Bafadar Muradov
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bafadar Muradov | |
---|---|
24 yanvar 1994[1] – 2 may 2001[2] | |
Əvvəlki | Firuz Əhmədli |
Sonrakı | Mövsüm Bədirxanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 yanvar 1936 |
Doğum yeri | |
Vəfat tarixi | 2007 |
Vəfat yeri | |
Təhsili |
Muradov Hacı Bafadar Sultanəli oğlu (20 yanvar 1936, Xızı rayonu – 2007, Xızı rayonu) — Xızı Rayon İcra Hakimiyyətinin başçısı (1994-2001).
Həyatı və fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Bafadar Muradov 1936-cı il yanvarın 20-də Xızı rayonunun Giləzi (indiki Giləzi qəsəbəsi) kəndində anadan olmuşdur. 1955-ci ildə Giləzi kənd orta məktəbini, 1971-ci ildə isə Bakı Dövlət Universitetini bitirmişdir. Əmək fəaliyyətinə Sumqayıt Sintetik Kauçuk Zavodunda fəhlə kimi başlamışdır. 1957-ci ildə Giləzi Kolxozunda mexanizator, tarlaçılıq briqadasında şöbə müdiri, quşçuluq fabrikində sex müdiri, zootexnik, Giləzi Qarışıq Yem Zavodunda direktor, 1980-cı ildən Abşeron Rayon Aqrokombinatında baş direktor, Qobustan qoyunçuluq sovxozunda direktor, 1986-cı ildən Abşeron rayonundakı Xırdalan südçülük sovxozunda baş zootexnik, 1989-cu ildən Altağac sovxozunda direktor, 1992-ci ildən Xızı rayon Aqrokombinatı baş direktorunun müavini, 1994-2001-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
2007-ci ildə Xızıda vəfat etmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "B. S. Muradovun Xızı rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və F. Ə. Əhmədlinin həmin vəzifədən azad edilməsi haqqında". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-18.
- ↑ "B. S. Muradovun Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-18.