Cənubi Vyetnam Respublikası Müvəqqəti İnqilabi Hökuməti
Tarixi dövlət | |||||
Cənubi Vyetnam Respublikası Müvəqqəti İnqilabi Hökuməti | |||||
---|---|---|---|---|---|
|
|||||
«Độc lập - Dân chủ - Hoà bình - Trung lập» | |||||
|
|||||
Paytaxt | Hoşimin | ||||
Dilləri | Vyetnam dili | ||||
Rəsmi dilləri | |||||
Dövlət dini | buddizm, Konfutsiçilik, Daosizm | ||||
Ərazisi |
|
||||
Əhalisi |
|
||||
İdarəetmə forması | respublika | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Cənubi Vyetnam Respublikası Müvəqqəti İnqilabi Hökuməti[1] (CVRMİH, vyet. Chính phủ Cách mạng Lâm thời Cộng hòa miền Nam Việt Nam) — Şimali Vyetnam tərəfindən 8 iyun 1969-cu ildə Vyetnam Respublikasının (Cənubi Vyetnam) hökumətinə qarşı yaradılmış kölgə hökuməti, Sayqonun süqutundan sonra 30 aprel 1975-ci ildən 2 iyul 1976-cı ilə qədər Vyetnam Respublikası (vyet. Cộng hòa miền Nam Việt Nam) adlanmış de-fakto müstəqil ölkə. Onun yaradılmasında Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsinin nümayəndələri, eləcə də bir neçə kiçik qrup iştirak edirdi.
CVRMİH əksər sosialist dövlətlər tərəfindən Cənubi Vyetnam hökuməti kimi tanınmışdır. O, 1973-cü il Paris sülh müqaviləsini həm Cənubi Vyetnamdan, həm də Şimali Vyetnamdan ayrı olan müstəqil bir qurum kimi imzalamışdır.[1] 30 aprel 1975-ci ildə Sayqonun süqutundan sonra Cənubi Vyetnam Respublikası adlanmış və Cənubi Vyetnamın nominal hökuməti olmuşdur. 2 iyul 1976-cı ildə Cənubi Vyetnam Respublikası və Şimali Vyetnam (Vyetnam Demokratik Respublikası) Vyetnam Sosialist Respublikasını yaratmaq üçün birləşmişdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]1960-cı ildə Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi yaradılmışdır. Sonrakı 9 il ərzində təşkilat Vyetnam Respublikası ərazisində müxalifət olaraq Sayqon rejiminə qarşı mübarizə aparmışdır. 8 iyul 1969-cu ildə Xalq Nümayəndələri Konqresi tərəfindən Cənubi Vyetnam Respublikasının Müvəqqəti İnqilabi Hökuməti yaradılmışdır. Çox vaxt hökumət Cənubi Vyetnamdan kənarda idi və özünü sürgündə olan bir hökumət kimi göstərmişdir.
30 aprel 1975-ci ildə Müvəqqəti Hökumətin qoşunları Sayqona daxil omuşldular. 2 iyul 1976-cı ildə Şimali və Cənubi Vyetnam birləşərək Vyetnam Sosialist Respublikasına yaratmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Sadıqlı, Yadigar. "Vyetnam müharibəsinin sonu və "Babylift" əməliyyatı". Meydan TV (az.). 5 sentyabr 2021. 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Porter, Gareth. Vietnam: The politics of bureaucratic socialism (1993). Cornell University Press. 1993. ISBN 978-0-8014-2168-6.
- Tảng, Truong Như; David Chanoff, Van Toai Doan. A Vietcong memoir (1985). Harcourt Brace Jovanovich. 1985. ISBN 978-0-15-193636-6.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Provisional Revolutionary Government of South Vietnam (1969–1975)
- "Ethnic Music" Room ("Words" is Japanese version only.)
- Rulers (Vietnam)
- WORLD STATESMEN, Vietnam (including South Vietnam)