40°53′55″ şm. e. 73°56′21″ q. u.HGYO

CNBC

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
«CNBC»
Loqonun şəkli
Telekanalın rəsmi loqosu
Ölkə  ABŞ
Yayım ərazisi ABŞ
Kanada
Dil İngilis dili
Baş qərargah Enqlvud Klifs, Nyu-Cersi, ABŞ
Yaranma tarixi 17 aprel 1989 (1989-04-17)
Sahibi NBCUniversal Broadcast, Cable, Sports and News (NBCUniversal) (ikisinin də ümumi sahibi – «Comcast»)
Keçmiş adları «Consumer News and Business Channel» (1989–1991)
Şüar Ümumdünya biznesdə birinci. Bunu kapitallaşdırın. (ing. First in business worldwide. Capitalize on it.; biznes verilişi)
Özünüzkini götürün (ing. Get yours; əsas veriliş)
Qardaş kanallar «CNBC World»
«MSNBC»
«NBC»
«NBCSN»
«Golf Channel»
«E!»
«Euronews»
«Sky News»
«Sky TG24»
Sayt cnbc.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

«CNBC» (tələffüzü: si-en-bi-si) — kabelpeyk vasitəsilə yayımlanan ABŞ biznes xəbərləri telekanalı. Telekanal «Comcast» şirkətinin sahibi olduğu «NBCUniversal» şirkətinin bir mülküdür və baş qərargahı ABŞ-nin Nyu-Cersi ştatındakı Enqlvud Klifs borosunda yerləşir.[1] Telekanal əsasən ABŞ və beynəlxalq iqtisadiyyatlarını əhatə edirdi, ancaq artıq daha çox biznes-mövzulu sənədli filmlər və realiti şoular yayımlayır.

Telekanal 17 aprel 1989-cu ildə «NBC» ilə «Cablevision» şirkətlərinin birgə müəssisəsi olaraq «Consumer News and Business Channel» adı altında təsis edilmişdir.[2] 1991-ci ildə telekanal əsas rəqibini — «Financial News Network» şirkətini satın almış, öz distribusiyasını və işçi gücünü artırmışdır. Daha sonra «Cablevision» telekanalda sahibi olduğu səhmləri «NBC» şirkətinə satmışdır. 2015-ci ilin fevral ayında telekanalın 93.623.000 abunəçisi (ABŞ-dəki ümumi televiziya sahiblərinin 80.4%-i) var idi.[3] Dəyəri 4.000.000.000 ABŞ dolları olan telekanal 2007-ci ildə ABŞ-dəki ən dəyərli 19-cu kabel ilə yayımlanan telekanal olmuşdur.[4]

Əsas telekanal ABŞ-də yayımlansa da, «CNBC» telekanalının müxtəlif regionlara və ölkələrə xidmət göstərən lokal variantları da fəaliyyət göstərir. Bu variantların çoxunun sahibi və ya səhmlərinin sahiblərinsən biri – «NBCUniversal».[5][6]

  1. "Contact Us". www.nbcuni.com. NBC Universal. 27 avqust 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2019.
  2. "The Media Business; New CNBC President". www.nytimes.com. The New York Times. 27 iyul 1990. 2020-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2019.
  3. Seydman, Robert. "List of how many homes each cable network is in as of February 2015". TV by the Numbers. Zap2it. 22 fevral 2015. 2016-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2019.
  4. Carofoli, Co. "Fox Business Network gets ready to battle CNBC". www.sfgate.com. San Francisco Chronicle. 14 oktyabr 2007. 2007-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2019.
  5. "CNBC Preps Launch in South Korea". www.adweek.co. Adweek. 22 oktyabr 2009. 2015-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2019.
  6. "CNBC Launch 24-hour Korean Language Business News Channel, SBS-CNBC" (Press-reliz). Seul: CNBC. 20 yanvar 2010. November 16, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 16, 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • cnbc.com — «CNBC» telekanalının rəsmi saytı