Bhaktapur
şəhər | |
Bhaktapur | |
---|---|
ing. Bhaktapur | |
27°40′20″ şm. e. 85°25′40″ ş. u.HGYO | |
Ölkə | Nepal |
Tabesində | Baqmati |
Region | Bhaktapur |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1953 |
Sahəsi | 6.89 km² |
Mərkəzin hündürlüyü | 1.401 m[1] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 81,728 nəfər (2011) |
Sıxlığı | 12,000 nəf./km² |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 44800 |
Digər | |
bhaktapur.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Bhaktapur, Bhadqaon — Nepalın mərkəzində, Baqmati ançolunda şəhər.[2]
Əhalisi
[redaktə | mənbəni redaktə et]Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Katmandu vadisində (təqribən 1400 m yüksəklikdə), Hindistanla Tibet arasındakı qədim ticarət yolu üzərindədir.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Şəhər 9-cu əsrdə kral Anand Malla tərəfindən salınmışdır.[2]
Memarlığı
[redaktə | mənbəni redaktə et]Bhaktapurun mərkəzindəki Dərbar meydanında kərpicdən tikilmiş və oyma taxta detallarla bəzədilmiş üçmərtəbəli “55 pəncərəli saray” (Malla sülaləsi krallarının keçmiş iqamətgahı; inşasına 1427-ci ildə başlanılmış, 1697-ci ildə yenidən tikilmişdir); kral Bhupatindra Mallanın heykəli ilə birlikdə daş sütun (18-ci əsr; hündürlüyü 10 m) və kvadrat formalı pilləli kürsülük üzərində Batsal Devi məbədi (16–18-ci əsrlər; 1-ci mərtəbəsində sıra sütunlar vardır); Taumadhi meydanın da kərpicdən və taxtadan tikilmiş Nyatapola (Bhavani) məbədi (1700–08; hündürlüyü təqribən 45 m) yerləşir. Milli incəsənət qalereyası (orta əsrlərə dair Nepal rəngkarlığı və heykəltəraşlığı), Bürünc və tunc məmulatları muzeyi, Sanskrit əlyazmaları müzeyi fəaliyyət göstərir.[2]
Sənayesi
[redaktə | mənbəni redaktə et]Kənd təsərrüfatı xammalı emal olunur. Kustar sənətkarlıq (dulusçuluq məmulatı, pambıq parça istehsalı, ağac üzərində oyma, zərgərlik və s.) inkişaf etmişdir. Bhaktapur kənd təsərrüfatı (taxıl, tərəvəz, meyvə) rayonunun ticarət mərkəzidir. Kərpic zavodu var.[2]
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Bhaktapur Taumadhi meydanı.
-
Taumadinin meydanının görünüşü
-
Düyü qurudan qadınlar
-
Bhaktapur Durbar meydanı
-
Küçəsi
-
Bədii pəncərələr
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://bhaktapurmun.gov.np/en/node/4.
- ↑ 1 2 3 4 5 6 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 5–6. ISBN 978-9952-441-03-1.