China Unicom
China Unicom | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | telekommunikasiya sənayesi[d], mobil telefon sənayesi[d] |
Təsis tarixi | 1994[1] |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri |
|
Struktur | |
İşçi sayı |
|
chinaunicom.com | |
Vikianbarda əlaqəli mediafayllar |
China Unicom — Çin telekomnukasiya şirkəti. China Mobile və China Telecom ilə birlikdə ölkədəki ən böyük üç şirkətdən biridir. Şirkət mobil rabitə və genişzolaqlı İnternet xidmətləri təqdim edir. Paytaxt Pekin şəhəri də daxil olmaqla ÇXR-nin şimal hissəsində işləyir. Dünyanın ən böyük dövlət şirkətləri siyahısında 2019-cu il üçün "Forbes Global 2000" sıralamasında 251-ci yeri tutub (gəlir baxımından 215-ci, xalis mənfəət baxımından 546-cı, aktivlər baxımından 394-cü və bazar kapitallaşmasına görə 346-cı yer)[3]. Bu siyahıda olan Çin şirkətləri arasında 37-ci yeri tutub.
Tarixi
[redaktə | mənbəni redaktə et]China Unicom, 19 iyul 1994-cü ildə "Çin Xalq Respublikası Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi" tərəfindən dövlət şirkəti olaraq qurulmuş və "Çin Xalq Respublikası Dövlət Şurası" tərəfindən təsdiq edilmişdir.
2000-ci ilin fevralında "China Unicom" Honkonqda şirkət olaraq qeydiyyata alınır və 22 iyun 2000-ci ildə Honkonq birjasında səhmləri qeydə alınır.
18 oktyabr 2006-cı ildən başlayaraq Makaoda "CDMA" şəbəkəsinin fəaliyyətində iştirak edir.
2008-ci ilin aprel ayının sonunda şirkətin xidmətlərindən 125 milyon GSM istifadəçisi və 43 milyon "CDMA" istifadəcisi istifadə edirdi.[4]
2 iyun 2008-ci il tarixində "China Unicom" CDMA biznesi və China Telecomun aktivlərini 110 milyard yuan (ticarət zamanı Unicom səhmlərinin dəyəri 56,3 milyard dollar idi) satacağını və qalan hissəsini isə "China Netcom" şirkəti ilə birləşdirəcəyini elan edir.[5][6] CDMA biznesi rəsmi olaraq noyabrın əvvəlində "China Telecom" tərəfindən satın alınır. "China Netcom" şirkəti isə "China Unicom"un törəmə şirkətinə çevrilir və şirkətin səhmləri Honkonq və Nyu York birjalarında siyahıdan çıxarılır.
7 yanvar 2009-cu ildə "China Unicom" 3G telekomunikasiya işini genişləndirmək üçün WCDMA lisenziyası alır.[7]
2009-cu ilin iyul ayında China Unicom, GSM şəbəkəsini inkişaf etdirmək üçün infrastruktur avadanlığı tədarükçüsü "Ericsson" şirkəti ilə 700 milyon dollarlıq bir müqavilə imzalayır.
2014-cü ilin iyul ayında şirkət, "China Telecom" və "China Mobile Communication Company" ilə birlikdə, daha sonra kirayəyə götürərək və verici şəbəkələrini köçürtdükləri mobil qüllələr üçün xidmət və inkişaf şirkəti olan "China Tower Corporation"u qurur.
2014-cü ilin mart ayında şirkət dördüncü nəsil mobil şəbəkənin (4G) ticarət fəaliyyətinə başlayır və 2019-cu ilin sentyabr ayında "China Telecom" ilə birlikdə 5G şəbəkəsinin inkişafına başlayır.[8]
2017-ci ilin avqust ayında şirkət, mülkiyyət formasını dövlət mülkiyyətindən qarışıq hala keçirmək üçün baş tutan təcrübədə iştirak edir. "China United Network Communications" şirkətində olan dövlət payının bir hissəsi bir neçə şirkətə satılır. Ən böyük səhm payını alanlar, şirkətdə bir idarə heyəti üzvü təyin etmək hüququ əldə edirlər. "China life insurance", Baidu, Alibaba Group, JD.com və Tencent kimi böyuk kompaniyalar 11.7 milyard dollar müqabilində, şirkətin 35.2 faiz səhmlərini satın alırlar.[9]
Fəaliyyət göstəriciləri
[redaktə | mənbəni redaktə et]China Unicom dünyanın ən böyük telekommunikasiya şirkətlərindən biridir. 2018-ci ilin sonunda mobil abunəçilərinin sayı 315 milyona (Çin bazarının 20.4 faizii) çatır. Bunlardan 220 milyonu 4G istifadə edir.
Genişzolaqlı İnternet abunəçilərinin sayı 80,9 milyon, stasionar telefonların sayı isə 55,9 milyona çatır.
2020-ci ilin ortalarından etibarən "China Unicom"un bütün ölkədə fəaliyyət göstərən təxminən 130 min 5G stansiyası olur.[10]
2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | 2017 | 2018 | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Dövriyyə | 132.6 | 139.6 | 145.9 | 150.7 | 148.9 | 154.0 | 171.4 | 209.2 | 248.9 | 295.0 | 284.7 | 277.0 | 274.2 | 274.8 | 290.9 |
Xalis gəlir | 7.176 | 18.88 | 15.96 | 21.44 | 33.91 | 9,464 | 3.701 | 4.227 | 7,096 | 10.41 | 12.06 | 10.56 | 0.630 | 1.850 | 10.26 |
Aktivlər | 365.9 | 346.0 | 350.2 | 334.1 | 344.9 | 417.0 | 441.3 | 456.2 | 516.1 | 529.2 | 545.1 | 610.3 | 614.2 | 572.0 | 540.3 |
Kapital | 137.5 | 139.8 | 153.3 | 178.5 | 206.7 | 206.4 | 205.7 | 205.9 | 209.5 | 218.8 | 227.5 | 231.2 | 227.7 | 304.3 | 314.3 |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ROR Data. v1.19 2023. doi:10.5281/ZENODO.7644942
- ↑ https://finance.sina.com.cn/zt_d/2019_zq500qbd/.
- ↑ https://www.forbes.com/companies/china-unicom/ Arxivləşdirilib 2020-05-20 at the Wayback Machine (#empty_citation)
- ↑ "China Unicom Subscriber Data". 2011-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-19.
- ↑ "China Netcom /Пресс-релиз China Unicom по поводу слияния". 2015-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-19.
- ↑ http://www.chron.com/disp/story.mpl/headline/biz/5813474.html (#empty_citation)
- ↑ http://www.brandrepublic.asia/DigitalMedia/Mobilearticle/2009_01/China-awards-3G-licences/33922 Arxivləşdirilib 2012-09-14 at the Wayback Machine (#empty_citation)
- ↑ https://www.reuters.com/article/us-china-teleco-5g-idUSKCN1VU1FH Arxivləşdirilib 2020-01-26 at the Wayback Machine (#empty_citation)
- ↑ https://www.reuters.com/article/us-china-unicom-results-idUSKCN1AW0JP Arxivləşdirilib 2020-01-28 at the Wayback Machine (#empty_citation)
- ↑ http://russian.people.com.cn/n3/2020/0607/c31518-9698126.html Arxivləşdirilib 2020-06-08 at the Wayback Machine (#empty_citation)
- ↑ https://www1.hkexnews.hk/listedco/listconews/sehk/2009/0415/ltn20090415013.pdf Arxivləşdirilib 2020-01-27 at the Wayback Machine (#empty_citation)
- ↑ https://www1.hkexnews.hk/listedco/listconews/sehk/2014/0311/ltn20140311017.pdf Arxivləşdirilib 2020-01-27 at the Wayback Machine (#empty_citation)