqrafiya
[redaktə | mənbəni redaktə et]- Gözyaşlarım (2007)
- Atiye (2009)
- Budur (2011)
Klipləri
[redaktə | mənbəni redaktə et]- Don't think
- Gözyaşlarım
- Hali hali hal
- Beyaz eşya
- Muamma
- Salla
- Deli ya
- Kal
- Dondurma
- Batum türküsü
- Budur
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Atiye // Česko-Slovenská filmová databáze (çeş.). 2001.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Bioqrafiya: Atiye Deniz Arxivləşdirilib 2011-08-23 at the Wayback Machine