Dubrovnik Respublikası
Tarixi dövlət | |||||
Dubrovnik Respublikası | |||||
---|---|---|---|---|---|
|
|||||
|
|||||
Paytaxt | Dubrovnik | ||||
Rəsmi dilləri |
|
||||
Ərazisi |
|
||||
Əhalisi |
|
||||
İdarəetmə forması | respublika | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Dubrovnik Respublikası (xorv. Dubrovačka republika, serb-xorv. Дубровачка Република / Dubrovačka Republika) və ya Raquza Respublikası (lat. Respublica Ragusina, it. Repubblica di Ragusa) — XIV əsrdən 1808-ci ilə qədər Adriatik dənizinin sahilində mövcud olmuş şəhər-dövlət. Respublikanın paytaxtı Dubrovnik liman şəhəri idi, bundan əlavə dövlətin ərazisinə Neumdan Kotor körfəzinə qədər Dalmasiya sahilləri, Peleşas yarımadası və Lastovo, Mlyet adaları və paytaxtın ətrafındakı bir sıra digər kiçik adalar daxil idi.
Balkanlarda dəniz və quru ticarətinin mərkəzi kimi meydana çıxan Dubrovnik Respublikası XV–XVI əsrlərdə Osmanlı imperiyası və Avropa dövlətlərinin iqtisadi əlaqələrində əsas vasitəçilərdən birinə çevrilmiş, öz gücünün zirvəsinə çatmışdır. Əhalinin böyük əksəriyyətinin slavyanlar olmasına baxmayaraq, respublikanın ictimai-siyasi sistemi və hakim elitası İtaliyanın güclü təsiri altında idi.
Respublika Napoleonun Fransa imperiyası tərəfindən fəth edilmiş və 1808-ci ildə İtaliya krallığı tərəfindən rəsmi olaraq ilhaq olunmuşdur. Bu dövrdə onun 30,000-ə yaxın əhalisi var idi, onlardan 5.000-i şəhər divarları arasında yaşayırdı.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ David Rheubottom. Age, Marriage, and Politics in Fifteenth-Century Ragusa. Oxford University Press. 2000. ISBN 0-19-823412-0.