David Tonoyan
David Tonoyan | |
---|---|
erm. Դավիթ Էդգարի Տոնոյան | |
| |
Ermənistan Respublikasının müdafiə naziri[d] | |
10 may 2018 – 20 noyabr 2020 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 dekabr 1967 (57 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Dini | Erməni Həvari kilsəsi |
Vikianbarda əlaqəli mediafayllar |
David Edqari Tonoyan (erm. Դավիթ Էդգարի Տոնոյան; 27 dekabr 1967, Öskemen) – Ermənistan siyasi xadimi və Ermənistanın keçmiş Müdafiə naziri.
Həyatı
[redaktə | mənbəni redaktə et]David Tononyan 27 dekabr 1967-ci ildə Qazaxıstan SSR-nın Şərqi Qazaxıstan vilayətində Oskemen şəhərində anadan olmuşdur. 1986-cı ildə Sovet Silahlı Qüvvələrinin Zaqafqaziya Hərbi Dairəsinə qoşuldu. 1991-ci ildə İrəvan Dövlət Universitetində təhsil almaq məqsədilə İrəvana köçdü. 1998–2007-ci illərdə Tonoyan NATO-nun Brüsseldəki qərargahında müxtəlif vəzifələr tutmuş, üç il Ermənistanın NATO-dakı nümayəndəsi kimi fəaliyyət göstərmişdir. 2007-ci ildə Tonoyan Müdafiə Nazirliyindəki beynəlxalq hərbi əməkdaşlıq və müdafiə siyasəti şöbələrinə rəhbərlik etmək üçün Ermənistana qayıtdı. 2010-cu ildən 2017-ci ilə qədər Tonoyan Seyran Ohanyan və Viqen Sarkisyanın rəhbərliyi altında Ermənistan Müdafiə nazirinin birinci müavini vəzifəsində işləyib. Fevralın 6-da imzalanan prezident sərəncamına əsasən David Tonoyan fövqəladə hallar naziri vəzifəsinə təyin edilmişdi.[1] Baş nazir Nikol Paşinyan Tonoyanı 2018-ci ilin 11 may tarixində müdafiə naziri vəzifəsinə təyin etdi. Ailəlidir, iki övladı var.[2][3]
O, 20 noyabr 2020-ci il tarixində istefa ərizəsi verib.[4] O, vida nitqində müharibə zamanı yaxınlarını itirənlərdən üzr istəyib.[5]
Həbsi
[redaktə | mənbəni redaktə et]Tonoyan 2021-ci il sentyabrın 30-da Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib və silah alverçisi Davit Qalstyanla birlikdə dövlətə təqribən 2,3 milyard erməni dramı (4,7 milyon dollar) ziyan vurmaqla fırıldaqçılıq və mənimsəmədə ittiham olunub.[6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2018-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-13.
- ↑ "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-13.
- ↑ "Official Government Website". 2019-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-27.
- ↑ Armenia’s Defense Minister steps down Arxivləşdirilib 2020-11-28 at the Wayback Machine Armenpress, 20 November 2020
- ↑ "David Tonoyan's message". mil.am (ingilis). 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-21.
- ↑ Khulian, Artak; Nalbandian, Naira. "Former Armenian Defense Minister Arrested". Azatutyun. 2021-09-30. 2021-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.