Cüzeppe Arçimboldo

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cüzeppe Arçimboldo
it. Giuseppe Arcimboldo
Avtoportret, 1575.
Avtoportret, 1575.
Doğum tarixi
Doğum yeri Milan, İtaliya
Vəfat tarixi
Vəfat yeri Milan, İtaliya
Milliyyəti İtalyan
Vətəndaşlığı İtaliya İtaliya
Fəaliyyəti rəssam, memarlıq çertyojçusu[d], qobelen sənətkarı[d], dizayner
Janrlar natürmort[1], portret rəssamlığı[d][1], dini incəsənət[d][1], portret
Stil manyerizm[2]
Tanınmış işi II Rudolfun portreti
Təsir edib Salvador Dali
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cüzeppe Arçimboldo (it. Giuseppe Arcimboldo) - İtalyan rəssam, memar, səhnə tərtibatçısı və mühəndis. Arçimboldo əsasən insan təsvirlərini meyvə, tərəvəz, heyvankitab kimi xüsusiyyətlərin üzərində təsvir etməklə tanınır. İkili məna daşıyan bu əsərlər, XX əsrdə başda Salvador Dali olmaqla bir çox rəssamın fəaliyyətinə təsir etmişdir. Vertumn obrazında imperator II Rudolfun portretinə görə rəssam fəxri pfaltsqraf tituluna layiq görülmüşdü. Bu portret imperatoru ilin fəsillərinin və dünya nemətlərinin allahı Vertumnun obrazında təsvir edir.

Cüzeppe Arçimboldo 1527-ci ildə İtaliyanın Milan şəhərində anadan olmuşdur. Həmin dövrdə Milan, eyni adlı hersoqluğun mədəni və siyasi mərkəzi idi. Arçimboldonun ilk önəmlini işini atası ilə birlikdə Milan kafedralının restavrasiyası zamanı görmüşdür. Atasının ölümündən sonra rəssam bu işi tək başına görməyə davam edir. Gördüyü işlərlə qısa zamanda tanınmış rəssama Komo kafedralını qoblen üslubunda dizayn etmək işi tapşırılır. 1558-ci ildə Arçimboldo Milanı tərk edir.

Komo kafedralı üçün qoblen üslubunda bir çox dizaynlar vermişdir. 1562-ci ildə Avstriya imperatoru I Ferdinandın dəvəti ilə Vyana şəhərinə gələrək burada saray rəssamı kimi işləməyə başlamışdır. Rəssamın fəaliyyətinin bu dönəmi mövsümlər olaraq adlandırılan kolleksiyanı tamamlaması ilə əlamətdardır. 1564-cü ildə I Ferdinandın ölümündən sonra yerinə hakimiyyətə gələn II Maksimilyanın dönəmində də Cüzeppe Arçimboldo yenə saray rəssamı kimi işinə davam etsə də, daha çox imperator və ailəsinə aid portret şəkilləri çəkmişdir.

Arçimboldonun Vyana sarayındakı vəzifəsi təkcə rəssamlıqla məhdudlaşmırdı. O eyni zamanda memar, səhnə tərtibatçısı, mühəndis və mədəniyyət üzrə məsləhətçi kimi sarayın bir çox işlərində yaxından iştirak etmişdir. Rəssamın fəaliyyəti dövründə sarayın antik kolleksiyası xeyli genişlənərək zənginləşdirilmişdir.

  1. 1 2 3 RKDartists (nid.).
  2. WorldCat (çd.). 1971.