Donduk Kuular
Donduk Kuular | |
---|---|
tıva Куулар Дондук | |
1924 – 1926 | |
Əvvəlki | Sodnam Balçır (Baş Mərkəzi Şuranın sədri kimi) |
Sonrakı | Nimaçın |
1925-ci il – yanvar 1929 | |
Əvvəlki | Soyan Oruyqi |
Sonrakı | Adıq-Tyuluş Xemçik-ool |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1888 |
Vəfat tarixi | 1932 |
Partiya | Tıva Xalq İnqilab partiyası |
Fəaliyyəti | siyasətçi, dövlət xadimi |
Dini | Tibet buddizmi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Donduk Kuular (tıva Куулар Дондук; 1888 – 1932) — Tıva dövlət və siyasət xadimi, Tıva Xalq Respublikasının Kiçik Xural Rəyasət Heyətinin sədri. Tannı-Tıvanın 6-cı Baş naziri. Kuular Tıva bank sisteminin yaradıcılarından biri olub.
Həyatı
[redaktə | mənbəni redaktə et]Şemi ərazisindən olan (indiki Tıvanın Dzun-Xemçik kojuunun Şemi kəndi) zəngin aratın oğlu idi. Urqadakı Buddist monastırında və Üstü Xuredə təhsil almışdır.[1] (geşe elmi dərəcəsinə sahib idi, Yuxarı Çadanski xurasının aparıcı lamalarından biri idi).[2] Yeni yaranan Tıva ziyalılarının orta rəhbərliyənə aid idi, ideyalarında köhnə mədəniyyət təcrübəsi ilə yeni zaman meyllərini birləşdirməyə çalışdı.[3]
Müstəqil Tıva dövründə
[redaktə | mənbəni redaktə et]14 avqust 1921-ci ildə Tanu-Tuva Respublikasının müstəqilliyi elan edilir. Dövlət orqanları təşkil edilir və 22 hissədən ibarət konstutsiya hazırlanır. Birinci konstutsiyada azad şəkildə ibadət təmin edilir. Ölkənin paytaxtı Xem-Beldir (hazırkı Kızıl) olur. 1923-ci ildə Sovet qoşunları Tuvadan çıxarılır. Bir müddət sonra 1924-ci ildə SSRİ və 1926-cı ildə Monqolustanla Tuvanın müstəqilliyinin tanınması haqqında anlaşma imzalanır. bütün bunlardan sonra dövlət quruculuq işləri başlanır. Tıva səviyyəsində nisbətən varlı təbəqənin nümayəndəsi olan Donduk Kuular da bu quruculuq işlərində iştirak edir. Kuular əsasən iqtisadi və maliyyə ilə bağlı sahələrə rəhbərlik edir.
1925-1929-cu illərdə - Tıva Xalq Respublikasının Kiçik Xural Rəyasət Heyətinin ikinci sədri (hökumət başçısı) (1926-cı ilə qədər - Tannı-Tıva Respublikası) və Xarici İşlər Naziri olmuşdur.[4][5]
1925-ci ilin yayında, Moskvadakı danışıqlarda Tannı-Tıva ilə SSRİ arasında diplomatik əlaqələrin qurulmasına dair saziş bağlanmasında iştirak edən Tıva nümayəndə heyətinin rəhbəri idi.[6]
1925-ci ilin sentyabrında Tıva Ticarət və Sənaye Bankının (Tuvinbank) qurulmasından sonra Bank Şurasının ilk sədri seçildi.[7]
O dövrün bir sıra Tıva Xalq Respublikasının liderləri kimi, Buddizmə və Sanqaya etiqad edirdi. 1927-ci ildə Çin Xalq Respublikası Nazirlər Şurasının iclaslarından birində Buddizmin cəmiyyətdəki rolu və mövqeyi haqqında bir hesabatında bunları söylədi: “Hazırda biz Tıva xalqı azad respublikayıq, amma müəyyən şərtlər və qəbul etdiyimiz Konstitusiya ilə əlaqədar olaraq, zəhmətkeş insanların vicdan azadlığını təmin etmək üçün kilsə dövlətdən ayrılmışdır. Din hər bir vətəndaşın xüsusi işi elan edilir ".[2]
Güllələnməsi və bəraəti
[redaktə | mənbəni redaktə et]Donduk Kuular 1929-cu ildə əksinqilabi fəaliyyətlərdə ittiham olunuraq həbs edilir. Onunla bərabər Tıva dövlətçiliyinin qurucusu və ilk rəhbəri Buyan-Badırqı və İrqıt Şaqdırjan da həbs edilirlər. İstintaq üç il davam edir. Kullar həbs edilən digərləri ilə birlikdə "əksinqilabi soyğunçuluq fəaliyyətində", pozuşuluq hərəkətlərində, 1924-cü ildə "qara və sarı" feodalların Xemçik qiyamında iştirak etməkdə günahlandırılırlar. Donduk Kuular digər Tıva Xalq Respublikasının keçmiş rəhbərləri ilə birlikdə 1932-ci ildə güllələnir.
Donduk Kuular uzun müddət sonra yalnız 2007-ci ildə bəraət alır.[8][9]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ В современной истории Тувы кресло премьера занимали 13 раз
- ↑ 1 2 "История буддизма в Туве в период существования ТНР (1921—1944 гг.)". 2021-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-25.
- ↑ "В России отмечают День памяти жерт политических репрессий". «Тува Плюс». 2010-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-18.
- ↑ "Тувинская народная республика". 2007-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-25.
- ↑ Государственная Книга «Заслуженные люди Тувы XX века»
- ↑ http://rpa-mu.ru/doc/4-2008.pdf Arxivləşdirilib 2011-11-16 at the Wayback Machine Вестник Российской правовой академии, № 4, 2008
- ↑ "Из истории банковского дела в Республике Тыва". 2011-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-18.
- ↑ "Указ Председателя Правительства Республики Тыва от 27 июля 2007 г. № 127 «О политической реабилитации государственных деятелей Тувинской Народной Республики и граждан, подвергнутых политическим репрессиям на территории Тувинской Народной Республики в 1920—1930-е годы»". 2018-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-25.
- ↑ "УКАЗ Председателя Правительства РТ от 19.03.2008 № 24 "О ВОССТАНОВЛЕНИИ ДОБРОГО ИМЕНИ И УВЕКОВЕЧЕНИИ ПАМЯТИ ГОСУДАРСТВЕННЫХ ДЕЯТЕЛЕЙ И ГРАЖДАН ТУВИНСКОЙ НАРОДНОЙ РЕСПУБЛИКИ, ПОДВЕРГНУТЫХ ПОЛИТИЧЕСКИМ РЕПРЕССИЯМ НА ТЕРРИТОРИИ ТУВИНСКОЙ НАРОДНОЙ РЕСПУБЛИКИ В 1920 — 1930-Е ГОДЫ "". 2018-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-25.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]Монгуш Байыр-Оол «Тайный курьер» Буяна-Бадыргы Arxivləşdirilib 2020-06-10 at the Wayback Machine — «Тувинская правда», 11.12.2014 № 139