Boşanma
Boşanma — evli tərəflər arasında ailə ilə bağlı və qanunla nəzərdə tutulan məsuliyyətlərə son qoyulmasıdır. Bu proses ailənin dağılması kimi də tanınır. Əksər ölkələrdə boşanma üçün Məhkəmə və ya digər rəsmi orqanın qərarı tələb olunur.
Tarixi
[redaktə | vikimətni redaktə et]Qadın hüquqlarına hörmət göstərməklə tanınan əski Misirlilərdə olduğu belə boşanma haqqı kişinin səlahiyyətində idi. Makedoniyalıların Misiri istilasından sonra hüquq sahəsində meydana gələn dəyişikliklər nəticəsində, qadınlara boşanma haqqı verilmişdir. Və beləliklə Yunan hüququna yaxınlaşdırılmışdır.
Çin hüququna görə boşanma qarşılıqlı anlaşma və razılıqla ola bilərdi. Ailədə zina problemi yaşanmış olarsa, boşanma məcburidir. Hətta bu hal baş verərdisə kişi qadını satıb pulunu özünə belə götürə bilərdi.
Qədim Brehman hüququnda fərqli nikah şəkilləri vardır. Ər arvad arvad hər biri müəyyən səbəbdən boşanma tələb edə bilərdilər. onlar bərabər hüquqlu idilər. Pis, hiyləgər, sərt ürəkli bir qadını həmin an boşamaq mümkün idi.
Roma birliyində isə ailə birliyinin pozulması iki cür ola bilərdi.
1. Qadın və ya kişinin əlindən olmayan səbəbdən nikahın pozulması. Məsələn: ölüm, əsirli, vətəndaşlıq hüququnu itirmək və s.
2. Qadın və ya kişinin hər hansı birinin tələbi ilə nikahın pozulması. Bu, müasir hüquqda olduğu kimi məhkəmə ilə bağlı deyildi.
- Kişi hakimiyyəti ilə bağlı olan (manuslu) evlilik qızın satın alınıb kişi ilə bir il yaşadıqdan sonra evli sayılması. Ərin boşanmaq istədiyi vaxt isə qadının bir ailə qızı kimi digər kişiyə satılması idi. Göründüyü kimi, boşanma ancaq kişinin istəyi ilə olurdu.
- Kişi hakimiyyəti ilə bağlı olmayan (manussuz) evlilik. Bu evlilikdə hər iki tərəfin arzusu ilə boşanmaq mümkün idi.
Romada getdikcə manussuz evlənməyə üstünlük verilirdi. Boşanma halı getdikcə yayılmağa başladı. Səbəbsiz boşanmalara mane olacaq hökmlər yox idi. Sonralar evlilərə məcburiyyətlər qoyulsa da bunun heç bir təsiri olmamışdı.
Xristianlıq dini isə boşanmanı qəti qadağan etmişdi. Yalnız Xristianlıqda İki bədən bir və ayrılmaz sayılır. Və Allahın birləşdirdiyini ayırmaq haram hesab edilirdi. Və bu prinsiplə uzun əsrlər Katolik kilsələri boşanmanı qadağan etmişdir.
Halbuki böyük alman hüquqşünası öz əsərində çox haqlı olaraq demişdir. Bir yerdə yaşamaqları mümkün olmayan ərlə arvad arasındakı evlilik, sadəcə bir əzab və işgəncə olmaqla qalmaz, ruhi təkamülə bir mane təşkil edər və böyük istedadları bir heç dərəcəsinə endirər. bu məcburi evlilik nə əxlaqa, nə mədəniyyətə, nədə sosial əlaqələrə ziyan verməyə bilməz. Bu cür sevgisiz ailələrdə ancaq problemli uşaqlar böyüyər. əgər bu qanun davam edərsə, çıxılmaz qəfəsə bənzəyən evlilik insanları qorxudar. Və heç bir şüurlu insan bilə-bilə qəfəsə daxil olmaz.
Əski türklərdə german hüququ və roma hüququnun manuslu evliliklərdə boşanma haqqı ancaq kişiyə verilirdi. Əski Misir və Babillərdə vəziyyət eyni idi.
Yalnız İslan dinində əsl boşanma budur. Qurani-Kərimdə nikah bağının kişinin əlində olması bəyan edilmişdir. Tələq felində boşanma haqqı yenə kişiyə verilmişdir. Qadının sosial zəif, psixoloji daha çılğın, tez qərar verən, ehtirasa daha tez qapılan və daha emosional olmaqları nəzərə alınmışdır.
İslam dinində boşanma tələb edən qadının müdriklərə müraciət etməsindən bütün səylərə, çalışmalara, hakimlərin (ağsaqqalların) uzlaşdırma metodlarından istifadə etməklərindən heç bir nəticə alınmamasından bəhs edildikdən sonra belə buyurulmuşdur. Əgər ərlə arvad ayrılacaq olarlarsa, Allah hər birini fəzl və kərəmi ilə (təmizliyi, ləyaqəti ilə) ehtiyacdan azad edər. Allahın lütf və inayəti genişdir. O tam bir hökm və hikmət sahibidir. (Nisa surəsi, 130)
İslam peyğəmbəri Məhəmməd boşanmaq haqqında belə demişdir. "Tələq Allah nəzdində ən sevimsiz halal və mübahdır", "Evlənin, amma boşanmayın. Çünki Allah zövqünə düşkün kişi və qadınları sevməz".
İslam hüququ boşanmanın bütün hallarını nəzərə almış və qadınlara xırdalıqları ilə izah etmişdir. Boşanmaq İslam dinində evlilik davam etməzsə baş vurulan son çarədir.
1. Boşanmanın səlahiyyəti:
- qarşılıqlı razılıqla boşanma;
- məhkəmə(ağsaqqallar) araşdırması yolu ilə boşanmaq;
2. Sadəcə kişinin arzusu ilə boşanmaq;
3. Boşanma səlahiyyətinin qadına verilməsi;
4. Boşanma haqqının üçüncü bir şəxsə verilməsi;
5. Boşanma haqqının üçüncü bir şəxsə verilməsi;
6. Boşanmanın növləri.
- sünnətə uyğun boşanma,
- sünnətə uyğun olmayan boşanma,
- dindən çıxmaq səbəbi ilə boşanmaq,
- yuxuda olan insandan boşanma,
- dəli olmuş insandan boşanmaq,
- zorla boşanmaq,
- hirsli halda boşanmaq,
- qadının mehri müqabilində boşanmaq,
- itkin düşmüş birindən boşanmaq,
- tərk edilmiş birinin boşanması
- xəstəliklər səbəbindən boşanmaq,
- cinsi təminatsızlıq, və digər səbəblərdən boşanmaq kimi suallar İslam hüququnda ətraflı izah edilmişdir.
İslam dini barış dinidir. İslam dinində məcburiyyət yoxdur. İslam dini "Bədən həbs edilə bilər, amma ruh azaddır, buyurmuşdur".
Qadınlar zəif məxluqlardır. Qadınlara qarşı zorakılıq fiziki cinsi və psixoloji ola bilər. Döymək, cinsi hücum, ailəvi zorlama, zərərli ənənələrin məcburi icrası, cinsi təhqir, qeyri ailəvi zorlama, fahişəlik, psixoloji basqı kimi əzazil əməllər İslam dini tərəfindən lənətlənmiş əməllərdir.
Qadınlar, siyasi, iqtisadi, sosial, mədəni və hər hansı digər sahələrdə bütün insan hüquqlarının bərabər istifadəsinə malikdir. Qadınlara qarşı zorakılığın bütün formaları qadınların insan hüquqlarını və əsas azadlıqlarını pozur. Zəiflədir və heçə endirir. Azərbaycan respublikasının qanunvericiliyində qadınlara qarşı hər hansı zorakılıq cinayət sayılır. Hətta ailə daxilində baş verdikdə belə polis ciddi rəsmi tədbirlər görməlidir.
Azərbaycan Respublikasının Konstitusiyasında
- Maddə 17. Ailə və dövlət.
- Maddə 25. Bərabərlik hüququ.
- Maddə 26. İnsan azadlıqlarının və hüquqlarının müdafiəsi.
- Maddə 29. Mülkiyyət hüquq.
- Maddə 31. Təhlükəsiz yaşamaq hüququ.
- Maddə 32. Şəxsi toxunulmazlıq hüququ.
- Maddə 34. Nikah hüququ.
- Maddə 41. Sağlamlığın qorunması hüququ.
- Maddə 46. Şərəf və ləyaqətin toxunulmazlıq hüququ.
- Maddə 47. Fikir və söz azadlığı və digər maddələrinə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin. Avropa İnsan Hüquqları Konvensiyasının nəzərdə tutduğu digər hüquq normalarında qadına verilən hüquq, İslam hüququnda bütün xırdalıqları ilə izah edilmişdir.
Ən maraqlı boşanmalar
[redaktə | vikimətni redaktə et]Rusiyanın "Arqumentı i faktı" qəzeti ən maraqlı boşanmaların siyahısını dərc edib[1]:
5-ci yer. 67 yaşlı rumıniyalı təqaüdçü Sandu B. 47 yaşlı qadınla evlənir. Onlar 8 ay çox xoşbəxt yaşayıblar. Amma 9-cu ayda qadının sevimli pişiyi bir-birinin ardınca ərinin sevimli tutuquşularını yeyir. Bu da onların ayrılmasına səbəb olub.
4-cü yer. İngilis futbol fanatı Nil Dyüxart məhkəməyə boşanmaq istəyini belə izah edib – həyat yoldaşı onun üzərində futbolçuların imzası olan sevimli köynəyini yuyub. Məhkəmə qadını vandallıqda günahkar bilib və Nilin istəyini yerinə yetirib.
3-cü yer. ABŞ-nin Klivlend şəhərində yaşayan mister Danielsonun həyat yoldaşı detektiv romanlarını sevirmiş. Amma onun "əclaf" əri hər dəfə kitabın 30-cu səhifəsində qatilin adını yazırmış. Əlbəttə ki, qatilin adını bilən qadının kitabı oxuyub başa çatdırmağa həvəsi qalmırmış. Bu "ənənəni" eşidən məhkəmə hakimi qadının tərəfini tutub və onun həyat yoldaşını "son dərəcə incə şəkildə hazırlanan qəddar davranış"da ittiham edərək onların nikahını pozub.
2-ci yer. 55 yaşlı alman fermeri Volfqanq Zober internetdə 38 yaşlı Pendi Viktoriya adlı qadınla tanış olub. Qadın şəkillərdə çox gözəl olub. Həyatda isə bundan da gözəl təsir bağışlayıb. Ancaq nikah gecəsi məlum olub ki, Rendi tam qadın deyil. Daha doğrusu, heç qadın deyil! Ralf ("qadının" əsl adı belə olub) kişi çıxıb və onun 2 uşağı varmış...
1-ci yer. Adi bosniyalı ər və arvad, 32 yaşlı Adnan Klariç və 27 yaşlı Sana internetdə başqa kişi və qadınla tanış olublar. Amma onların bəxti gətirməyib – "Şirni" və "Sevinc şahzadəsi" adları altında onlar yenidən bir-birlərini tapıblar. Ehtiraslı onlayn danışıqlardan sonra "Şirni" və "Sevinc şahzadəsi" reallıqda görüşərək arzularını həyata keçirmək qərarına gəlirlər. Amma görüş zamanı dəhşətli məyusluqla üzləşiblər. Nəticədə, onlar bir-birini xəyanətdə günahlandıraraq boşanıblar. Maraqlıdır ki, Çində baş verən analoji hadisə isə xoşbəxt sonluqla başa çatıb. Ər və arvad gizli görüş zamanı görüşəndə, bir-biriləri üçün yarandıqları və bir yerdə qalmaları barədə qərar veriblər.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ ""Altı ay yaşadıq, bəs deyil arvad?" – TOP 5". 2009-10-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-23.