37°45′32″ şm. e. 45°58′42″ ş. u.HGYO

Azərşəhr

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərşəhr
37°45′32″ şm. e. 45°58′42″ ş. u.HGYO
Ölkə  İran
Əhalisi
Əhalisi 36475 (2006) nəfər
Rəqəmsal identifikatorlar
Telefon kodu +98 412422
Xəritəni göstər/gizlə
Azərşəhr xəritədə
Azərşəhr
Azərşəhr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərşəhr- (fars. آذرشهر‎) (əski adı Tufarqan/Xarqan/Dehxarqan[1]) — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 60 kilometr cənub-qərbdə və Urmu gölünün şərqində, Səhənd dağının qərbində yerləşir və Tehran şəhəri ilə 684 kilometr məsafəsi var.

2006-cı il siyahıya alınmasına əsasən şəhərin əhalisinin sayı 36,475 nəfərdir. Əhali sayına görə Şərqi Azərbaycan ostanının səkkizinci böyük şəhəri sayılır.

Əski adı Tufarqan olan şəhərin adı dəyişdirilərək Dehxarqan, daha sonra isə Azərşəhr olaraq adlandırılmışdır.

Azərşəhrin tanınmış sovqat və çərəzləri ləpə və cəvizdir.