Bar Pali
Bar Pali | |
---|---|
rus. Бар Пали | |
Doğum adı | Варвара Александровна Палей |
Doğum tarixi | 29 aprel 1982 (42 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | lan Kessner (e. 2007) |
Fəaliyyəti | aktrisa, kino aktrisası, model[d], gözəllik müsabiqəsi iştirakçısı, teatr aktrisası, televiziya aktrisası |
Fəaliyyət illəri | 2003-cü ildən |
IMDb | ID1427034 |
Vikianbarda əlaqəli mediafayllar |
Bar Pali (ivr. בר פאלי; doğum adı: Varvara Aleksandrovna Paley, rus. Варвара Александровна Палей;[2] 29 aprel 1982, Nijniy Taqil, RSFSR, SSRİ) — İsrail-Amerikalı aktrisa və model.
Həyatı
[redaktə | mənbəni redaktə et]Pali 29 aprel 1982-ci ildə SSRİ-nin tərkibinə daxil olan Rusiya SSR-in Nijni Tagil şəhərində Olqa (qızlıq soyadı Drob) və Aleksander Paleyin ailəsində anadan olmuşdur.[3] Uşaqlıqdan musiqiyə havəsi olan Pali 4 yaşından pianoda ifa edirdi.[4] Doqquz yaşında ailəsi İsrailə köçdü[5] və o, İsrailin Təl-Əviv şəhərində böyüdü.[6] Babaları II Dünya Müharibəsi illərində Qızıl Orduda xidmət etmişdir.[7] Məktəb illərində aktrisalığa olan marağının nəticəsində Təl-Əvivdə yerləşən Alef İncəsənət Məktəbinə yazıldı və burada Vilyam Şekspir və Bertolt Brextin Atiqona kimi əsərlərinin taşamasında iştirak etdi.[8]
Karyerası
[redaktə | mənbəni redaktə et]Model
[redaktə | mənbəni redaktə et]Pali modellik karyerasına 17 yaşında başlamışdır.[9] O, Maxim, Rolling Stone və GQ kimi jurnalların üz qapığında yer almışdır.[9] Həmçinin 2014-cü ilin may ayında Esquire jurnalının Latın Amerikası buraxılışının üz qabığı üçün çəkiliş etmişdir.[10]
Aktrisa
[redaktə | mənbəni redaktə et]Pali 2013-cü ildə müxtəlif televiziya buraxılışlarında yer alaraq aktrisalıq karyerasına başladı. İsrail istehsalı olan Zehirut Matzlema filmində rol aldı.[11] Bundan başqa Ananla necə tanış oldum, Başlanğıc arvad teleseriallarında və 2008-ci il istehsalı Xaralablıqlar qorxu filmində rol canlandırmışdır.[12]
2013-cü ildə Roman Koppolanın III Çarlz Svanın beyninə baxış filmində yer aldı. Həmçinin Mark Uolberq və Dueyn Consonla birlikdə Maykl Beyin Əziyyət və bəhrə filmində köməkçi rolda yer aldı.[13] Bundan başqa Liam Nisonla birlikdə 2014-cü il istehsalı Dayanmadan triller filmində rol aldı.
2015-ci ildən bəri ABŞ istehsalı cinayət-dram janrında olan NCIS: Los-Anceles teleserialında Anastasia "Anna" Kolçek rolunu canlandırır.
2017-2018-ci illər aralığında isə DC-nin sabahın əfsanələri şousunda Troyalı Helen rolunu canlandırmışdır.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Pali Rusiya yəhudisidir.[14] O, 2017-ci ildə kanadalı rejissor lan Kessner ilə evlənmişdir.[8][14]
Pali 2016-ci ilin avqust ayında ABŞ vətəndaşı olmuşdur.[15]
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]Film
[redaktə | mənbəni redaktə et]İl | Başlıq | Rol | Qeyd |
---|---|---|---|
2003 | Zehirut Matzlema | Divi | Telefilm |
2008 | Xarabalıqlar | Arxeoloq | |
2012 | III Çarlz Svanın beynin içinə baxış | Maria-Karla | |
2013 | Əziyyət və bəhrə | Sorina Luminita | |
2014 | Dayanmadan | İris Marianne | |
Milyon dollarlıq qol | Lisette | ||
2015 | Küçə səviyyəsi | Şelbi | |
2016 | Tələb | Deniz | |
İtkin qızlar | Kara | Qısa film | |
2019 | Saata qarşı | Lauren de İsiqni |
Televiziya
[redaktə | mənbəni redaktə et]İl | Başlıq | Rol | Qeyd |
---|---|---|---|
2007 | CSI: Nyu-York | Mia Opal | Epizod: "Heart of Glass" |
2008 | Başlanğıc arvad | Lola | 5 seriya |
Bağlanmamış | Kloi | Epizod: "Yorkshire Terrier Sucked Into the Internet" | |
2010 | Ananla necə tanış oldum | Natalia | Epizod: "Rabbit or Duck" |
2012 | İşsiz | Tatiana | 2 seriya |
Oyun mağazası | Fauks-Nerd | Epizod: "Faux Nerd Girl" | |
2015 | Valideynlərin diqqətsizliyi | Teylor | Epizod: "Bad Blood Test" |
2015–ci ildən | NCIS: Los-Anceles | Anastasia "Anna" Kolçek | 20 seriya |
2016 | Can-Klod van Conson | Krisztina | Epizod: Pilot |
Təlim günü | Natalia Vostok | Epizod #1.1 | |
2017 | Bosch | Leni | Epizod: "The Four Last Things" |
2017–2018 | DC-nin sabahın əfsanələri | Troyalı Helen | Epizod: "Helen Hunt", "The Good, The Bad and The Cuddly" |
2018 | iZombie | Amanda Levis | Epizod: "Don't Hate the Player, Hate the Brain" |
Videooyunlar
[redaktə | mənbəni redaktə et]İl | Başlıq | Rol | Qeyd |
---|---|---|---|
2011 | L.A. Noire | Marqarit Kansito |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bar Paly (@barpaly) on Instagram | Ghostarchive.
- ↑ "Наши люди в Голливуде" (rus). Channel 9. 5 avqust 2013. 2019-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.
- ↑ "Bar Paly". Viral-Trending. 2019-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.
- ↑ Caspi, Dudi. "סודות אל.איי". Israel Hayom (ivrit). 13 oktyabr 2016. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.
- ↑ Dechter, Kristina. "All The Right Moves". Aritzia. No. 10. 2013. 2013-04-10 tarixində arxivləşdirilib.
- ↑ Halutz, Avshalom. "Israel sends another gorgeous Bar to Hollywood". Haaretz. 8 avqust 2013. 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.
- ↑ "Instagram". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-08.
- ↑ 1 2 Keller, Joel. "Why we want to hang out with Bar Paly". From the Grapevine. 10 aprel 2015. 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.
- ↑ 1 2 Klein Leichman, Abigail. "Israel's top 10 models to watch". Israel21c. 30 iyun 2014. 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.
- ↑ "Cover of Esquire Mexico with Barbara Paly, May 2014 (ID:30588)". Fashion Model Directory. 2021-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.
- ↑ "Bar Paly". AskMen. 2012-12-19 tarixində arxivləşdirilib.
- ↑ Gallagher, Brian. "Pain and Gain Adds Supermodel Bar Paly". MovieWeb. 29 fevral 2012. 2013-10-16 tarixində arxivləşdirilib.
- ↑ Sneider, Jeff. "Bay casts supermodel Paly in 'Pain and Gain'". Variety. 28 fevral 2012. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-25.
- ↑ 1 2 Jacobsohn, Ron. "Israeli actress Bar Paly makes Hollywood debut". Jewish News One. 12 avqust 2013. 2013-12-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-14.
- ↑ Paly, Bar. "#NewUScitizen #ItsOfficial #iCanVote 🇺🇸👍🏼". 11 avqust 2016. Archived from the original on 2023-07-02. İstifadə tarixi: 2019-10-07 – Instagram vasitəsilə.