Dəniz nəqliyyatı
Dəniz nəqliyyatı — Dünyada fəaliyyətdə olan iri dəniz limanlarının sayı 3 minə çatır.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Dəniz nəqliyyatının fəaliyyəti ilk öncə istismar edilən dəniz limanlarının inkişafından asılıdır. Dünyada fəaliyyətdə olan iri dəniz limanlarının sayı 3 minə çatır. Ən iri dəniz limanlarından ildə 50 mln. tondan çox yük daşınır. Yük dövriyyəsinə görə ildə 200 mln tondan çox mal ötürən limanların sayı 15-ə çatır. Dəniz nəqliyyatı beynəlxalq ticarətdə mühüm rol oynayır. Dəniz nəqliyyatının turistlərin daşınmasında (kruiz səyаhəti) əhəmiyyəti çoxdur.
Dünyanın 10 ən iri dəniz limanları
Şəhər | Ölkə | Yük dövriyyəsi həcmi, mln. ton | |
1 | Şanxay | Çin | 537,0 |
2 | Sinqapur | Sinqapur | 448.5 |
3 | Rotterdam | Hollandiya | 378,4 |
4 | Ninbo | Çin | 309,7 |
5 | Quançou | Çin | 302,8 |
6 | Tyanzsin | Çin | 257,6 |
7 | Syanqan (Hon Konq) | Çin | 238,2 |
8 | Zindao | Çin | 224,2 |
9 | Pusan | Koreya | 217.9 |
10 | Naqoya | Yaponiya | 208,0 |
Dəniz nəqliyyatında konteynerlə daşınmaların artımı, dəniz limanlarında xidmətlərin mürəkkəbləşməsi, bu sahədə rəqabətin artmasına səbəb olmuşdur. Nəticədə inkişaf etmiş ölkələrin gəmiləri daha "ucuz” (xidmətə, ekoloji tələblərə, vergilərə və işçi qüvvəsinə verilən əmək haqqına görə) hesab olunan ölkələrin bayraqları altında üzür. Bu baxımdan bir çox ölkələrin gəmiləri Panama, Liberiya və Yunanıstan və s. dövlətlərin bayraqları altında üzməyə üstünlük verirlər.
Azərbaycanda dəniz nəqliyyatının yaradılması
[redaktə | mənbəni redaktə et]Dünya okeanına birbaşa çıxış olmayan Azərbaycan üçün Xəzər dənizinin əhəmiyyəti çoxdur. Dəniz nəqliyyatı Xəzərin hövzəsində yerləşən ölkələrlə əlaqə yaradılmasında mühüm əhəmiyyət kəsb edir. Mərkəzi Asiyadan Türkiyə və q. Avropa ölkələrinə gedən ən qısa yollar Xəzərdən keçir. Bakı Xəzər hövzəsində ən böyük limandır. Ona görə yüklərin və sərnişinlərin əsas hissəsi buradan daşınır.
Bakı – Mahaçqala, Bakı – Həştərxan, Bakı – Ənzəli, Bakı – Aktou, Bakı – Manqıstan dəniz xətləri ilə neft, neft məhsulları, ərzaq, meşə materialları daşınır. Bakıdan gəmi ilə Qara dənizə çıxmaq üçün aşağdakı su yollarında keçmək lazımdır: Bakı – Həştərxan, Volqa çayı, Volqa – Don kanalı, Don çayı, Azov dənizi və Kerç boğazı və Qaradəniz. Kür və Araz çaylarından daxili su nəqliyyatından istifadə etmək olar. Kür çayı 600 km məsafədə Yevlaxa qədər gəmiçiliyə yararlıdır. Lakin, bu imkanlardan istifadə edilmir.[1]
Dəniz nəqliyyatı Xəzər hövzəsi ölkələri ilə əlaqə saxlanmasında və onlarda çıxarılan neftin Azərbaycandan keçməklə dünya bazarına çıxarılmasında böyük əhəmiyyət kəsb edir. Bakı təkcə respublikada yox, həm də Xəzər dənizində ən böyük limandır. Buna görə də bütün yüklər və sərnişinlər əsasən buradan daşınır. Bakı-Türkmənbaşı, Bakı-Bekdaş və Bakı-Aktau gəmi-bərələri yük və sərnişin daşıyır. Bakı-Türkmənbaşı gəmi-bərə xətti 1962-ci ildən işləyir.
Azərbaycanın Xəzərsahili ölkələrlə əlaqələr saxlamasında Bakı-Mahaçqala, Bakı-Həştərxan, Bakı-Ənzəli, Bakı-Aktau və Bakı-Atırаu dəniz yolu xətlərinin əhəmiyyəti böyükdür. Onlar vasitəsilə neft, neft məhsulları, ərzaq, taxta-şalban daşınır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Su nəqliyyatı
- Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
- Dəniz Nəqliyyatı Donanması
- Nəqliyyat
- Nəqliyyat növləri
- Kruiz turizmi
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- http://www.traceca-org.org/az/countries/azrbaycan/azrbaycan-respublikasinin-nqliyyat-sektoru/su-nqliyyati/ Arxivləşdirilib 2017-09-13 at the Wayback Machine
- Təbriz Yadigarovun kitabı
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Dünyanın iqtisadi və sosial coğrafiyası, dərslik, səh 595