Beriyev A-50
Beriyev A-50 | |
---|---|
А-50 | |
Tipi | uzaq radiolokasiya müəyyən və idarə edilməsi |
İlk uçuş | 1978 |
İstismara verilmə tarixi | 1984 |
İstismarçılar | Rusiya Hava Qüvvələri |
Buraxılış sayı | 40 (təqribən) |
Hazırlanma dəyəri | $330 mln. |
Baza modeli | İlyuşin İL-76 |
Vikianbarda əlaqəli mediafayllar |
Beriyev A-50 ("A" məhsulu, NATO kodlaşdırılmasına görə: Mainstay — "İstinadgah") — uzaq radiolokasiya müəyyən və idarə edilməsi təyyarəsi. "Moss"u əvəz etmək üçün nəzərdə tutulmuş "A-50" ilk uçuşunu 1978-ci ildə gerçəkləşdirmişdir. 1984-cü ildə, Rusiya HHQ-də istifadəyə verilmiş və 1992-ci ildən bu yana təxminən 40 ədəd istehsal edilmişdir.
Layihələndirilməsi və hazırlanması
[redaktə | mənbəni redaktə et]15 nəfərdən ibarət olan heyəti, antennası təyyarənin üst hissəsində 29 ft 9 in (9.00 m) hündürlüyündəki fırlanan radar günbəzinə yerləşdirilmiş Liana izləmə radarından məlumatları toplayır. A-50 maksimum 10 dədə hərbi təyyarəni idarə edə bilir. Təyyarənin maksimum qalxış çəkisi olan 190 ton ilə aviabazadan havaya qalxıb 1000 km mənzilə qədər 4 saat dayanmadan uça bilər.
Təyyarə nəzəri olaraq İL-78 tərəfindən havada yanacaqdoldurma qabiliyyətinə malik olmasına baxmayaraq test uçuşları zamanı tanker təyyarənin quyruq turbulentliyinə girərək həddindən artıq silkələndiyinə görə demək olar ki, bunun mümkün olmadığı görünmüşdür.[1] "Veqa-M" radarı Moskvada MNIIP tərəfindən modernləşdirilimişdir və NPO-Vega-M tərəfindən istehsal olunmuşdur. "Vega-M" radarı 230 km mənzil içindəki 50 müxtəlif hədəfi eyni zamanda izləyə bilir. Gəmi kimi böyük hədəfləri 400 km uzaqlıqdan da görmək olur.
Modelləri
[redaktə | mənbəni redaktə et]- A-50m - təkmilləşdirilmiş Rus Modeli[2]
- A-50У - yenilənmiş Modeli, Rusiya üçün
- İzdeli-676[3] - istehsal yalnız bir dəfəyə məxsus müvəqqəti istehsal olunan , telemetriya izləmə modeli
- İzdeli-776 - istehsal yalnız bir dəfəyə məxsis müvəqqəti istehsal onunan telemetriya və izləmə modeli
- İzdeli-976 (SKİP) - (СКИП - Təyyarə Nəzarət-İdarəetmə Məntəqəsi) - İL-76 bazasında yaradılan Məsafədan İdarəetmə və Raket İzləmə platforması. İlk olaraq Raduga Kh-55 idarə olunan nüvə raketləri sınaqlar dəstəkləmək üçün istehsal edilmişdir. Digər avadanlıqlarlala təchiz olunumuş stasionar radar qapağı və monitorlu izləmə operatoru kabinəsi vardır ( bir prototipi və beş ədəd istehsalı).
- İzdeli-1076 - bir dəfəyə məxsus buraxılan xüsusi xidmət modeli. Missiyası haqqında məlumat mövcud deyil.
- A-50İ - İsrail Phalcon radarı ilə təchiz edilmiş model, Çin Xalq Respublikası üçün dizayn edilmişdir , ABŞ-nın göstərdiyi yüksək təzyiqlə layihə ləğv edilmişdir .
- A-50E/I - Rus Shmel və ya İsrail Phalcon radar ilə təchiz edilmiş ixrac modeli.
- KJ-2000 - Çin şirkəti tərəfindən işlənib hazırlanmış A-50İ bazalı model.
İstifadəçilər
[redaktə | mənbəni redaktə et]- Rusiya HHQ-i - 29 ədəd istifadə etməkdədir
- Sovet Hərbi Hava Qüvvələrinin (Keçmiş)
- Sovet Hava Hücumundan Müdafiə Qüvvələri (Köhnə)
Texniki Xüsusiyyətləri (A-50)
[redaktə | mənbəni redaktə et]Ümumi Xarakteristikaları
- Ekipaj: 15
- Uzunluq: 49.59 metr (152 ft 8 in)
- Qanad açıqlığı: 50.50 metr (165 ft 6 in)
- Yüksəklik: 14.76 metr (48 ft 5 in)
- Qanadın sahəsi: 300 m² (3,228 ft²)
- Boş çəkisi: 75,000 kq (165,347 lb)
- Maksimum qalxış ağırlığı: 170,000 kq (374,786 lb)
- Güc qurğuları: 4× D-30KP Turbofan, 117,68 kN (35,200 lbf) bir ədədi
- Maksimum sürət: 800 km/s (497 mph)
- Uçuş mənzili: 6,400 km (3,977 mi)
- Xidmət hündürlüyü: 12,000 m (39,371 ft)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ [Ilyushin IL-76, Russia's Versatile Airlifter, Aerofax]
- ↑ "Russia modernizes fleet of A-50M AWACS planes". 2012-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-13.
- ↑ [Gordon, Yefim, OKB Ilyushin, 2004, London]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Müasirləşdirmə il bağlı: İl-76, KJ-2000
Həmkarı olan Hava Gəmiləri: E-3 Sentry