Bernar Kaye
Bernar Kaye | |
---|---|
Bernard Cahier | |
Doğum tarixi | |
Doğum yeri | Marsel, Fransa |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Evian-le-Ben, Fransa |
Uşağı | Pol-Anri Kaye |
Milliyyəti | fransız |
Təhsili | |
Fəaliyyəti | fotoqraf, mühəndis, avtomobil pilotu |
f1-photo.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Bernar Kaye (fr. Bernard Cahier; 20 İyun 1927, Marsel, Fransa – 10 İyul 2008, Evian-le-Ben, Fransa) — Fransız Formula-1 fotojurnalisti.
Bioqrafiya
[redaktə | vikimətni redaktə et]Bernar Kaye 1927-ci ildə Marseldə hərbçi ailəsində anadan olmuşdur. 17 yaşında İkinci Dünya Müharibəsində Bretan uğrunda döyüşlərdə iştirak etmişdir. Daha sonra o, general Filipp Leklerkin 2-ci zirehli tank diviziyasında Qərbi Fransa və Cənubi Almaniyanın azad edilməsində iştirak etmiş, bundan sonra daha bir il Kamerunda fransız koloniyasında olmuşdur. Müharibədən sonra Kaye Kaliforniya Los-Anceles Universitetində təhsilini davam etdirir. Burada o, gələcək həyat yoldaşı olacaq Coan Aldayk ilə tanış olur. Həmçinin, Kaye ABŞ-də Avropa maşınlarının ən böyük salonlarından biri olan Roger Barlow's International Motors-da işə başlayır. Burada o, F1-in gələcək ulduzları Fil Hill və Riçi Ginterlə tanış olur. Bernar, həmçinin, Barlounun verdiyi MG-də yarışlarda da iştirak edir. Bununla yanaşı, Bernar avtoidman barədə də yazmaq qərarına gəlir.
1952-ci ildə Kaye Parisə gəlir. Bernar Kaye 1952-ci ilin payızında F1-də fotoqraflıq karyerasına başlayır, onun ilk lentə aldığı yarışı Montsada keçirilən İtaliya Qran-prisi olur. Bundan sonra Bernara L'Action Automobile üçün F1 haqqında yazmaq tapşırılır. Kaye Fil Hill və Den Herninin Formula-1-ə gəlişinin səbəbkarı olmuşdur. Daha sonra Kaye Goodyear-in ictimaiyyətlə əlaqələr üzrə konsultantı olur. Bununla bərabər Bernar yarışlarda iştirak etməyi davam etdirir. Bunlar arasında Mille Miglia, 12 saat Sebrinq və Targa Florio yarışları yer almışdır. Kaye 1967-ci ildə keçirilmiş GT sinfi üzrə Targa Florio yarışında Porsche 911 fransız dağ xizəkçisi Jan-Klod Killi ilə birlikdə qalib gəlir.[1]
1966-cı Bernar Con Frankenhaymerin Qran-pri filminin çəkilişlərində məsləhətçilərindən biri olmuşdur. Bernar bu filmdə həyat yoldaşı və qızı ilə birlikdə rolda olmuşdur. Kaye 1968-ci ildə IRPA-nın (Beynəlxalq yarış mətbuatı assosiasiyası - (ing. International Racing Press Association)) əsasını qoymuşdur. Kaye 1985-ci ilədək IRPA-nın prezidenti olmuşdur. Bu postda Kaye jurnalistlərin aktiv müdafiəçisi olmuşdur, bəzən bu Balestr və Ekklstounla konfliktlərin yaranmasına gətirib çıxarmışdır.[2]
1980-ci illərin əvvəllərində Goodyear-la müqavilənin uzadılmaması və iş şəraitinin pisləşməsi nəticəsində Bernar Kaye Formula-1-dən uzaqlaşır. Bundan sonra, o, estafeti oğlu Pol-Anri Kayeyə ötürür.
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]İl | Ad | Rol |
---|---|---|
1966 | Qran-pri | Bernar Kaye (özü) |
Biblioqrafiya
[redaktə | vikimətni redaktə et]- Pilotes légendaires de la Formule 1, Xavier Chimits və Pol-Anri Kaye ilə, Editions Tana, 2 oktyabr 2006
- Mes meilleurs souvenirs, Xavier Chimits-lə, Editions Drivers, 11 yanvar 2007
- F-Stops, pit stops, laughter & tears, Autosports Marketing Associates Ltd, 2007
- Grand Prix Racers (Portraits of Speed) Motorbooks International, May 2008
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Targa Florio 1967 racingsportscars.com-da". 2021-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-14.
- ↑ "Bernar Kaye haqqında vk.com-da". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-14.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Bernar Kaye — IMDb səhifəsi
- Kaye arxivi
- Bernar Kaye 1927-2008 Grandprix.com-da, 10 iyul, 2008
- [1]