Başmaq
Naviqasiyaya keç
Axtarışa keç
Başmaq — dabanı açıq ayaqqabı növü. Adətən, qabarıq pəncəli və hündürdaban olurdu. Şərq xalqlarının, xüsusilə türk xalqlarının məişətində geniş istifadə edilmişdir.
Qadın başmaqlarının (zənənə başmaq) üzlüyü, adətən, tumac və ya müşküdən, bəzən isə parçadan (məxmər, tirmə) tikilirdi. Başmağın üzlüyü parça olduqda, onu müxtəlif tikmələrlə (muncuq, güləbətin, təkəlduz) bəzəyirdilər (güllü başmaq, məxməri başmaq, güləbətinli başmaq və s.).[1]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "AZƏRBAYCANIN MİLLİ GEYİMLƏRİ". 2020-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-22.