David Alaba

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
David Alaba
alm. David Alaba
Ümumi məlumatlar
Tam adı David Olatokunbo Alaba
Doğum tarixi 24 iyun 1992(1992-06-24)[1][2][…] (32 yaş)
Doğum yeri
Vətəndaşlığı Avstriya Avstriya
Boyu 180 sm
Çəkisi 76 kq
Mövqeyi mərkəz müdafiəçisi[d], yarımmüdafiəçi, müdafiəçi
Klub haqqında məlumat
Klub İspaniya Real Madrid FK
Nömrəsi 27
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

David Alaba (alm. David Olatokunbo Alaba‎; 24 iyun 1992[1][2][…], Vyana) — Avstriya futbolçusu, Real Madrid FKAvstriya milli futbol komandasının oyunçusu.

24 iyun 1992-ci ildə doğulub.

Alaba mənşəcə afroasiyalıdır, anası filippinli, atası nigeriyalıdır. Anasının peşəsi tibb bacısı, atasının peşəsi disk jokeydir. (əvvəl reper)[3].

Alaba Avstriya gənclər yığmasının tərkibində

24 iyun 1992-ci ildə Vyanada doğulan David Alaba öz karyerasına "Austriya Vyana" klubunda başlayıb. Artıq 2008-ci ildən, Alaba Avstriyalı klubun ehtiyatında özünə yer qazanmışdı. "Austriya"nın ehtiyat tərkibində 5 matçdan sonra David Bayern Münhen klubuna keçdi. 2010-cu ilin yanvarından isə "Bayern Münhen" klubunun əsas məşqlərinə cəlb olundu.

Fevralın 10-da Alaba "Bavariya"nın əsas tərkibinə debüt etdi, Almaniya Kubokunun "Greuther Fürth"ə qarşı oynadığı 59-cu dəqiqədə meydançaya çıxdı, Kristian Lelli əvəz etdi. Artıq bir dəqiqədən sonra David, qələbə qolunu vuran Frank Riberiyə kömək etdi. Alaba rəsmi matçlarda "Bavariya"nın ən gənc oyunçusu oldu. O zaman onun yaşı 17 il, 7 ay və 8 gün idi. 6 martda, "Köln" klubu ilə 25-ci turda David, 73-cü dəqiqədə Dieqo Kontentonun yerinə Bundesliqaya debüt etdi[4]. Alaba 3 gün sonra Çempionlar Liqasında ilk matçını oynadı. Bu zaman oyunun 2-ci turu "Fiorentina" klubuna qarşı idi[5].

10 iyun 2011-ci ildə "Bavariya" oyunçu ilə 2015-ci ilə qədər yeni müqvilə imzaladı[6]. 2013-cü il 2 aprel tarixində "Yuventus" la qarşılaşmada David Çempionlar Liqası tarixində ən sürətli vurulan qollardan birinə imza atdı. O, matçın 25-ci saniyəsində fərqləndi.

David Alaba 14 oktyabr 2009-cu ildə 17 yaşında Avstriya milli futbol komandasına debüt etmiş, 2010-cu ilin FİFA Dünya Kubokunda Fransa yığmasına qarşı olan matçın 79-cu dəqiqəsində Kristian Fuksu əvəz etmişdir[7].

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]