Earendil

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Earendil
Eärendil
Yaradan Con Tolkin
Əsər Silmarillion
İtirilən Hekayələr Kitabı
Məlumat
Digər adları Ardamire, Azrubel
Ləqəbi Dənizçi
Növü yarı-elf
Cinsi kişi
Doğum tarixi Birinci Dövr
Ölüm tarixi elf taleyini seçib
Yaşayış yeri Qondolin, Sirion limanı, İlmen (Qəzəb Müharibəsindən sonra)
Silahı yay-ox
Ailəsi
Atası Tuor
Anası İdril
Həyat yoldaşı Elvinq
Uşaqları Elrond, Elros

Earéndil ya da dənizçi Earendil (kv. Eärendil; /ɛaˈrɛndil/ | ing. Eärendil the Mariner)[1]C. R. R. Tolkinin legendariumunda personaj, bəşər övladının ən böyük dənizçisi. "Silmarillion" əsərində daha geniş təsvir edilir. "Üzüklərin hökmdarında" da adı çəkilir[2].

Earendil professor Tolkinin legendariumunda ilk peyda olan personajlardan biri olub. İlk dəfə 1916-cı ildə Tolkin tərəfindən "İtirilmiş Hekayələr Kitabının" "Qondolinin süqutu" bölməsində təsvir edilmişdir.

Earendil Birinci Dövrün 503-cü ilində Qondolində Hador nəslindən olan insan TuorunTurqonun qızı şahzadə elf İdril Kelebrindalin ailəsində anadan olub. Uşaqlıqda Earendil Qondolinin lordları Salqant və Ektelionla çox yaxşı münasibətdə olub. Earendil hələ on yaşında olanda Qondolinin kralı Turqonun bacısı Aredel Ar-FeinielQara Elf Eolun oğlu Maeqlini Morqot əsir etdi. Morqot Qondolinin hakimliyini üstəlik həmişə sevdiyi İdrili ona vəd edərək əvəzinə Qondolinin yerini öyrəndi. Beləliklə Maeqlinin xəyanətinə görə Morqot Qondolinin yerini aşkarlayaraq şəhərə hücüm edir. Hücum zamanı Maeqlin uşağ Earendili öldürməyə və anasını yaxalamağa cəhd edir, lakin onun özü Tuor tərəfindən öldürülür. Earendil və valideynləri gizli keçid vasitəsilə məğlub olan Qondolindən qaçırlar. Onlar qaçaraq Sirion Limanlarında sığınacaq tapırlar, Earendil gələcək həyat yoldaşı Elvinqlə burada tanış olur.

Tolkin, C. R. R. "Silmarillion". Allen & Unwin. 1977. ISBN 0-04-823139-8.

  1. Hostetter, Carl F. "Over Middle-earth Sent Unto Men: On the Philological Origins of Tolkien's Eärendel Myth". Mythlore. 17 (3). 1991. Article 1. 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-17.
  2. Shippey, Tom. The Road to Middle-Earth. Grafton (HarperCollins). 2005 [1982]. 217–220, 277–281. ISBN 0261102753.