Duqlas Kenni

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Duqlas Kenni
Doğum tarixi 10 dekabr 1946(1946-12-10)[1]
Vəfat tarixi 27 avqust 1980(1980-08-27)[2][1] (34 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti romançı, ssenarist, jurnalist, aktyor
Əsərlərinin dili ingilis dili

Duqlas Kenni (ing. Douglas Kenney; 10 dekabr 1946[1]27 avqust 1980[2][1], Kauai adası, Havay[3]) — amerikalı komediyaçı. Məşhur yumor jurnalı olan "National Lampoon"-un yaradıcısı və yazıçısı. Həmçinin "Animal House""Caddyshack" kimi kult filmlərin də ssenari müəllifi və istehsalçısı idi.

Duqlas Kenni 10 dekabr, 1946-cı ildə Floridada dünyaya gəlmişdi. Daha uşaq yaşlarında olarkən ailənin sevimlisi olan böyük qardaşı vəfat edir. Bu hadisədən sonra Duqlas özünü daim ölmüş qardaşının kölgəsində hiss edir və buna görə də ailəsi ilə arasında müəyyən problemlər yaranır. İlk təhsilini katolik məktəbində alan Duqlas Kenni daha sonradan Harvard Universitetində təhsilini davam edir. Burada o, öz yaxın dostu Henri Bird ilə birlikdə universitein yumor jurnalı olan The Harvard Lampoon jurnalını yaradır. Henri ilə birgə parodiya romanları və zarafatlar yazan Duqlas daha sonradan məşhurluq qazanacaq National Lampoon jurnalının əsasını da burada qoyur. 1970-ci ildə yaratdıqları jurnal qısa müddətdə bütün ölkə arasında ən çox oxunan jurnallardan birinə çevrilir. Öz absurd və sürrealist tərzi ilə amerikan yumorunu yeni səviyyəyə daşıyan jurnal özünün böyük kütləsini yaratmağı bacarır. Duqlas Kenni bu uğurdan sonra öz komediyaçı dostları ilə birlikdə jurnalın radio formasını da yaratmaq qərarına gəlir və bu sahədə də uğur qazanmağı bacarır. Jurnalın və radio verilişinin çox sevilməsindən sonra film sahəsinə də keçid edən Duqlas Kenni 1978-ci ildə Con Beluşi, Kevin Beykon, Tim Metison kimi komediyaçılarla bir yerdə komediya janrının əfsanə filmlərindən hesab edilən "Animal House" filmini yazır və istehsal edir. Film çox böyük maraqla qarşılanır və komediya janrında ən çox gəlir əldə edən film ünvanını qazanır. Filmin gətirdiyi bu uğurdan sonra 1980-ci ildə "Caddyshack" adlı ikinci filmi də yayımlanır. İlk film qədər olmasa da, bu film də izləyicilər tərəfindən sevilir və olduqca uğur qazanır. Duqlas Kenni sayəsində sonradan məşhurluq qazanan bir çox komediyaçı özünü insanlara tanıda bilir və bu komediyaçılarla 1975-ci ildən başlayıb, hələ də davam edən məşhur "Saturday Night Live" televiziya şousu qurulur. Duqlas bu şounun ondan oğurlandığını düşündüyü üçün şouya nifrət edirdi.

Alkoqol və narkotik aludəçiliyindən əziyyət çəkən Duqlas Kenni "Caddyshack" filminin premiyerasında bu səbəblə yaşanan problemlərdən sonra yaxın dostu olan aktyor Çevi Çeyz və sevgilisi Ketrin Volkerin təşviqi ilə Havaydakı istirahət mərkəzinə gedir. Burada müalicə alan və zehnini rahatlamağa çalışan Duqlas nə qədər çalışsa da, aludəçiliyindən uzaq qala bilmir və yenidən narkotik maddə qəbul etməyə başlayır. Bütün bunların nəticəsi ilə depressiyaya düşən Duqlas Kenni 27 avqust, 1980-ci ildə özünü Havaydakı bir yamacdan ataraq intihar etmişdi.

  1. 1 2 3 4 Douglas C. Kenney // Internet Speculative Fiction Database (ing.). 1995.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Freebase Data Dumps. Google.