Devid Attenboro

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ser Devid Attenboro
ing. Sir David Attenborough
2003-cü ilin mayında
2003-cü ilin mayında
Doğum tarixi (98 yaş)
Doğum yeri Böyük Britaniya Birləşmiş Krallıq,
İngiltərə İngiltərə, Middlseks, İslevors
Vətəndaşlığı Böyük Britaniya Birləşmiş Krallıq
Həyat yoldaşı Ceyn Elizabet Ebsuort Oriel
Uşaqları Robert Attenboro
Syuzan Attenboro
Atası Frederik Attenboro
Təhsili Kembric Universiteti (təbiət elmləri)
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (sosial antropologiya)
Fəaliyyəti təbiətşünas
teleaparıcı
rejissor
ssenari müəllifi
yazıçı
Fəaliyyət illəri 1952-günümüz
Üzvlüyü
İmza
web.archive.org/web/2020…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ser Devid Frederik Attenboro (ing. Sir David Frederick Attenborough; 8 may 1926[2][3][…]) — ingilis teleaparıcı və təbiətşünas. 1960-lar və 1970-lər arasında BBC baş menecerlərdən biri olmuş.

Aktyor və rejissor Riçard Attenboronun qardaşıdır.[4]

Devid Attenboro 1926-cı ilin mayın 8-də Midlseks qraflığının İslevors şəhərində anadan olub.[5][6] O, atası Frederik direktoru olan Lester Universitetinin kampusunda yerləşən Kolec Hausunda böyüyüb.[7] Onun böyük qardaşı Riçard aktoyor, rejissor və iş adamı idi. Kiçik qardaşı Con isə Alfa Romeo şirkətinə işləyirdi.[8] Bundan əlavə, İkinci Dünya Müharibəsi zamanı onun valideynləri könüllü şəkildə Qaçqın Uşaqlar Hərəkətinə qoşularaq, Almaniyadan iki yəhudi qıza qəyyumluq edirdilər.[9]

Uşaqlığında Attenboro qalıqları, daşları və təbii nümunələri yığırdı.[10] Bu kolleksiyanı cavan Caketta Houks tərifləyəndə, o bundan heyranlanmışdı.[11] O vaxtını universitetin ərazilərində keçirirdi. Yaşı 11 olanda, Devid eşidib ki, zoologiya şöhbəsinə tritonlar lazımdır və atası vasitəsi ilə bir tritonu üç pens qiymətinə təchiz etməyə təklif etmişdi. O, o zaman tritonların mənbəsinin şöhbəsinin lap yanında yerləşdiyi gölməçə olduğunu açıqlamamışdı.[12]

BBC-də fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Attenboro 1952-ci ildə BBC-də səhnələşdirilməmiş proqramlarının müzakirə olunduğu "Talks" şöbəsində işə başladı. Attenboro ilə təbiət arasındakı məşhur əlaqə, London Zooparkında tanınmış təbiətşünas Julian Haksli ilə birgə çəkilən üç saatlıq "The Pattern of Animals" şousu ilə başladı (Attenboro şounun aparıcısı idi). Proqramda təbiətin kamuflyaj, aposematizm və cütləşmə rituallarından istifadəsi öyrənilirdi.

1954-cü ilin sentyabrında Attenboro, "Vəhşi Heyvanlarla Macəralar" serialına material çəkmək üçün Syerra-Leoneyə gedir. Proqramlar izləyicilərdə böyük maraq doğurdu və bir il sonra, 1955-ci ilin martında Attenboro komandası ilə yeni materiallar çəkmək üçün Cənubi Amerikaya yollandılar. 1956-cı ildə Komodo adasına, məşhur Komod varanlarının çəkilişi üçün növbəti ekspedisiya həyata keçirildi[13]. Sonra AvstraliyaMadaqaskara səyahətlər oldu[14]. Çəkilişlərlə yanaşı, bu ekspedisiyaların London zooparkı üçün ekzotik heyvanlar tutmaq kimi sırf elmi məqsədləri var idi.

1965–1969-cu illərdə Attenboro "BBC Two" İngilis televiziya kanalında nəzarətçi vəzifəsində çalışıb. 1967-ci ildə "BBC Two" İngiltərənin ilk rəngli televiziya kanalı oldu. 1969–1972-ci illərdə proqram direktoru vəzifəsini icra etmişdir ("BBC One" və "BBC Two" kanalları üçün məsuliyyət daşıyırdı).

"Həyat …" serialı

[redaktə | mənbəni redaktə et]

1970-ci illərin sonlarında Devid Attenboro üç teleserial çəkməyə qərar verdi. O, lap əvvəldən "Üç E" layihəsi çərçivəsində elə üç serial çəkmək istədi: (Evolution) Təkamül, (Ecology) Ekologiya, (Ethology) Etologiya.

  • Life on Earth ("Yerdəki həyat", 1979) 13 × 55 dəq. — Təkamül — Yerdə heyvanlar aləminin təkamülü haqqında (SSRİ TV-də rus dilində, ilk dəfə 1986-cı ildə yayımlandı);
  • The Living Planet ("Canlı planet", 1984) 12 × 55 dəq. — Ekologiya — planetdə mövcud olan əsas biotop növləri haqqında (Sovet İttifaqında rus dilində yayımlanırdı);
  • The Trials of Life ("Həyatın sınaqları", 1990) 12 × 50 dəq. — Etologiya — heyvanların davranışı və psixologiyası haqqında.

Attenboronun bu üç serialı izləyicini biologiyanın bütün əsas sualları ilə tanış etdi.

Onun bu gün "Həyat …" filminin seriyası olaraq tanınmış sonrakı seriyalları — ilk üç seriyada işıqlandırılmış mövzuları inkişaf etdirdi:

  • Life in the Freezer ("Dondurucuda yaşam", 1993) 6 × 30 dəq. — Antarktida haqqında.
  • The Private Life of Plants ("Bitkilərin gizli həyatı", 1995) 6 × 50 dəq. — bitkilər haqqında.
  • The Life of Birds ("Quşların həyatı", 1998) 10 × 50 dəq. — quşlar haqqında.
  • The Life of Mammals ("Məməlilərin həyatı", 2002) 10 × 50 dəq. — məməlilər haqqında.
  • Life in the Undergrowth ("Mikroaləmdəki həyat", 2005) 5 × 50 dəq. — yerdəki onurğasızlar haqqında (BBC başlığı "Mikroaləmdəki həyat", Animal Planet — "Görünməz həyat" olaraq tərcümə etdi).
  • Life in Cold Blood ("Soyuq qanlı həyat", 2008) 5 × 50 dəq. — sürünənlərsuda-quruda yaşayanlar haqqında.
  • Bu mövsümün sonuncu seriyalı hələ 1984-cü ildə çıxan "Canlı Planet" sikvelidir. "Life" ("Həyat", 2009) 10x50 dəq. serialı, 12 Oktyabr 2009-cu ildə BBC-də göstərilməyə başladı.

Bu, Devid Attenboronun yüksək dəqiqlikli televiziya standartında çəkilən ilk serialıdır.

"Həyat …" serialı çərçivəsində ümumilikdə 89 bölüm (seriya) yayımlanıb.

Bütün sadalanan seriyaların xüsusiyyəti ondan ibarətdir ki, Devid Attenboronun yalnız şəkili şərh etmir, eyni zamanda bir çox süjetdə kadrda fəal iştirak edir ki, bu da bu seriyaya xüsusi etibarlılıq verir.

  • Britaniya İmperiyası Ordeni komandoru(1974);
  • Kral Victorian ordeni komandoru (1991);
  • Fəxri cəngavərlər ordeni (1996);
  • Xidmət ordeni (2005);
  • Tərəqqi Medalı (Kral Fotoqrafiya Cəmiyyəti) (2008);
  • Nirenberg mükafatı (2005);
  • (alm. Addison-Emery-Verrill-Medaille‎) (2016);
  • Müqəddəs Mixail və müqəddəs Gergi ordeninin böyük xaç cəngavəri (2020);

1985-ci ildə cəngavər oldu. London Kral Cəmiyyətinin üzvüdür (Əsasnamə 12; 1983)[15]. Amerika İncəsənət və Elmlər Akademiyasının üzvüdür (1991). Moskva Təbiətçilər Cəmiyyətinin (2017)[16] və Britaniya Ekoloji Cəmiyyətinin fəxri üzvüdür.

Aberdin Universiteti (2008)[17]Sent-Endryus Universitetinin (2011) fəxri doktoru[18].

D. Attenboronun adı verilmiş növlər

[redaktə | mənbəni redaktə et]
  • Acisoma attenboroughi — həqiqi iynəcələr ailəsindən olan iynəcə (2016 г.)
  • Attenborosaurus conybeari — ümumi adı Attenboronun şərəfinə verilmiş yura dövrü plesiozavrı(1993 г.)
  • Blakea attenboroughiMelastomakimilər ailəsindən olan bitki (2009 г.)
  • Cascolus ravitis
  • Ctenocheloides attenboroughi — Callianassidae fəsiləsindən onayaqlı xərçəngkimi (2010)
  • Electrotettix attenboroughiDüzqanadlılar dəstəsi həşəratlarından olan (lat. Tetrigidae) fosili (2014)
  • Euptychia attenboroughi — (lat. Nymphalidae) fəsiləsindən gündüz kəpənəyi (2015)
  • Hieracium attenboroughianumMürəkkəbçiçəklilər fəsiləsindən bitki (2014)
  • Materpiscis attenboroughi[rus.] — Zirehli balıq fosili (2008)
  • Microleo attenboroughi[rus.] — Kisəli aslan fosili (2016)
  • Nepenthes attenboroughiiNepentes fəsiləsindən iri həşəratyeyən bitki (2009)
  • Polioptila attenboroughiPolioptilidae fəsiləsindən sərçə (2013)
  • Platysaurus attenboroughiQurşaqquyruqlar fəsiləsindən kərtənkələ (2015)
  • Prethopalpus attenboroughi — (lat. Oonopidae) fəsiləsindən hörümçək növü (2012)
  • Pristimantis attenboroughi — Craugastoridae fəsiləsindən qurbağa (2017)
  • Sirdavidia solannonaAnnonaceae fəsiləsindən bitki, ümumi adı Sir Devidin şərəfinə verilib. (2015)
  • Sitana attenboroughiiKələzlər fəsiləsindən kərtənkələ növü (2018)
  • Scuccinalophus attenboroughi — böcək növü (2016)
  • Spintharus davidattenboroughi — hörümçək növü
  • Trigonopterus attenboroughi — böcək növü (2014 г.)
  • Zaglossus attenboroughi — Attenboror proyexidna, Oviparous məməli (1998 il.)
  1. 1 2 https://www.amacad.org/sites/default/files/academy/multimedia/pdfs/publications/bookofmembers/electionIndex1950-1999.pdf.
  2. David Attenborough // RKDartists (nid.).
  3. Lundy D. R. Sir David Frederick Attenborough // The Peerage (ing.).
  4. "Richard Attenborough's official website: Biography". Richardattenborough.com. 15 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2011.
  5. Şablon:Who's Who  (abunə tələb olunur)
  6. Sir David Attenborough (English broadcaster and author) // Encyclopædia Britannica. 9 April 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 August 2014.
  7. "History of College House". Archived from the original on 24 September 2006. İstifadə tarixi: 24 September 2006.
  8. Robinson, David. "Remembering Richard Attenborough". British Film Institute. 2 September 2014. 5 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 February 2017.
  9. "The children Britain took to its heart". The Jewish Chronicle. 2 April 2009. 18 August 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 August 2017.
  10. "David Attenborough: A Life in Television". BAFTA Guru. 19 May 2009. 1 August 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 August 2015.
  11. "Sir David Attenborough – Naturalist". BBC. 28 January 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 November 2011.
  12. "Picture of the day: Leicester celebs, before they were famous". Leicester Mercury. 11 February 2014. 22 February 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 February 2014.
  13. Эттенборо Д. В поисках дракона. — М.: Армада, 1996. С. 17–18. ISBN 5-7632-0188-4
  14. Эттенборо Д. К югу от экватора. — М.: Армада, 2000. 284 с. ISBN 5-309-00001-1
  15. David Attenborough Arxivləşdirilib 2015-10-14 at the Wayback Machine (ing.)
  16. "Arxivlənmiş surət". 2018-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-17.
  17. "Media Releases — University of Aberdeen". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-17.
  18. "2011 | Laureation address — Sir David Attenborough | University of St Andrews". 2016-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-12.