Cini indeksi
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Cini indeksi – gəlirlərin təmərküzləşmə əmsalı, gəlirin bölgüsündə qeyri-bərabərlik dərəcəsini miqdarca qiymətləndirməyə imkan verən statistik göstəricidir.
Onun bərabər bölgüsü zamanı hər bir qrup öz sayına mütənasib olaraq gəlir əldə edir. Qeyri-bərabər bölgü zamanı xüsusi çəkisinə görə bank olmayan qrupda gəlirlərin ümumi məbləğinin üstün hissəsi cəmləşir. Təbiidir ki, ideal bərabərlik zamanı Cini indeksi sıfıra, mütləq qeyri-bərabərlik şərtlərində isə – vahidə bərabərdir. Cini indeksi Lorents əyrisi (S) və ideal bərabərlik xətti ilə məhdudlaşan sahənin düz ideal bərabərlikdən aşağı olan (SABC) ümumi sahəyə nisbəti ilə müəyyən olunur. Cini indeksi yalnız əhalinin gəlirlərini yox, həm də müxtəlif qrup işçilərin (cins əlamətinə görə, məşğulluq xarakterinə görə və s.) əmək haqlarının qeyri-bərabər bölgüsü dərəcəsini müəyyən etmək üçün istifadə oluna bilər. Belə ki, 1988-ci ildən etibarən ABŞ-də Cini indeksinin kəmiyyətləri dərc olunur.
İqtisadiyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |