Daur kirpisi
Daur kirpisi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Daur kirpisi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Daur kirpisi[3][4][5] (lat. Mesechinus dauuricus) — Kirpilər fəsiləsinə aid kirpi növü.
Xarici görünüş
[redaktə | mənbəni redaktə et]Bu növ ölçülərinə görə elədə böyük deyildir. Rəngləri parlaq-qum, tünd-qonur rəngdə olur. Ölçüləri: uzunluğu 19,5—29 sm, quyruğu 25–37 mm, çəkimisi isə yaşdan asılı olaraq 600—1400 q arasında dəyişir. Başı konusvari olub uzun çənəyə malikdirlər. Qulağı elədə byük deyildir. Uzunluğu isə 29–34 mm-dir. Adi Kirpidən fərqli olaraq baş nahiyyəsində xətt yoxdur.
Yayılması
[redaktə | mənbəni redaktə et]Daur kirpiləri əsasən Zabaykal diyarının çöl, meşə çöl ərazilərində yayılmışlar onlars həmçinin Monqolustanın şimal-şərq və Çinin şimal ərazilərində yayılmışdır. Arellarının şimal sərhədi İnqoda və Şilka çayları hövzəsi və Çita ərazilərində yerləşir. Şərqdə sərhədləri Borşovoç və Nerçin dağları arasında yerləşən meşələrdir. Son zamanlar onların düzən ərazilər boyunca areallarını genişləndirməsi müşahidə edilir
Həyat tərzi və qidalanması
[redaktə | mənbəni redaktə et]Bu nön kirpilər bütün tip çöllərdə yaşaya bilirlər. Tozağacı və qarışıq meşələrin ətraflarında belə yayılırlar. Ysş və cinsdən asılı olaraq kirpilərin qida arealı 90 - 420 ha arasında dəyişir. Daur kirpiləri daimi gizlənc yerlərinə sahib deyillər. Çiskinli havalarda gündüz radələrində belə onları görmək olur.
Qidalanmasında əsasən böcəklər (Düzqanadlılar) üstünlük təşkil edir. Üstəlik daur kirpisi kiçik məməlilər (Dağsiçanları, Ochotona), yumurta və quş balaları, ilanlar (Suilanı), qurbağa (Monqol qurbağası), giləmeyvə (İtburnu, Dovşanalması) .
Payızın sonlarına yaxın kirpilər qidalanmanı sürətləndirirlər. Erkəklər qışlamağa dekabrın ikinci və ya üçüncü yarısında, dişilər isə sentyabrın ortaları gedirlər. Qışlama 200-245 gün davam edir. Bu zaman onlar çəkilərinin 30 % itirirlər. Qışlamadan isə tamamən aprel ayında qayıdırlar.
Yayılması
[redaktə | mənbəni redaktə et]Çütləşmə dövrü qışlamadan qayıdandan 10-15 gün sonra başlayır. Dişilər bala verməzdən əvvəl özlərinə yuva qazırlar. Bəzən isə digər məməlilərin yuvalarını genişləndirərək orada balalaylrlar. Tunelin uzunluğu 50—120 sm, eni 11—19 sm, hündürlüyü 7—12 sm-dir. Bslaların yerləşdiyi otaq isə 13-30 sm dərinlikdə yerləşir. Boğazlıq dövrü 37—40 gündür. Əsasən 1-8 arasında bala verə bilirlər. Yetkinlik dövrü 10-11 ayından başlayır. Orta ömür müddəti 4-6 ildir. Bənlənmə,şəraitində isə 7-8 il yaşaya bilirlər.
Papulyasiyanın qorunması
[redaktə | mənbəni redaktə et]Zabaykalın Cənub-Şərq ərazilərində sayları 550-650 min olaraq qiymətləndirilir. Zabaykal diyarının çöl sahələrində 10 ha əraziyə 1-1,5 baş kirpi düşür.
Onların həyat tərzinə antropogen təsirlər yüksəkdir. Ziyanvericilərə qarşı istifadə edilən zəhərlər, kənd təsərrüfatı texnikalarından atılan tullantılar, meşə və çöl yanğınları, insanlar tərəfindən saxlanılan itlər bu növün mövcudluğuna maneədir. Hazırda yırtıcılar onların təbii sayına təsir edir. Belə ki, canavar, tülkü, çöl qartalı kimi yırtıcılar tərəfindən ovlanılırlar. 1970-1990-cu illər ərzində saylarında azalma müşahidə edilmişdir. Hazırda onların ən böyük papulyasiyası Monqolustanda yaşayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ Соколов В. Е. Пятиязычный словарь названий животных. Млекопитающие. Латинский, русский, английский, немецкий, французский. / под общей редакцией акад. В. Е. Соколова. — М.: Рус. яз., 1984. — С. 32. — 10 000 экз.
- ↑ Hutterer, R. (2005). Wilson, D.E.; Reeder, D.M., eds. Mammal Species of the World: A Taxonomic and Geographic Reference (3rd ed.). Johns Hopkins University Press. p. 216. ISBN 978-0-8018-8221-0. OCLC 62265494.
- ↑ Insectivore Specialist Group (1996). Mesechinus dauuricus. 2006. IUCN Red List of Threatened Species. IUCN 2006. www.iucnredlist.org. Retrieved on 12 May 2006. Database entry includes a brief justification of why this species is of least concern