Don Kixot

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bu məqalə Don Kixot haqqındadır. Digər mənalar üçün Don Kixot (dəqiqləşdirmə) səhifəsinə baxın.
Don Kixot
isp. El ingenioso hidalgo Don Quijote de la Mancha
Don Kixot Rosinantın belində (Onore Domye, 1868)
Don Kixot Rosinantın belində (Onore Domye, 1868)
Müəllif Migel de Servantes
Orijinalın dili ispan dili
Ölkə
Orijinalın nəşr ili 1605 (birinci kitab)
1615 (ikinci kitab)
Növ roman
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Don Kixot (isp. Don Quijote, Don Quixote) — ispan yazıçısı Migel de Servantesin yazdığı "Ağıllı zadəgan Don Kixot" (El ingenioso hidalgo Don Quijote de la Mancha) romanının baş qəhrəmanı.

Servantesin bu romanı demək olar ki, bütün Avropa dillərinə tərcümə olunmuşdur və dünya ədəbiyyatında ən populyar kitablardan sayılır. Don Kixot surəti isə insan təbiətinin tipik göstəricisi kimi götürülürək psixoloji kateqoriya kimi başa düşülür.

Fəlsəfədə "donkixotluq" kimi anlayış yaranmış və bununla bağlı çoxlu sayda kitablar yazılmışdır. Romanın birinci hissəsi 1605, ikinci hissəsi isə 1615-ci ildə çap olunmuşdur. Hər iki hissə ispan dilində yazılmışdır. Servantesin bir çox həmkarları və davamçıları Don Kixotun səyahətini təsvir edən, onun romanına oxşayan əsərlər yaratmağa çalışmışlar. Sonrakı əsrlərdə yazıçılar bu mövzuya yenidən dönərək Don Kixot mövzusunu yeni aspektdən təsvir etmişlər. Don Kixot obrazı incəsənətin müxtəlif sahələrində təcəssüm etdirilib. Servantesin qəhrəmanı bədii filmlərdə, heykəltəraşlıq nümunələrində, rəsmlərdə və musiqi əsərlərində öz əksini tapıb.

Azərbaycanın dahi bəstəkarı Qara Qarayev 1960-cı ildə "Don Kixot" simfonik qravürünü bəstələyib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]