Dalğaların interferensiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Dalğaların interferensiyası

Dalğaların interferensiyası — fəzanın hər bir nöqtəsində sabit amplitudlu rəqslər yarada bilən dalğaların toplanmasına deyilir. Yalnız koherent dalğalar dayanıqlı interferensiya mənzərəsi yarada bilər.

Koherentlik şərtləri — toplanan dalğaların eyni tezlikli olmalı və fazalar fərqı zaman keçdikcə sabit qalmalıdır.

Maksimumluq şərti — yollar fərqi tam sayda dalğa uzunluğuna bərabər olan yerlərdə baş verir, Δl=nλ.

Minimumluq şərti — yollar fərqi tək sayda yarımdalğa uzunluğuna bərabər olan yerlərdə yaranır, Δl=(2n+1)λ\2.

Mexaniki dalğalar — mexaniki rəqslərin elastik mühitdə yayılmasıdır.

Elektromaqnit dalğaları — elektromaqnit rəqslərinin fəzada yayılmasıdır.

Dalğa uzunluğu — dalğanın bir period ərzində dalğanın yayıldığı məsafədir, λ=v·T=v\ν. Burada v-dalğanın sürəti, T-periodu, ν-tezliyidir. Ölçü vahidi BS-də metrdir, 1m. Elektromaqnit rəqsləri vakuumda da yayılır. Məsələn, mobil telefonu vakuum balonuna qoyub səsləndirsək və havasını sormağa başlasaq səsi tədricən kəsilər, amma yenə də siqnal qəbul edər. İşıq da elektromaqnit dalğasıdır və Günəşdən bizə gəlib çata bilir. İşığa uyğun dalğaların dalğa uzunluğu mexaniki dalğaların dalğa uzunluğundan milyon dəfələrlə kiçikdir.

Xətti optikanın superpozisiya prinsipi

[redaktə | mənbəni redaktə et]

Hüygensin «Traktat» əsərində superpozisiya prinsipi haqqında belə yazır: “İşığın ən maraqlı xassələrindənbiri odur ki, işıq şüaları müxtəlif və hətta əks tərəflərdən gələrək görüşdükdə bir-birinə maneə törətmədən keçərək hər biri öz müstəqil təsirlərini göstərir. Bir neçə müşahidəçinin eyni zamanda təkcə bir deşikdən baxmaqla müxtəlif əşyaları görməsi də məhz bununla izah olunur”.[1]

Hüygensin söylədikləri riyazi olaraq o deməkdir ki, fəzanın verilmiş nöqtəsində iki işıq mənbəyi tərəfindən yaradılan sahənin gərginliyi , bu mənbələrin hər birinin ayrı-ayrılıqda yaratdıqları sahə gərginlikləri vektorları olan -nin vektorial cəminə bərabərdir:

=+

Bu yazılış superpozisiya prinsipinin riyazi ifadəsidir.[2]

Superpozisiya prinsipinin mövcud olma səbəbi işıq dalğalarının yayıldığı mühitin xassələrinin (məsələn, sındırma əmsalının, udma əmsalının və sairlərin) həmin dalğaların intensivliyindən asılı olmamağıdır.Mühitin belə xassəyə malik olması isə yalnız zəif sahə (kiçik intensivlikli işıq dəstəsi) üçün doğrudur. Deməli, superpozisiya prinsipi yalnız zəif sahələr üçün doğrudur.

  • M.Murquzov və b. Fizika, X sinif üçün dərslik
  • A.Mehrabov və b. Fizika kursu

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "vixri.ru". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-09.
  2. N.M.Qocayev. Ümumi Fizika kursu, IV cild Optika. Bakı, 2009