Benua Mandelbrot
Benua Mandelbrot | |
---|---|
fr. Benoît B. Mandelbrot fr. Benoît Mandelbrot | |
Doğum tarixi | 20 noyabr 1924[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 14 oktyabr 2010[2][3][…] (86 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | mədəaltı vəzin xərçəngi |
Elm sahəsi | Fraktal |
Elmi dərəcəsi |
|
İş yerləri | |
Təhsili |
|
Tanınmış yetirməsi | Eqini Fema |
Üzvlüyü |
|
Mükafatları | |
users.math.yale.edu/mand… | |
Vikianbarda əlaqəli mediafayllar |
Benua Mandelbrot (fr. Benoît B. Mandelbrot; 20 noyabr 1924[1][2][…], Varşava, Polşa – 14 oktyabr 2010[2][3][…], Kembric, Massaçusets[11]) — fransız və amerikan riyaziyyatçısı, fraktal həndəsənin yaradıcısı, fizika üzrə Volf mükafatı (1993) laureatı.[12]
Həyatı
[redaktə | mənbəni redaktə et]Benua Mandelbrot 1924-cü ildə Varşavada Litva yəhudilərinin ailəsində anadan olmuşdur.Onun anası Bella Lurye həkim, atası Karl Mandelbrot isə xırvatçı olmuşdur. Amma onun əmisi Şolem Mandelbroyt Fransada yaşamış və kifayət qədər tanınmış riyaziyyatçı olmuşdur. Şolem Mandelbrot məşhur "Nikola Burbake" ləqəbli riyaziyyatçılar qrupunun üzvü olmuşdur. Benua 12 yaşı olanda ailəsi ilə birlikdə Parisə emiqrasiya edir.
Müharibənin başlamasından sonra Mandelbrotlar ailəsi alman işğalından azad olan Fransanın cənubundakı Tulle şəhərciyinə qaçırlar. Benua orada məktəbə getsə də, tezliklə oxumağa marağını itirmişdir.
Amma Benua Mandelbrot özündəki qeyri-adi riyaziyyat vergisini kəşf edir, o müharibədən dərhal sonra Paris Politexnik məktəbinin tələbəsi olur. Məlum olur ki, Benua əla fəza təxəyyülünə malikdir. O, hətta cəbri məsələləri həndəsi üsulla həll edirdi. Onun etdiyi həllərin qəribəliyi ona universitetə daxil olmağa imkan vermişdir.
Universiteti bitirəndən sonra, Mandelbrot ABŞ-yə gedərək Kaliforniya Texnologiya İnstitutunu bitirmişdir. Mandelbrot Fransaya qayıtdıqdan sonra, 1952-ci ildə Paris Universitetinin doktorluq dərəcəsini almışdır.1955-ci ildə Aliyet Kaqanla evlənərək Cenevrəyə yollanmışdır.
1958-ci ildə Mandelbrot qəti surətdə ABŞ-də məskunlaşaraq, Yorktaunda İBM-in elmi-tədqiqat mərkəzində işə başlamışdır.
O, İBM-də linqvistika, oyunlar nəzəriyyəsi, iqtisadiyyat, aeronavtika, coğrafiya, fiziologiya, astronomiya, fizika sahələrində çalışmışdır. O, bir mövzudan digərinə keçməyi, müxtəlif istiqamətləri araşdırmağı xoşlayırdı.
Benua Mandelbrot böyük zaman müddəti ərzində (100 ildən çox) pambığın qiymətlər statistikasının öyrənilməsi ilə məşğul olmuşdur. Qiymətlərin gün ərzində dəyişməsi təsadüfi olsa da, Mandelbrot onların dəyişmə tendensiyasını öyrənə bilmişdir. O, uzun və qısa müddətli qiymət dalğalanmalarındakı simmetriyanı izlədi. Bu tapıntı iqtisadçılar üçün gözlənilməz olmuşdur.
Benua bu problemin həlli üçün öz fraktal metodunun rüşeymlərindən istifadə etmişdir.
"Fraktal" anlayışını Mandelbrot özü icad etmişdir (lat. fractus, "sındırılmış, sınıq" mənasını verir). 1975 ci ildə Mandelbrot fraktallara aid ilk tədqiqat işini — Böyük Britaniya sahillərinin uzunluğu nə qədərdir? əsərini nəşr etdirdi.[13] Mandelbrot əlində olan IBM kompüterlərindən istifadə edərək Mandelbrot çoxluğundan ibarət qrafik təsvirlər yaratdı. Riyaziyyatçının sözlərinə görə, ondan əvvəl heç kimin belə bir şeyi yaratmamasına baxmayaraq, o, özünü ixtiraçı kimi hiss etməyib.
O, 2010-cu il 14 dekabrda Kembricdə (Massaçusest,ABŞ) 85 yaşında mədəaltı vəzin xərçəngindən dünyasını dəyişmişdir.
Fraktallardan ibarət qalereya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ 1 2 Benoit Mandelbrot // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 https://www.webofstories.com/play/benoit.mandelbrot/44;jsessionid=D6046BD42065DF221746023F949C985A.
- ↑ 1 2 https://users.math.yale.edu/mandelbrot/web_pdfs/inHisOwnWords.pdf.
- ↑ 1 2 https://www.ias.edu/scholars/benoit-b-mandelbrot.
- ↑ 1 2 3 4 5 6 https://www.theguardian.com/science/2010/oct/17/benoit-mandelbrot-obituary.
- ↑ 1 2 3 4 Bell A. Benoit Mandelbrot // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
- ↑ 1 2 3 4 NNDB (ing.). 2002.
- ↑ 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/memoriam.
- ↑ 1 2 https://www.nytimes.com/2010/10/17/us/17mandelbrot.html.
- ↑ "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.609
- ↑ Fractals: Form, Chance and Dimension, by Benoît Mandelbrot; W H Freeman and Co, 1977; ISBN 0-7167-0473-0 Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine
- Pages using the JsonConfig extension
- 20 noyabrda doğulanlar
- 1924-cü ildə doğulanlar
- Varşavada doğulanlar
- 14 oktyabrda vəfat edənlər
- 2010-cu ildə vəfat edənlər
- 86 yaşında vəfat edənlər
- Massaçusetsdə vəfat edənlər
- Elmlər doktorları
- IBM əməkdaşları
- Yel Universitetinin müəllimləri
- Fransa Politexnik Məktəbinin məzunları
- Kaliforniya Texnologiya İnstitutunun məzunları
- Paris Universitetinin məzunları
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- "Fəxri Legion" ordeni zabitləri
- Əlifba sırasına görə alimlər
- Riyaziyyatçılar