Aviabilet

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Aviabilet — sərnişin və aviaşirkət arasında, sərnişinin və onun yükünün hava yolu ilə daşınması ilə əlaqədar bağlanmış müqaviləni təsdiqləyən sənəddir. Aviabileti almazdan əvvəl sərnişin onun şərtləri ilə tanış olmalıdır, çünki beynəlxalq hüquq normalarına uyğun olaraq, biletin alınması sərnişinin müqavilənin şərtləri ilə tanış olması kimi və onunla razılaşması kimi qiymətləndirilir.

Elektron aviabilet

[redaktə | mənbəni redaktə et]

Elektron sərnişin bileti – ənənəvi kağız blankın əvəzinə təklif olunan aviabiletin elektron formasıdır, o, Sizin uçuşa hazırlığınızı asan və rahat etməyə imkan verir. Bütün informasiya etibarlı şəkildə aviaşirkətin xüsusi məlumat bazasında elektron formada saxlanılır. Sərnişinə elektron aviabiletin surəti verilir (Passenger Itinerary Receipt), burada sərnişin haqqında, marşrut, tarif, ödəniş, satış ofisi və s. haqqında məlumat verilir. Elektron aviabilet, həmçinin onun kağız variantı sərnişin və aviaşirkət arasında, sərnişinin və onun yükünün hava yolu ilə daşınması ilə əlaqədar bağlanmış Müqaviləni təsdiqləyən rəsmi sənəddir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]