Dalton Trambo

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Dalton Trambo
ing. James Dalton Trumbo
Doğum tarixi 9 dekabr 1905(1905-12-09)[1][2][…]
Vəfat tarixi 10 sentyabr 1976(1976-09-10)[1][2][…] (71 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Təhsili
Fəaliyyəti ssenarist, yazıçı, romançı, rejissor, aktyor, film prodüseri, kinorejissor
Fəaliyyət illəri 1936-cı ildən
Əsərlərinin dili ingilis dili
Janr dram
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Daltron Trambo (ing. Dalton Trumbo; 9 dekabr 1905[1][2][…]10 sentyabr 1976[1][2][…], Los-Anceles, Kaliforniya) — ssenarist, yazıçı, rejissor.

Ceyms Dalton Trambo 1905-ci ildə Koloradoda anadan olmuşdur. Hələ məktəbdə oxuduğu illərdə yerli qəzetlərin birində müxbir kimi fəaliyyət göstərir və orada müxtəlif mülki təşkilatların işini işıqlandırırdı. O, hələ Kolorado Universitetində oxuyarkən də jurnalistlik işini davam etdirirdi. Trambo öz sənətini peşəkarlıq səviyyəsinə "Vogue" jurnalı ilə əməkdaşlığı zamanı çatdırmışdır. Onun ilk mətbu əsəri sosrealizm janrında yazılmış "Tutqunluq" idi və bu qəzet məhsulu Kolorado ştatının geridə qalmış sadə əhalisinin həyatından bəhs edirdi.

Dalton Trambo kinematoqrafla 1936-cı ildən əlaqə saxlamağa başlasa da artıq XX əsrin 40-cı illərində o, Hollivudun ən tanınmış müəlliflərindən biri idi.

Dalton Trambonun antihərbi romanı olan "Conni silah götürdü" əsəri 1939-cu ildə Milli ədəbi mükafat (National Book Award) qazanmışdır.

Trambo 40-cı illərdə ABŞ-nin kommunist partiyasına qoşulmuşdur. 1939-cu ildə İkinci dünya müharibəsi başlanandan sonra amerikalı kommunistlər Birləşmiş Ştatların Böyük Britaniya ərazisinə keçməməsini təklif etdilər. Belə ki, hücum etməmək barədə Molotov-Ribbentrop paktında göstərilirdi ki, Sovet İttifaqı Almaniya ilə sülh münasibətlərindədir. 1941-ci ildə Trambo "Gözəl Endrü" romanını yazır. Əsərin bir səhnəsində Endrü Ceksonun ruhu gəlir və ABŞ-ni hərbi əməliyyatı açmaqdan çəkinməyə çağırır.

Tezliklə – almanların Sovet İttifaqına soxulmasından sonra Trambo və onun naşirləri müharibə qurtarana qədər "Conni silah götürdü" romanının nəşrini təxirə salmağa qərar verirlər. Tezliklə adi insanlardan, pasifistlərdən, izolyasionistlərdən, eləcə də nasistlərlə əlaqədə olanlardan kitabın nüsxəsini istəyən çoxsaylı məktublar gəlir. Dalton Trambo həmin insanlardan məktubları alandan sonra FTB ilə əlaqə saxlayır və bütün istəkləri onlara çatdırır. Lakin Trambo əslində bir neçə ildən sonra antiamerika fəaliyyətinin araşdırılmasına üzrə komissiyanın iclasında ona qarşı çıxış edəcək insanların adını göstərmişdi. D. Trambo sonralar bu qərara görə təəssüf hissi keçirir və onu "mənasız" adlandırır.

Dalton Trambo 1947-ci ildə komissiyanın işlərilə bağlı 9 başqa ssenarist və rejissorla eyni sırada əsas şahid kimi məhkəmə qarşısına çıxmalı olur. Trambo məlumat verməkdən boyun qaçırır və bu konqresə qarşı hörmətsizlik sayılır[3]. Nəticədə onun adı "qara siyahı"ya düşür və 1950-ci ildə 11 ay həbsxana həyatı sürməli olur.

D. Trambonun adı "qara siyahı"ya düşəndən sonra, Elia Kazan və Klifford Odets də daxil olmaqla bəzi Hollivud aktyorrejissorları şahidlik edib lazımi adların çəkilməsinə razılıq verirlər.

Trambo həbsxana həyatından sonra ailəsi ilə birlikdə Meksikaya köçür. Orada yazıçılıq fəaliyyətini davam etdirir və həmin andan etibarən öz yazılarında təxəllüs işlətməyə başlayır. 1957-ci ildə Trambonun "Robert Riç" imzası ilə yazdığı "Cəsur" filmi ən yaxşı ssenariyə görə nüfuzlu "Oskar" mükafatına layiq görülür. Bu yazıçının ikinci "Oskar"ı sayılırdı. İlk "Oskar" mükafatını hələ 1953-cü ildə məşhur "Roma tətilləri" filminin ssenarisinə görə almışdı.

Otto Premingerin dəstəyindən sonra Dalton Trambo "Nəticə" filminin ssenarisini yazmağa razılıq verir. Elə bunun ardınca məşhur "Spartak" filminin ssenarisini yazır.

1971-ci ildə Dalton Trambo rejissor kimi ilk filmini – "Conni silah götürdü"nü çəkir.

Dalton Trambo 1976-cı ildə ürək tutmasından Los-Ancelesdə vəfat etmişdir.

  1. Roma tətilləri (film, 1953) / Roman Holiday
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Dalton Trumbo // Internet Broadway Database (ing.). 2000.
  3. "Dalton Trumbo went from A-list to blacklist". 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]