50°52′ şm. e. 155°34′ ş. u.HGYO

Atlasov adası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Atlasov adası
rus. Oстров Атласова
Ümumi məlumatlar
Sahəsi 150 km²
Hündür nöqtəsi 2339 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
50°52′ şm. e. 155°34′ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Atlasov adası xəritədə
Atlasov adası
Atlasov adası
Atlasov adası xəritədə
Atlasov adası
Atlasov adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atlasov adası (Alaid adası[1], yap. 阿頼度島 Аraidoto) — Böyük Kuril adalarının ucqar şimal nöütəsini təşkil edən ada. Ada həmcinin Kuril adaları tərkib hissəsini təşkil edir. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə daxildir[2].

Adanın sahəsi 150 km² təşkil edir. Dairəvi formaya malik olaraq diametri 14 kilometrdir. XXI əsrdə adada yaşayım yoxdur. Əvvəllər isə adada Atlasov yaşaşayış məntəqəsi və Devyatka sərhəd zastavası olmuşdur. Adadan 20 kilometr cənub-şərqdə Paramuşir adası yerləşir.

Lovbər atmaq üçün əlverişli yerləri yoxdur.

Ada vulkanik suxurlardan təşkil olunmuşdur.

Ayaqlar altında bəzi bitkilər sıx alcaqboylu kolluqlar yaradır. Dağ terrasları və təpələrdə: Mərcangilə, Festuca, Polygonum viviparum, Geranium, rododendron, cır qaragilə, Pediculáris, Empetrum və s . yayılmışdır.

Adada gəmisicilər və tülkü yaşayır. Ada özünün rus adını bölgələ avropalılar arasında ilk dəfə gələn Vladimir Vladimiroviç Tlasonun şərəfinə adlandırılmışdır.

Atlasov adası kosmosdan. 1992 i.

Ada bütünlüklə bir vulkanın konusunu təşkil edir. Alaid vulkanı Kuril adalarının ən hündür nöqtəsini təmkil edir (2339 м). 1778-ci ildə baş vermiş püskürmə nəticəsində konus zədələnmişdir. XVIII əsrdə vulkan 10 dəfələrlə püskürmüşdür. Sonuncu dəfə vulkan 23 avqust 1997-ci ildə püskürmüşdür. Kiçik titrəyişlər isə 31 oktyabrdan 19 dekabr 2003-cü il müddətində qeydə alınmışdır. 5 oktyabr 2012-ci ildə vulkabdan tüstü və qaz çıxır. 15 oktyabrda bu peykdən qeydə alınır. 2015-ci ilin sentyabrında zəif püskürmə müşahidə edilir.

Burada olan konuslar: Qoto, Misuto, Maru, Suribaçi. Hündürlükləri 49–315 metr arasında dəyişir.

Alaid haqqında əfsanə

[redaktə | mənbəni redaktə et]
Alaidin ürəyi

Bəzi əfsanələrə görə Alaid Kamçatkanın cənubunda Kuril gökündə yerləşirdi. Ən hündür olması və onun qonşularına gələn işiğın qarşısənə kəsdiyindən qonşuları onu qovmuşdur. Digər əfsanədə isə onun dənizin ortasına atılmasının səbəbini onun gözəlliyində görülür. Həqiqətəndə ada kənardan gözəlliyi ilə insanı cəlb edir. O daş ürəyini Kamçatkada saylayaraq Oxot dənizi istiqamətinə uzaqlaşmışdır. Təbii ki bu əfsanələrdə həqiqət yoxdur. Çünki Kuril gölü sadəcə bir kalderadır ki, 11 000 il öncə formalaşmışdır.

  • Struqaski qardaşlarının elmi-fantastik hekayəsində "Alaidin ağ konusu" hadisələr Atlasov yaxınlığında yerləşən Şumşu adasında cərəyan edir.
  1. Поспелов Е. М. Географические названия мира. Топонимический словарь. / отв. ред. Р. А. Агеева. — М.: Русские словари, 1998. — С. 47. — 503 с. — 3000 экз. — ISBN 5-89216-029-7.
  2. "Saxalin vilayətinin rəsmi nümayəndəsi və qubernatorunun saytı: Şimali-Kuril şəhər dairəsi". 2013-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-05.