Bayraq dirəyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cenevrədə BMT-nin binası qarşısında flaqştoklar

Flaqştok və ya bayraq dirəyi bayrağın (flaqın) bərkidilməsi, qaldırılması üçün metal, taxta və ya plastikdən hazırlanmış şaquli dayaqdır.

Bəzən bayrağın daha rahat qaldırılması üçün Flaqştok xüsusi mexanizm ilə təchiz edilir. O halda bayraq ipə birləşdirilir və həmin mexanizmi hərəkətə gətirməklə flaqştokun başına - ən hündür nöqtəsinə qaldırılır.

Rekord hündürlük

[redaktə | mənbəni redaktə et]

23 sentyabr 2014-cü il tarixindən dünyada ən hündür flaqştok Səudiyyə Ərəbistanında, Ciddə şəhərində olan bayraq dirəyi sayılır [1]. Bu dirəyin hündürlüyü 171 m-dir (561 fut). Həmin flaqştok Ginnes rekordlar kitabına qeyd edilib.[2].

Hündürlüyünə görə 2-ci yer - Tacikistanın Düşənbə şəhərində qurulmuş, hündürlüyü 165 м (və ya 541 fut) olan flaqştoka məxsusdur [3] . Həmin flaqştokun inşası 2010-cu ildə Tacikistan milli bayraq gününü qeyd etdiyi gün - 24 noyabrda başlayıb, rəsmi açılışı 2011-ci ildə 30 avqustda olub və Tacikistan Respublikasının müstəqilliyinin 20-illiyinə (9 sentyabrda qeyd olunan) həsr olunub.

Bakı şəhərində olan flaqştok, Azərbaycan

Həmin tarixə qədər dünyanın rekordçu flaqştoku Azərbaycanda Bakı şəhərində olan flaqştok sayılıb [4]. Hazırda öz hündürlüyünə (162 м, və ya 532 fut) görə dünyada 3-cü yeri tutan bu flaqştok 2010-cu ildə tikilib hazır olmuşdur . 1 sentyabr 2010-cu ildə Bakı buxtasının cənub-şərqində Bayraq meydanının açılışı oldu. Meydan üçün seçilmiş yer Dövlət bayrağını şəhərin hər yerindən görməyə imkan verir.

Londonda Kew Gardens botanika bağında flaqştok (1959-2007-ci illər)

Azərbaycanın Dövlət bayrağı hələ 9 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası - ADR hökuməti (1918-1920-ci illər) tərəfindən qəbul edilmişdi (1991-ci ildən yenidən müstəqil Azərbaycanın dövlət bayrağıdır), həmin tarixi hadisədən 90 il sonra ölkədə 9 noyabr - Dövlət Bayrağı günü elan edildi.

2010-cu ilə qədər isə dünyanın ən hündür flaqştoku Türkmənistanın Baş Bayrağı olub (hündürlüyü 133 m).[5].

Hazırda öz hündürlüyünə gğrə dünyada 4-cü yeri Şimali Koreyada Kicn-don kəndində olan flaqştok (hündürlüyü 160 m, 520 fut) tutur. Bu flaqştok əslində başəna bayraq taxılmış radioqüllədir. Rusiyada Bir neçə Flaqştok vardır ki, onlardan ən yüksəyi Ostankino teleqülləsidir.

Birləşmiş Krallıqda olan ən yüksək bayraq dirəyi 1959-cu ildən 2013-cü ilədək en:Kew Gardensdə olub, həmin bayraq dirəyi Kanadanın Douglas-fir ağacından hazırlanmış və hündürlüyü 68.5 m (225 fut) olmuşdur [6]. Hazırda Amerika Birləşmiş Ştatlarında ən yüksəkdə olan bayraq 400 fut (120 m) hündürlüyə malik flaqştokun başında yellənir. Bu flaqştok 2014-cü ildə hazırlanıb, Viskonsiya ştatında Şeboyqan şəhərində yerləşir. Bu flaqştok yüngül küləkli havada 220 funt ağırlığında, güclü külək şəraitində isə 350 funt ağırlığında bayrağı yellədə bilir [7].

Dünyanın ən hündür-rekordçu flaqştokları Trident Support (ABŞ) kompaniyası tərəfindən quraşdırılıb. Düşənbə (Tacikistan) şəhərində qurulmuş 541 fut hündürlüyündə flaqştok, Bakı (Azərbaycan) şəhərində olan flaqştok - hündürlüyü 532 fut; Aşqabad (Türkmənistan) - 436 fut; Aqaba (İordaniya) - 433 fut; Amman (İordaniya) - 417 fut; və Əbu-Dabi (BƏƏ) - 404 fut flaqştokları Trident Support kompaniyasının məhsuludur [8]. Afrikada (Anqola və Cənubi Afrika) və Hindistanda olan ən yüksək bayraq dirəkləri də Trident şirkəti tərəfindən quraşdırılıb.

Adı / Yeri Şəhər Ölkə Hündürlük (m) İl Bayrağın sahəsi (m²) Bayrağın eni (m) Bayrağın uzunluğu (m) Bayrağın çəkisi (kq) Şəkli
İki ibadətgahın keşikçisi Meydanı Ciddə Səudiyyə Ərabistanı 170 2014[2] 1633,5 33 49,5 570[9]
Dövlət Bayraq Meydanı Düşənbə Tacikistan 165 2011[10][11] 1800 30 60 420
Dövlət Bayraq Meydanı Bakı Azərbaycan 162 2010 2450 35 70 350[12][13][14]
Kicn-don Koreya Xalq-Demokratik Respublikası 160 1980-е 270
Türkmənistanın əsas bayrağı Aşqabad Türkmənistan 133[12] 2008 1837,5 35 52,5 420[15]
Aqaba Flaqştoku Aqaba İordaniya 130 2004 1800 30 60
Pahadan Əmman İordaniya 126,8 2003 1800 30 60
Əbu-Dabi BƏƏ 122 2001[16] 800 20 40
Dövlət Simvolları Meydanı Astana Qazaxıstan 111[17] 2009[18] 450 15 30
Türkmənistanın Dövlət Bayrağı Avaza Türkmənistan 100 2013[19] 600 20 30
Daeseong-dong Cənubi Koreya 98,4 1980-е[20] 130
Mərdəka Kuala-Lumpur Malayziya 95 1989[21]
Qırğızıstanın Dğvlət Bayrağı Boz-Boltok dağı Qırğızıstan 75 2012 337,5 15 22,5 50
Dövlət Bayraq Meydanı Belarus Minsk Belarus 70 2013[22] 98 7 14 25
Pardauqava Damba Latviya Riqa Latviya 60 2017[23] ~128 ~8 ~16
Volqoqrad Mərkəzi Sahil Volqoqrad Rusiya 50 [24] 2017[25]
Oktyabrın 60 illiyi meydanında Park, Bolşaya Qluşisa kəndi, Samara Bolşaya Qluşisa kəndi, Samara vilayəti Rusiya 35[26][27][28] 2017[29] 30 3 10
  1. "Jeddah Flagpole inaugurated". arabnews.com. 2014-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-23.
  2. 1 2 "Arxivlənmiş surət". 2015-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-14.
  3. Former record: "Wer baut den hoechsten Fahnenmast". Asia Plus. September 9, 2008. April 4, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 15, 2018.
  4. "Flag of Azerbaijan". Telegraph.co.uk. July 3, 2008. March 20, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 15, 2018.
  5. "Самый высокий флагшток в мире установлен в Туркмении". 2016-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-14.
  6. "Timber! Steeplejacks to dismantle Kew Flagpole". Kew.org. 2016-08-17 tarixində orijinalından arxivləşdirilib.
  7. Weyandt, Janet. "High-flying: Up in time for Memorial Day, Acuity flag is world's tallest". The Sheboygan Press. 25 May 2014. 3 April 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 May 2014.
  8. https://www.nationalgeographic.org/projects/out-of-eden-walk/articles/2017-09-looking-afghanistan-turn-left-enormous-flagpole/?sf111671937=1# Arxivləşdirilib 2022-03-07 at the Wayback Machine!
  9. "Arxivlənmiş surət". 2014-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-15.
  10. "Sächsische Zeitung, 25. November 2010, Tadschikistan baut den höchsten Fahnenmast der Welt". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-17.
  11. "В Душанбе на самом высоком флагштоке в мире поднят флаг (фото), 24. Mai 2011". 2019-04-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-15.
  12. 1 2 "Spiegel online, 8. September 2008, Der Herr der Stangen". 2011-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-17.
  13. "News.az, 2. September 2010, Azerbaijani flag flies on world's tallest flagpole". 2010-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-17.
  14. "confirmed by the Guinness Book of Records on 29 May 2010". 4 September 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2018.
  15. "Туркменский флаг попал в книгу рекордов Гиннеса за свои гигантские размеры". 2013-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-17.
  16. "Arxivlənmiş surət". 2004-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-17.
  17. "Назарбаев поднял в Астане главный флаг Казахстана". 2013-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-17.
  18. "Астана — это бренд Казахстана". 2013-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-17.
  19. "Президент Гурбангулы Бердымухамедов принял участие в открытии новых объектов на побережье Каспия". 2016-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-17.
  20. "Arxivlənmiş surət". 2013-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-17.
  21. "Arxivlənmiş surət". 2016-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-17.
  22. "Лукашенко открыл площадь Государственного флага". 2019-08-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-17.
  23. "Uz AB dambja top lielākais Latvijas karogs". 2017-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-17.
  24. "Arxivlənmiş surət". 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-11.
  25. "2017". 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-17.
  26. Большая Глушица. "Новости ИЦ СИ 19 09 2017 г". 2017-09-18. 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-19.
  27. Яранцев, Дмитрий. "Губернатор открыл новый спортивный комплекс в Большой Глушице - Волга Ньюс". Волга Ньюс. 2017-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-21.
  28. "Николай Меркушкин открыл новый физкультурно-оздоровительный комплекс "Ника" в Большой Глушице - Фоторепортаж - Волга Ньюс". Волга Ньюс. 2017-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-21.
  29. "Один из самых южных районов губернии - Большеглушицкий в следующем году отметит 90-летний юбилей" (rus). www.tvsamara.ru. 2017-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

https://trident-support.com/