Cavad Fakuri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cavad Fakuri
Doğum tarixi
Doğum yeri Təbriz
Vəfat tarixi
Vəfat yeri
Vəfat səbəbi Təyyarə qəzası
Dəfn yeri
Vətəndaşlığı İran İslam Respublikası
Milliyyəti Azərbaycanlı
Dini islam
İxtisası Hərbçi
Fəaliyyəti Hərbi Hava Qüvvələri general mayoru
Fəaliyyət illəri 1981-ci ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cavad Fakuri (d.  1938, Təbriz, İran - ö.  30.09.1981) — əslən azərbaycanlı, İran İslam Respublikasının hərbi hava qüvvələrinin komandiri. General-mayor. 1980-1981-ci illər arası İran İslam Respublikasının 4-cü Müdafiə Naziri.

Əmək Fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Cavad Fakuri:

  • 1958-ci ildə "F-100" tipli qırıcı təyyarə pilotu olaraq İran Hərbi Hava Qüvvələrinə hərbi xidmətə daxil olub;
  • 1967-ci ildə "F-4" tipli qırıcı-bombardmançı təyyarə pilotu olma vəsiqəsi qazanıb;
  • Pəhləvi rejimi dövründə uçuş, eskadron, qanad və bir qrup "F-4" təyyarələrində uçuşlara rəhbərlik edib;
  • 1978-ci ildə polkovnik rütbəsi alıb və Tehranda qərargah zabiti vəzifəsinə təyin olunub.

Əmisi oğullarından biri MEK-in aparıcı üzvü olmasına və 1980-ci ildə İsveçdən siyasi sığınacaq istəməsinə baxmayaraq, Cavad Fakuri Xomeyninin və Rəfsəncaninin etibarını qazanaraq[1], Xomeyninin razılığı ilə o zamankı prezident Abolhassan Banisadr tərəfindən 1980-ci ilin iyununda yüksək vəzifəyə təyin edilib.[2][3]

C. Fakuri İran-İraq müharibəsində İran Hərbi Hava Qüvvələrinin komandiri kimi iştirak edib. Eyni zamanda, 1981-ci ilin yazından 1981-ci ilin sentyabrına qədər İİR-in Müdafiə Naziri vəzifəsində çalışıb.[4] Bu zaman o əvvəlki müdafiə naziri Mustafa Kamranın İran–İraq müharibəsi zamanı təyyarə qəzasında öldükdən sonra bu vəzifəni tutmuşdur. C.Fakurini bu vəzifədə 1981-ci ildə Məhəmməd Salimi əvəz etdi.[4]

C.Fakuri, Valiolla Fallahi və Musa Namju da daxil olmaqla digər yüksək rütbəli hərbi vəzifəlilər 29 sentyabr 1981-ci ildə Tehran yaxınlığında baş verən təyyarə qəzasında həlak olublar.[5] Hadisədən dərhal sonra çıxış edən Ayətullah Ruhollah Xomeyni bu hadisədə Xalq Mühacidləri təşkilatını günahlandırıb, amma birlavasitə sonçulara işarə etməyib.[6]

Cavad Fakuri ölümündən sonra general-mayor rütbəsinə layiq görülüb.

  1. Ehteshami Anous. After Khomeini: The Iranian Second Republic. Routledge, Chapman & Hall, Incorporated. 1995. 22. ISBN 978-0-415-10879-9. İstifadə tarixi: 17 February 2013.
  2. Dilip Hiro. Iran Under the Ayatollahs. Routledge & Kegan Paul. 1987. 156. ISBN 978-0-7102-1123-1. İstifadə tarixi: 17 February 2013.
  3. "Iranian military chiefs reshuffled". Spokane Daily Chronicle. Associated Press. 19 June 1980. İstifadə tarixi: 27 August 2013.
  4. 1 2 Sepehr Zabir. The Iranian Military in Revolution and War (RLE Iran D). CRC Press. 23 April 2012. 277. ISBN 978-1-136-81270-5. İstifadə tarixi: 17 February 2013.
  5. Sitat səhvi: Yanlış <ref> teqi; Zabir20122 adlı istinad üçün mətn göstərilməyib
  6. "Crash kills four top Iranian officers". The Daily Egyptian. 66 (29). Beirut. Associated Press. 1 October 1981. 7 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 August 2021.