Broadcom
Broadcom Corporation | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Public (NASDAQ: BRCM) |
Sənaye | İnteqral sxemlər, elektronika |
Məhsulları |
İnteqral sxemlər Rəqəmsal televiziya qəbulediciləri 1000BASE-TX Simsiz şəbəkə Modemlər Mobil kommunikasiya Sviçlər xDSL Server klasterləri Prosessorlar Bluetooth VoIP GPS Rəqəmsal televiziya |
Təsis tarixi | Avqust 1991 |
Baş qərargahın yeri | ABŞ İrvin (Kaliforniya) |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | $4,66 mlrd. (2008) |
Xalis mənfəəti | $6,2 mlrd.[1] |
Struktur | |
İşçi sayı | 6800 (2008) |
Ana şirkət | Avago Technologies |
Rəhbərlik | |
Təsisçilər |
Henry Samueli, təsisçi Henry Nicholas, təsisçi Scott A. McGregor, CEO, |
broadcom.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Broadcom Corporation — rabitə avadanlıqları üçün inteqral mikrosxemlər istehsal edən amerikan korporasiyasıdır. Şirkət yarımkeçiricilərin satışına görə ilk 20 dünya liderlərinin siyahısındadır.[2].
2015-ci ilin mayında Avago Technologies 37 milyard dollara "Broadcom Corporation" şirkətini almaq niyyətində olduğunu bildirdi. 2016-cı ilin əvvəlində, sazişin tamamlanmasından sonra Broadcom Limited (Sinqapurda qeydiyyatdan keçmiş) adlı, 15 milyard dollar dövriyyəli, yarımkeçiricilərin istehsal həcminə görə dunya yeddincisi olan yeni müştərək müəssisə yaradıldı. Avago Technologies-in prezidenti və baş direktoru Xok Tan (Hock Tan) yeni müəssisənin idarəedicisi, Broadcom-un təsisçisi Henri Samueli isə texnologiyalar üzrə rəhbər təyin edildi.[3].
Tarixcəsi
[redaktə | mənbəni redaktə et]1992 ildə Henri Samueli və Henri Nikolas Los-Anceles şəhərində Broadcom şirkətini təsis etmişlər. Üç ildən sonra isə şirkət İrvin (Kaliforniya) şəhərinə köçürülüb.[4]
2015-ci ilin mayında Avago Technologies 37 milyard dollara "Broadcom Corporation" şirkətini almaq niyyətində olduğunu bildirdi. Saziş nəticəsində Broadcom Limited adlı, 15 milyard dollar dövriyyəli, yarımkeçiricilərin istehsal həcminə görə dunya yeddincisi olan yeni müştərək müəssisə yaradıldı.[3].
Loqotip
[redaktə | mənbəni redaktə et]Qırmızı rəngdə olan Siqnal spektrinin üzərində qalın qara şriftlə yazılmış emblemdir.
Alınmış şirkətlər
[redaktə | mənbəni redaktə et]Müxtəlif illərdə yeni məhsul bazarlarina çıxmaq üçün Broadcom şirkəti tərəfindən alınmış sair şirkətlər.[5]:
Tarix | Alınmış Şirkət | Məbləğ ($. USD) | Məhsul |
---|---|---|---|
yanvar 1999 | Maverick Networks | 104 milyon | korporativ şəbəkələr üçün multiservis kommutatorları |
aprel 1999 | Epigram | 316 milyon | məişət şəbəkələri (home network) |
iyun 1999 | Amedia Labs | 20 milyon | SoC (çip üzərində sistem) hazırlanması |
avqust 1999 | HotHaus Technologies | 280 milyon | VoIP üçün nəzərdə tutulan DSP (rəqəmsal siqnal prosessoru) çiplərinin proqram təminatları |
avqust 1999 | Altocom | 180 milyon | soft-modemlər üçün proqram təminatları |
yanvar 2000 | BlueSteel Networks | 123 milyon | təhlükəsizlik prosessorları |
mart 2000 | Digital Furnace Corp | 136 milyon | Məlumatların sıxlaşdırılması proqram təminatları |
mart 2000 | Stellar Semiconductor | 162 milyon aksiyalarla | 3D-qrafika üçün prosessorlar |
iyun 2000 | Pivotal Technologies | 242 milyon aksiyalarla | rəqəmsal video üçün çiplər |
iyul 2000 | Innovent Systems | 500 milyon aksiyalarla | Bluetooth çiplər |
avqust 2000 | Puyallup Integrated Circuit Company | SoC (çip üzərində sistem) üçün komponentlər | |
iyul 2000 | Altima Communications | 533 milyon aksiyalarla | şəbəkə çipləri |
oktyabr 2000 | Newport Communications | 1240 milyon aksiyalarla | 10Gbit Ethernet transiverlər |
oktyabr 2000 | Silicon Spice | 1000 milyon aksiyalarla | VoIP üçün nəzərdə tutulan DSP (rəqəmsal siqnal prosessoru) çiplər |
noyabr 2000 | Element 14 | 594 milyon aksiyalarla | DSL çiplər |
dekabr 2000 | Allayer Communications | 271 milyon aksiyalarla | optik şəbəkələr üçün çiplər |
dekabr 2000 | Sibyte | 2000 milyon aksiyalarla | Broadband mikroprosessorlar |
yanvar 2001 | VisionTech, Ltd. | 777 milyon aksiyalarla | PVR avadanlıqlar üçün MPEG-2-nin kodlaşdırılması/dekodlaşdırılması |
yanvar 2001 | ServerWorks Corp. | 1003 milyon aksiyalarla | serverlər üçün kontroller |
iyul 2001 | PortaTec Corporation | növbəti nəsil portativ avadanlıqlar | |
iyul 2001 | Kimalink | simsiz şəbəkə kanalları | |
may 2002 | Mobilink Telecom Inc. | 5,6 milyon aksiyalarla | mobil telefonlar üçün prosessorlar |
mart 2003 | Gadzoox Networks | 5,8 milyon | SAN |
yanvar 2004 | RAIDCore Inc. | 16,5 milyon | RAID-sistemlər üçün proqram təminatı |
aprel 2004 | M-Stream Inc. | 8,7 milyon və 27000 aksiyalarla | simsiz şəbəkələrin keyfiyyətinin artırılması üçün texnologiyalar |
aprel 2004 | Sand Video Inc. | 77,5 milyon aksiyalarla və 7,4 milyon | video məlumatların sıxılması üçün texnologiyalar |
aprel 2004 | WIDCOMM Inc. | 49 milyon | Bluetooth-sistemlər üçün proqram təminatı |
aprel 2004 | Zyray Wireless Inc. | 96 milyon | WCMDA üçün prosessorlar |
sentyabr 2004 | Alphamosaic, Ltd. | 123 milyon | mobil avadanlıqlar üçün qrafik prosessorlar |
fevral 2005 | Alliant Networks Inc. | selluar şlyuz məhsulları | |
mart 2005 | Zeevo Inc. | 26,4 milyon və 2,6 milyon aksiyalarla | Bluetooth-avadanlıqlar |
iyul 2005 | Siliquent Technologies Inc. | 76 milyon | 10Gbit Ethernet kontrollerlər |
oktyabr 2005 | Athena Semiconductors Inc. | 21,6 milyon | DTV-tüner və Wi-Fi texnologiyalar |
yanvar 2006 | Sandburst Corporation | 75 milyon və 5 milyon aksiyalarla | Ethernet-paketlərin marşrutlanması üçün SoC (çip üzərində sistem) çipləri |
noyabr 2006 | LVL7 Systems Inc. | 62 milyon | şəbəkələr üçün proqram təminatları |
may 2007 | Octalica Inc. | 31 mly | Multimedia Over Coax üçün texnologiyalar |
iyun 2007 | Global Locate Inc. | 146 milyon | GPS çiplər və proqram təminatları |
mart 2008 | Sunext Design Inc. | 48 milyon | Optik sürücü üçün texnologiyalar |
avqust 2008 | AMD (şirkətinin DTV (rəqəmsal tv) üçün prosessorlar istehsal edən altqrupu) | 141,5 milyon | Rəqəmsal televizor, kabel və peyk TV-resiverlər üçün prosessorlar |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Company Profile for Broadcom Corporation (BRCM)". 2012-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 октября 2008.
- ↑ bax.: en:Semiconductor sales leaders by year
- ↑ 1 2 "ИТ-сделка века: Avago покупает Broadcom за 37 млрд. долл" (rus). PC Week/RE. 29 мая 2015. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-29.
- ↑ Joel Kotkin. "GRASS ROOTS BUSINESS; A Place To Please The Techies". The New York Times. 28 yanvar 1999. 2012-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2008.
- ↑ "Broadcom.com — Strategic Acquisitions". 2015-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-08.