Baqrationlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Baqrationlar
Ölkə
Hissəsidir Pakraduni sülaləsi
Banisi Adarnase
Sonuncu hökmdar XII Georgi
Əsası qoyulub 813
Soyun kəsilməsi davam edir
Milliyyət Gürcü
Titullar
İberiya kral
Kaxetiya kralı
Tao Klarceti knyazı & kralı
Gürcüstan kralı
Kartli kralı
İmeretiya kralı
Kartli-Kaxetiya kralı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Baqrationlar[1] və ya Baqrationilər[2] (gürc. ბაგრატიონები) — Gürcüstanın qədim kral nəsli; Gürcüstanın bir çox, Rusiyanın isə bir neçə nəfər görkəmli dövlət və hərbi xadimi bu nəsildən çıxmışdı. Gürcü tarixi mənbələrində Baqrationilərin xronologiyası VI əsrdən hesablanır.[3] Bəzi mənbələrə görə Avropada ən qədim kral nəslidir.[4][5][6][7][8]

Milli mənşəyi

[redaktə | mənbəni redaktə et]

Qədim erməni mənbələrinə görə Baqrationilər Hay nəslindəndirlər, qədim gürcü mənbələrində isə Baqrationilər Farnavaz nəslinin davamçıları hesab edilir. Həmçinin, erməni mənbələri ənənəvi olaraq Baqrationilərin soykökünü İran şahı I Artakserksin dövründə — b.e.ə. V əsrdə, Ermənistan satrapı olmuş yəhudi əsir Şambata (Sumbata) bağlayırlar. Amma daha sonrakı erməni-gürcü mənbələrində bir qayda olaraq Baqrationilər Davud peyğəmbərin (Davud padşahın) törəmələləri hesab edilir.

İlkin Baqrationilər

[redaktə | mənbəni redaktə et]

Orta əsrlərdə

[redaktə | mənbəni redaktə et]

XI–XII əsrlərdə Gürcüstan Baqrationilərin hakimiyyəti altında xeyli gücləndi. Kral IV David (Qurucu David) (1089–1125) Gürcüstanı müstəqilliyini bərpa etdi və bütün gürcü torpaqlarını öz hakimiyyəti altında birləşdirdi. O cümlədən, Tiflisi də ələ keçirərək, oranı Gürcüstanın paytaxtı etdi. Onun nəvəsi III Georginin (1156–1184) hakimiyyəti dövründə isə Gürcüstanın ərazisi şimal və şərqə doğru daha da genişləndi.

III Georginin qızı kraliça Tamara (Böyük Tamara) (1184 — təxm.1210/1213) bütün Yaxın Şərqin ən qüdrətli hökmdarlarından biri oldu.

  1. Давид ЫВ Ҝеорҝијевич // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: ГајыбовЕлдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 296.
  2. "Çariça çara qarşı. Tbilisi məhkəməsində hökmdar çəkişməsi". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-21.
  3. Sumbat Davitis-Dze, The Life and Tale of the Bagratids (ცხოვრებაჲ და უწყებაჲ ბაგრატონიანთა ჩუენ ქართველთა მეფეთასა), see Suny (1994), p. 349; Rapp (2003), p. 337
  4. The Curious Case of Ms. Orange, E. J. Edwards, p50
  5. Caucasus: The Paradise Lost, Piera Graffer, LoGisma, p85
  6. More moves on an Eastern chequerboard, Sir Harry Luke, p71
  7. Handbook for Travellers in Russia, Poland, and Finland, John Murray, p322
  8. The Chautauquan, Volume 22, Theodore L. Flood, Frank Chapin Bray, 1895, p698

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]