Azaniya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azaniyanın (fr. Azania) xəritəsi. 1736-cı il.

Azaniya (q.yun. Ἀζανία) və ya Barbariya (q.yun. Βαρβαρία)[1] — qədim coğrafiyaşünaslıqda Şərqi Afrikada, Hind okeanı sahilində, Somalidəki Aromat burnundan (Qvardafuy) Tanzaniyadakı Rapta burnuna (lat. Raptum) qədər uzanan vilayət. Azaniya körfəzi yunanlar tərəfindən Barbariya körfəzi (q.yun. Βαρβαρικός κόλπος, lat. Sinus Barbaricus), romalılar tərəfindən isə Azaniya dənizi (lat. Mare Azanium) adlandırılırdı

Azaniyaya Muxadan zeytun yağı[2][3] və büxur, Avropadan isə dəmir, şüşə, buğdaşərab idxal olunurdu. Azaniyadan xaricə fil sümüyü, kərgədan buynuzu, tısbağa sümüyü və hindqozu ixrac olunurdu. Azaniyanın əsas ticarət şəhəri Rufici çayının mənsəbində yerləşən[4] Rapta idi.[4] Rapta Afrikanın ən böyük şəhərlərindən, Qara Afrikanın isə ən zəngin şəhərlərindən biri idi və e.ə. I minillikdə çiçəklənmişdir.[5]

Azaniya adının ərəb mənşəli olduğu güman edilir. Azaniya qədim yunanlar üçün uzaq və az öyrənilən bir vilayət idi.[6] Ərəblər vilayəti «Zənc torpağı» və ya «Zənc körfəzi» adlandırırdı.[4] Rapta şəhərinin adı Klavdi Ptolemeyin «Coğrafiya» əsərində çəkilmişdir.[6][7][8][9] «Eritriya dənizinin periplı» əsərinda Rapta "Azaniyanın son ticarət nöqtəsi" adlandırılmışdır.[2]

Azaniya müasir Somali, Keniya, Tanzaniya və şimali Mozambikin sahillərini əhatə edirdi. Azaniyada arxeoloji tədqiqlər 1920-ci illərdən bəri aparılır. Corc Hantinqford yeganə bir «Azaniya sivilizasiyası» olduğunu irəli sürmüşdür,[10] ancaq bu fikir sonralar ifşa olunmuşdur. Çağdaş tarixşünaslar Azaniyada erkən dəmir dövrünə aid müxtəlif sivilizasiyaların olduğuna inanırlar. Vilayətdə yerləşən evlərin tikinti üslubları yerli xarakteristika daşıyır.[4][11][12]

2011-ci ildə qondarma bir Azaniya muxtar dövləti qurulmuşdur. Somalinin cənubunda yerləşən bu dövlətin idarəsi Keniyanın paytaxtı Nayrobi şəhərində yerləşirdi. 2013-cü ildə Azaniya dövləti ləğv edilmiş və Cubalend muxtar vilayətinə qoşulmuşdur.[13][14]

  1. Tomaşek, Vilhelm Barbariya. Barbaria 1 // [[Pauli-Vissova|Paulys Realencyclopädie der classischen Altertumswissenschaft]] (alman) (Bd. II,2). Ştutqart: J. B. Metzler. 1896. səh. 2855–2856. 2022-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-28.
  2. 1 2 anonim. «Eritriya dənizinin periplı» (gr). I əsr.
  3. Plüşara, A. Аян, часть Африки // Энциклопедический лексикон: В 17 тт (rus) (Т. III: АРА—АФО). Sankt-Peterburq: Тип. 1835. səh. С. 529. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-28.
  4. 1 2 3 4 Lvova, E. S. Азания // Большая российская энциклопедия (rus). Moskva: Анкетирование. С. 254. ISBN ISBN 5-85270-329-X.
  5. Kovalçik, Pit. "Unearthing the origins of East Africa's lost civilization". edition.cnn.com (ingilis). CNN. 19 oktyabr 2015. 20 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2019.
  6. 1 2 "Тшване - столица Азании". Журнал «География» (rus). Moskva: Издательский дом «Первое сентября» (23). 2005. 6 noyabr 2018 tarixində arxivləşdirilib. (#redundant_parameters)
  7. Ptolomey, Klavdi. Coğrafiya (gr) (I, 9; I, 14; II, 17).
  8. Bodnarski, Mitrofan Stepanoviç. Античная география : Книга для чтения (rus). Moskva: Географгиз. 1953. 296, 303, 306–307.
  9. Rixard, Henniq. Неведомые земли [Terrae Incognitae] (rus) (I). Moskva: Изд-во иностранной литературы. 516. (#redundant_parameters)
  10. Hatinqford, Q. U. D. Antiquity // The Azanian civilizations of Kenya (ingilis) (7). Kembric: Cambridge University Press. 1933. səh. 153—165. doi:10.1017/S0003598X00007900.
  11. General History of Africa. Vol. 2, Ancient civilization of Africa (ingilis). 2 (Gamal Mokhtar, ed.). London: Heinemann Educational. 1981. ISBN 92-3-101-708-X.
  12. Konna, Qraham. African civilizations: an archeological perspectives (ingilis). Kembric: Cambridge University Press. 2001. ISBN 978-0-521-59309-0.
  13. "В Африке появилось новое государство". lenta.ru (rus). «Лента.Ру». 4 aprel 2011. 18 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2019.
  14. "Кения пытается создать в Сомали буферное государство Азанию". ria.ru (rus). PİA Novosti. 4 aprel 2011. 8 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2019.